Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın tanınmış bəstəkarı vəfat etdi

© AR Ministry of Transport, Communications and High TechnologiesOqtay Zülfüqarov
Oqtay Zülfüqarov - Sputnik Azərbaycan
Abunə olmaq
Oqtay Zülfüqarovla vida mərasimi bu gün saat 13:00-da Təzəpir Məscidində keçiriləcək

BAKI, 31 avq — Sputnik. Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti Oqtay Zülfüqarov vəfat edib. Sputnik Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, professor Oqtay Qədir oğlu Zülfüqarov 2016-cı il avqust ayının 31-də ömrünün 87-ci ilində vəfat etmişdir. Görkəmli bəstəkarla vida mərasimi bu gün saat 13:00-da Təzəpir Məscidində keçiriləcək.

Qeyd edək ki, Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakıda anadan olub. O, 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirmiş, dahi Azərbaycan bəstəkarı, professor Qara Qarayevin tələbəsi olub.

20 ildən çox bir müddət ərzində o, Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri kimi səmərəli iş aparıb. O. Zülfüqarov 1972-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına, 2009-cu ildə "Şöhrət" ordeninə layiq görülmüşdür. O, Prezident təqaüdçüsü idi. Xatırladaq ki, xalq artisti ikinci Fəxri xiyabanda dəfn olunacaq.

Xəbər lenti
0