Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Gözəllik kraliçası" Permə gedir

© Photo : Teatrın mətbuat xidməti"Gözəllik kraliçası" tamaşası
Gözəllik kraliçası tamaşası - Sputnik Azərbaycan
Abunə olmaq
Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Rusiyada "Lineynin trilogiyası"na daxil olan tamaşa ilə çıxış edəcək

BAKI, 29 sen — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Rusiyanın Perm şəhərində keçiriləcək II Beynəlxalq Martin MakDonax Teatr Festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, kollektiv bu dəfə ölkəmizi adıçəkilən müəllifin "Lineynin trilogiyası"na daxil olan "Gözəllik kraliçası" tamaşası ilə təmsil edəcək.

Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Bu tamaşanı Şuşada oynayacağıq"

Quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Ayla Haşımova, işıq üzrə rəssamı Maykl Manyon (Böyük Britaniya), quruluşçu rəssamı Elizabet Kuk (Böyük Britaniya), rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada, rolları əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova və Eşqin Quliyev canlandıracaqlar.

Oktyabr ayının 1-dən 7-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, Polşa, Moldova, Şotlandiya, Bosniya və Hersoqovina, Rusiya, Çexiya, İran və digər ölkələrin teatr kollektivləri iştirak edəcək. Dövlət Gənc Tamaşaçılar Teatrının çıxışı oktyabr ayının 4-ə nəzərdə tutlub.

© Photo : Teatrın mətbuat xidməti"Gözəllik kraliçası" tamaşası
Gözəllik kraliçası tamaşası - Sputnik Azərbaycan
1/4
"Gözəllik kraliçası" tamaşası
© Photo : Teatrın mətbuat xidməti"Gözəllik kraliçası" tamaşası
Gözəllik kraliçası tamaşası - Sputnik Azərbaycan
2/4
"Gözəllik kraliçası" tamaşası
© Photo : Teatrın mətbuat xidməti"Gözəllik kraliçası" tamaşası
Gözəllik kraliçası tamaşası - Sputnik Azərbaycan
3/4
"Gözəllik kraliçası" tamaşası
© Photo : Teatrın mətbuat xidməti"Gözəllik kraliçası" tamaşası
Gözəllik kraliçası tamaşası - Sputnik Azərbaycan
4/4
"Gözəllik kraliçası" tamaşası
1/4
"Gözəllik kraliçası" tamaşası
2/4
"Gözəllik kraliçası" tamaşası
3/4
"Gözəllik kraliçası" tamaşası
4/4
"Gözəllik kraliçası" tamaşası

Tamaşadan sonra festivalın beynəlxalq səviyyəli münsiflər heyəti və tənqidçilər qrupu tamaşanı müzakirə edəcək. Festival çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tanınmış xarici ölkə teatr mütəxəssislərinin iştirakı ilə baş tutacaq ustad dərslərinə və treninqlərə də qatılacaqlar.

Qeyd edək ki, ADGTT 2 il öncə sözügedən festivalda müəllifin "Yalqız Qərb" tamaşası ilə çıxış edərək Festival Prezidentinin xüsusi prizinə layiq görülüb.

Xəbər lenti
0