Azərbaycan Xalça Muzeyində “Ailə günü” adlı tədbir keçirilib

Xalça Muzeyində "Ailə günü"

60
(Yenilənib 10:27 26.09.2016)
Məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkə mədəniyyət və incəsənətini tanıtmaqdır

BAKI, 26 sen — Sputnik. Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə muzeyin "Açıq qapı" günü çərçivəsində "Ailə günü" adlı tədbir təşkil olunub. Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsulun Sputnik-ə verdiyi xəbərə görə, "Ailə günü" tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkə mədəniyyət və incəsənətini tanıtmaqdır.

Qeyd edək ki, Azərbaycan Xalça Muzeyində "Ailə günü" tədbirinin hər ayın son şənbəsi "Açıq qapı" günü çərçivəsində saat 11:00-dan 19:00-dək keçirilməsi nəzərdə tutulub. İştirakçılara tədbirdə boşqab üzərində rəsm çək, dibçək qablarını rənglə, qolbaq düzəlt, "Tilda" kuklasını yarat, Yekaterina Kirçu ilə yumşaq oyuncaq hazırlayaq, çay daşları üzərində rəsm çək, öz xalçanı yarat (kompyuter oyunu), pazlı yığ, mini-ekskursiyalar (geyim və tikmə; xalça məmulatları, saxsı və mis qablar; xalçalar üzərində zərdüşlük motivləri), nağıl saatı — uşaq yazıçısı Gülzar İbrahimovanın nağıl dünyasına səyahət, Bakı Uşaq Teatr əməkdaşlarının iştirakında nağıl qəhrəmanları ilə əylən, Azərbaycan cizgi filmləri və HUMEL Psixologiya Mərkəzi ilə birlikdə ailə gerbini yarat — psixokorreksiya metodikası olaraq ailə daxili münasibətlərin möhkəmləndirilməsi, valideyn-övlad, qadın-kişi münasibətlərinin yaxşılaşdırılması və digər bir-birindən maraqlı proqramlar təqdim olunub.

  • Azərbaycan Xalça Muzeyində “Ailə günü” adlı tədbir keçirilib
    Azərbaycan Xalça Muzeyində “Ailə günü” adlı tədbir keçirilib
    © Photo : Azərbaycan Xalça Muzeyi

1 / 11
© Photo : Azərbaycan Xalça Muzeyi
Azərbaycan Xalça Muzeyində “Ailə günü” adlı tədbir keçirilib

Həmçinin məhşur memar Elçin Əliyev uşaqlara Abşeron memarlığının tarixindən danışıb. Sonra uşaqlar Bakı-Abşeron abidələrindən birini çəkib və Elçin müəllimin seçidiyi ən yaxşı 5 rəsm əsərinin müəllifinə mükafatlar təqdim edib.

60
Teqlər:
"Ailə günü", "Açıq qapı", Uşaq Muzeyi, Azərbaycan Xalça Muzeyi
Əlaqədar
Beynəlxalq Muzeylər Günü
Üç tona yaxın pulun nümayiş etdirildiyi muzey çöküb
Azərbaycan muzeylərində əcnəbiləri nə təəccübləndirir?
Azərbaycan Xalça Muzeyi ətrafında qalmaqal
Lourens Ferlinqetti, arxiv şəkli

Dünyanın ən qocaman şairi vəfat edib

2
(Yenilənib 22:41 24.02.2021)
Otuzdan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

BAKI, 24 fevral — Sputnik. Amerikalı şair Lourens Ferlinqetti vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 101 yaşlı şair San-Fransiskodakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Ferlinqetti 1919-cu ildə Nyu-Yorkda anadan olub. Xalası tərəfindən böyüdülən şairin atası dünyaya gəlmədən ölüb. Anası isə psixiatriya xəstəxanasına göndərilib. Ferlinqetti yeddi yaşında olanda varlı bir ailədə qubernator işləyən xalası onu işə götürənlərin yanında qoyub qaçıb. Çətin uşaqlıq illərinə baxmayaraq Ferlinqetti təhsil alıb və 1941-ci ildə jurnalist kimi fəaliyyət göstərib. Daha sonra isə Donanmaya könüllü olub.

30-dan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

2
Yalçın Rzazadənin dəfn mərasimi

Mədəniyyət Nazirliyi Xalq artisti Yalçın Rzazadəni yad elədi - VİDEO

19
(Yenilənib 13:17 24.02.2021)
Yalçın Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib və dünən Lənkəranda torpağa tapşırılıb.

BAKI, 24 fevral — Sputnik. Mədəniyyət Nazirliyi Xalq artisti Yalçın Rzazadə ilə bağlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, videoçarxda Yalçın Rzazadənin həyat və yaradıcılığı barədə qısa məlumat yerləşdirilib.

Xatırladaq ki, Yalçın Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib və dünən Lənkəranda torpağa tapşırılıb.

O, 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini, 1973-cü ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.

Bununla yanaşı, karate ilə məşğul olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olub.

19