Qarabağ geyimləri Özbəkistanın Kibray şəhərində nümayiş etdirilib

"Qarabağ geyimləri" Özbəkistanda

23
Daşkənddə keçirilən "Moda sərgisi"ndə Azərbaycan guşəsi böyük marağa səbəb olub

BAKI, 22 avq — Sputnik. Özbəkistanın "Qonaqpərvərlik və İnformasiya xidməti" Qeyri-Hökumət Təşkilatı ölkənin müstəqilliyinin 25 illiyinə həsr edilmiş "Moda sərgisi" keçirib. Mədəniyyət və Turizm Naziliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, moda sərgisi çərçivəsində Kibray şəhər Mərkəzi klubunun həyətində "Ənənəvi Özbək incəsənəti, əl işləri" nümayiş etdirilib, milli təamlar qonaqlara təqdim edilib.

Tədbirdə Özbəkistanda mədəniyyət sahəsində tanınmış şəxsləri, bu ölkədə fəaliyyət göstərən xarici ölkələrin mədəniyyət mərkəzləri, Kibray şəhərinin nümayəndələri, jurnalistlər iştirak ediblər. Keçirilən moda sərgisi çərçivəsində Özbəkistanın regionları üçün spesifik olan milli geyimlər nümayiş olunub. Əsasən Sırxandərya, Cızzax, Buxara, Fərqanə, Margilan və Daşkənd bölgələrinin geyimləri iştirakçıların alqışları ilə qarşılanıb. Nümayiş etdirilən geyimlər əsasən qədimi və milli üsluba aid geyimlər olub.

Azərbaycanı tədbirdə Daşkənddəki Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib. Azərbaycan Mədəniyyət Mərkəzinin geyim kolleksiyasına aid olan "Qarabağ geyimləri" sərgidə böyük coşqu və maraqla qarşılanıb.

Eyni zamanda kolleksiyada əsasən Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları sərgilənib.

23
Teqlər:
"Qarabağ geyimləri", Daşkənd, Özbəkistan, sərgi, Azərbaycan
Əlaqədar
Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu
Azərbaycan London Beynəlxalq Kitab Sərgisində iştirak edəcək
Azərbaycan dilində kitab sərgisi təşkil etdiyi üçün həbs olundu
II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində 150-dən çox şirkət iştirak edəcək
Sevgililər günü sərgisi, Tıq-tıq xanım və digərləri. Bazar gününün afişası
 Amerikalı müğənni Canet Cekson, arxiv şəkli

Canet Cekson azərbaycanlı müğənniyə təşəkkür edib: Mahnımı gözəl oxuyursan

608
Azərbaycanlı müğənni Ceksonun repertuarından oxuduğu mahnını sosial şəbəkədə paylaşıb və amerikalı pop ulduzu onun ifasını bəyənərək təşəkkür edib.

BAKI, 4 iyul – Sputnik, Kəmalə Əliyeva. Pop musiqisinin kralı Maykl Ceksonun bacısı, müğənni Canet Cekson azərbaycanlı müğənni Emin Eminzadəyə onun mahnısını yaxşı oxuduğu üçün müsbət rəy verib.

Eminzadə Sputnik Azərbaycan-a bildirib ki, o, Ceksonun repertuarından “Together Again” (Yenidən bir yerdə) mahnısını oxuyub.

Azərbaycanlı müğənni çoxdan Canet Cekson yaradıcılığının pərəstişkarıdır. Lakin bütün dünyada məşhur olan amerikalı həmkarının hitini ilk dəfə oxumaq qərarına gəlib.

Eminzadə Instagram profilində öz çarxını paylaşıb və postunda Ceksonu işarələyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от EMIN EMINZADA (@emineminzada)

Müğənni etiraf edib ki, Ceksonun ifaya reaksiya verməsi onun üçün gözlənilməz olub. O, Eminzadəyə onun kompozisiyasını çox gözəl səsləndirdiyinə görə təşəkkür edib.

Xatırladaq ki, bundan əvvəl Canet Cekson Eminzadənin ABŞ-da irqçilik təzahürlərinə qarşı etirazını dəstəkləmişdi.

Canet Cekson amerikalı müğənni, mahnılar müəllifi, prodüser, rəqqasə, kino və televiziya aktrisası, dünya şöhrətli pop ulduzu Maykl Ceksonun bacısıdır. O, Ceksonlar ailəsinin ən kiçik övladıdır. İlk dəfə səhnəyə yeddi yaşı olanda, 1976-cı ildə "The Jacksons" serialına çəkilərkən çıxıb. "Billboard" jurnalının məlumatına görə, Canet müasir pop musiqisi tarixində albomları ən çox satılan sənətçilər siyahısındadır. Onun indiyədək bütün dünya üzrə 100 milyon nüsxədən çox albomu satılıb.

Emin Eminzadə Qazaxıstanda keçirilən "Qızıl mikrofon" müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunan Opus müsabiqələrində iştirak edib.

O, Bakıda məşhur İtaliya müğənnisi Robertino Loretti ilə eyni səhnəni bölüşərək onunla "Jamayka" və "O Sole Mio" kompozisiyasını duet oxuyub. Dünya şöhrətli ulduz bu ifadan sonra Eminzadəni "Azərbaycanın Robertinosu" adlandırıb.

O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və oranı bitirib. Hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir. Müğənninin adı "Azərbaycanın gənc ifaçılarının qızıl kitabı"na düşüb.

608
Xınalıq kəndi, arxiv şəkli

“Xınalıq” üçün çalışırlar, bəhrəsini bir il sonra biləcəyik

10
(Yenilənib 15:41 03.07.2020)
Qoruqları İdarəetmə Mərkəzi, həmçinin bir ildən sonra qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün nominasiya prosesinə başlamağı planlaşdırır.

