Bəhruz Vaqifoğlu, əməkdar artist

Burada hər kəsin bığı var

34
(Yenilənib 15:18 05.10.2016)
Həyatda insanları bir-birinə bağlayan nəyinsə olmasıdır

BAKI, 5 okt — Sputnik. Azərbaycan Dövlət Pantomima Teatrında yeni tamaşanın premyerası baş tutacaq. "Ağ bığlılar" adlanan yeni tamaşanın ilk nümayişi 8 oktyabr saat 18:00-da olacaq.

Dövlət Pantomima Teatrı
© Wikipedia/ Publıc Domaın

Bu haqda Sputnik-ə tamaşanın rejissoru Bəhruz Vaqifoğlu məlumat verib. Rejissor tamaşanın yaranması haqqında danışıb: "Tamaşamızın adı "Ağ bığlılar"dır. Əsərin müəllifi teatrımızın aktyoru Nurlan Rüstəmovdur. Bu, onun ilk pantomim pyesidir".

"Tamaşanın qurluşçu rejissoru mənəm. Bu, mənim artıq pantomima teatrının səhnəsində sayca 8-ci tamaşamdır. Tamaşa üzərində işə keçən mövsümdən başlamışıq. Tamaşa iki insanın taleyindən bəhs edir. Həyatda insanları bir-birinə bağlayan nəyinsə olmasıdır. Əsl dost sevgisi, bir-birilərini itirmək qorxusu bu tamaşada əsas məqsədi təşkil edir", — rejissor bildirib.

O, tamaşada rol alacaq aktyorların adlarını da açıqlayıb: "Tamaşada əməkdar artist Bəhruz Vaqifoğlu, aktyorlardan Nurlan Rüstəmov, Solmaz Bədəlova, Səbirə Həsənova, Rafael Şahbəyli, Leyla Atayeva, Nuridə Musabəyli iştirak edəcək".

Qeyd edək ki, tamaşa pantomim-qratesk janrındadır. Buradakı personajların ağ bığlı olmaları tamaşanın obrazlarının xarakterik formasıdır. Tamaşanın adı da, məhz buna uyğunlaşdırılıb.

34
Teqlər:
Bəhruz Vaqifoğlu, bığ, səhnə, tamaşa, teatr, Azərbaycan Dövlət Pantomima Teatrı
Əlaqədar
"Aktyor seriala çəkilsin deyə, biz tamaşanı təxirə sala bilmərik"
"Bu tamaşanı Şuşada oynayacağıq"
Milli Dram Teatrda “Generalın son əmri” tamaşası nümayiş olundu
Zibillikdən doğan təmizlik haqda eqosentrik tamaşa