Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Retro Bakı layihəsi

"Retro Bakı" görüşünüzə gəlir

31
Növbəti konsertlər 10-11 sentyabr, saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq

BAKl, 9 sen — Sputnik. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı" layihəsi Qurban bayramı ərəfəsində yenidən zəngin konsert proqramı ilə Bakı sakinlərinin və qonaqlarının görüşünə gələcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən növbəti konsertlər 10-11 sentyabr, saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.

Qeyd edək ki, bu həftə "Retro Bakı"da tanınmış müğənnilər Zaur Əmiraslanov, Samirə Allahverdiyeva, Nurlan Əzizbəyli, Rüfət Xəlil, Mircabbar Cabbarov, Orxan Babazadə və "Gilavar" qrupu iştirak edəcək.

31
Teqlər:
"Retro Bakı", Qurban bayramı, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, müğənni, konsert
Əlaqədar
Reperlərin konsertində qan düşdü
Bakıda gözlənilən konsert baş tutdu
Bakı metrosunda canlı konsert
İtaliya Simfonik Orkestri Qəbələdə konsert verib
Netflix şirkətinin loqosu, arxiv şəkli

Çağatay Ulusoyun "Netflix"dəki filmindən ilk treyler - VİDEO

9
(Yenilənib 23:01 02.03.2021)
Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

BAKI, 2 mart — Sputnik. Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolu oynadığı növbəti "Netflix" filmi "Kağıttan hayaller"in ilk treyleri yayımlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, 12 martda yayımlanacaq ekran işi 190-dan çox ölkədə, 204 milyondan çox istifadəçiyə göstəriləcək.

Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

9
Teatr səhnəsi, arxiv şəkli

Teatrşünaslıq, rejissor aktyor sənətinin tədrisinə töhfə

5
(Yenilənib 22:00 02.03.2021)
Əsərlərin tərcümə müəllifi Bəhlul Abbasov, redaktoru Nəriman Əbdülrəhmanlıdır. Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

BAKI, 2 mart — Sputnik. Teatrşünaslıq, rejissor və aktyor sənətinin tədrisinə töhfə olaraq Rusiyanın görkəmli teatr rejissoru, pedaqoq Georgi Tovstonoqovun Azərbaycan dilinə tərcümə edilmiş məqalələrinin toplandığı "Səhnə güzgüsü" kitabı (ADTM) nəşr olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müəllifin "Stanislavski dövrü", "Klassika haqqında düşüncələr", "İdeyanın gerçəkləşdirilməsi", "Yeni fikirlər axtarışında", "İncəsənətdə vətəndaşlıq mövqeyi haqqında" və digər başlıqlı məqalələrinin toplandığı kitabda rejissorluq və aktyorluq peşəsinin incəlikləri, sənət dünyasının gizli qatlarında cərəyan edən proseslər dərin təhlil və araşdırmalarla izah edilir.

Əsərlərin tərcümə müəllifi Bəhlul Abbasov, redaktoru Nəriman Əbdülrəhmanlıdır.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

5
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

385
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

385