BAKI, 3 iyul — Sputnik. Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu UNESCO-nun Dünya İrs Komitəsinin İlkin Siyahısına daxil edilib.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumatga görə, qurumun Qoruqları İdarəetmə Mərkəzi qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün İlkin Siyahıya salınması məqsədilə uyğun sənədləri Dünya İrs Komitəsinə təqdim edib.

UNESCO-nun Azərbaycan üzrə Milli Komitəsi və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin vasitəçiliyi ilə təşkilata təqdim olunan sənəddə “Xınalıq” qoruğu Dünya İrs Komitəsinin irəli sürdüyü ümumdünya meyarları əsasında qiymətləndirilib, əsaslandırmalar və qoruğun Dünya İrs Siyahısına salınmasını təsbit edən məlumatlar əksini tapıb.

Qoruqları İdarəetmə Mərkəzi, həmçinin bir ildən sonra qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün nominasiya prosesinə başlamağı planlaşdırır.

Məlumat üçün qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalarına uyğun olaraq istənilən tarixi-mədəni abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirmək üçün həmin abidənin mütləq şəkildə ən azı bir il öncədən İlkin Siyahıya salınması tələb olunur. İlkin Siyahı hər bir üzv dövlətin Dünya İrs Siyahısına namizədliyini irəli sürmək üçün nəzərdən keçirmək istədiyi abidələrin siyahısıdır. Bu siyahı Dünya İrs Mərkəzi tərəfindən təşkilatın rəsmi internet səhifəsində və uyğun iş sənədlərində dərc olunur.

Qaydaya əsasən, Dünya İrs Komitəsi öncə dövlətin İlkin Siyahısına daxil edilməyən abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirə bilməz.

10
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri
Əlaqədar
Xaricilər Azərbaycanın üç kəndinə "göz qoyublar"
Dağ başında, amma fəlakətdən uzaq: onları əcdadlarının sümükləri qoruyur
Xınalığın inkişaf konsepsiyası hazırlanır - Yeniliklər olacaq
Qızıldan qiymətli peyin, yaxud üstü bəzək, altı təzək

İcazələrlə bağlı vəziyyətə aydınlıq gətirildi İqtisadiyyat Nazirliyi müraciət etdi

0
İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

BAKI, 5 iyul – Sputnik. Məlum olduğu kimi, “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə ölkə ərazisində fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələri müəyyən edilib.

Həmin sahələrdə çalışan işçilərin işə çıxması üçün icazələrin verilməsi Nazirlər Kabinetinin müvafiq Qərarı ilə müəyyən edilən və Dövlət Statistika Komitəsinin “İqtisadi fəaliyyət növlərinin təsnifatı”na əsasən fəaliyyəti icazə verilən sahələrə uyğun şəkildə işəgötürənlərin “icazə.e-gov.az” portalına müraciəti əsasında həyata keçirilir. İcazələr həmçinin Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən işçi sayına məhdudiyyət tətbiq edilmiş fəaliyyət sahələri üzrə tələblər nəzərə alınmaqla verilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, icazə sistemindən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşlarımızın infeksiyaya yoluxma riskinin azaldılması məqsədilə öncədən bir neçə dəfə xəbərdarlıq edildiyi kimi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən iyulun 5-dən etibarən Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə işə çıxarılmasına olan tələblərə əsaslanaraq bu həddi keçən qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub.

İqtisadiyyat Nazirliyi bir daha hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, icazələrin bir hissəsinin ləğv edilməsi ilə əlaqədar fəaliyyətinə icazə verilən sahələrdə çalışan hüquqi və fiziki şəxslər icaze.e-gov.az portalına daxil olmaqla işçi heyətinin qeydiyyatl ilə bağlı məsələləri müəyyən edilmiş qaydalar çərçivəsində yenidən tənzimləməlidirlər. İcazələrin verilməsi zamanı əmək müqaviləsi ilə çalışan işçilərin sayı və təsnifat kodu əsas götürülür. Növbəti həftə ərzində işə çıxacaq əməkdaşlar barədə məlumatlar işəgötürən tərəfindən əvvəlcədən portala daxil olunmalıdır.

Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətinə icazə verilməmiş sahələr üzrə sistemə müraciət edilməsi mümkün deyildir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fəaliyyətinə icazə verilən və xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda uçotda olan və ya təsərrüfat subyekti (obyekti) həmin şəhər və rayonlarda yerləşən vergi ödəyicisinin siyahısı “icazə.e-gov.az” portalına daxil edilməsi üçün real vaxt rejimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilir. İyulun 5-i 17.00-a olan məlumata görə, artıq “icazə.e-gov.az” portalında 38.348 işəgötürən tərəfindən 453.781 işçi sayına icazə alınıb.

İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İşəgötürən tərəfindən portala daxil edildikdən sonra narıncı zonaya aid olan ərazidə hərəkət etmək icazəsi olan şəxslər işəgötürən tərəfindən verilmiş ezamiyyə vərəqələri əsasında həmin zonanı tərk edə bilərlər.

Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əsasən fəaliyyətinə icazə verilmiş sahələrin siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür (qərarın əlavəsi):

https://nk.gov.az/media/files/49339ee08e90baca9ebd88f55a5ba958.pdf

Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən işçi sayına məhdudiyyət tətbiq edilmiş fəaliyyət sahələrinin siyahısı ilə bu linklər vasitəsilə tanış olmaq mümkündür:

https://nk.gov.az/az/article/911/print/

https://cabmin.gov.az/media/files/a0d53995ef202836f886389f911971d3.pdf

 

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar