Kamran Ağabalayev, aktyor

Azərbaycanlı aktyor türk filmində

93
(Yenilənib 19:10 15.08.2016)
Kamran Ağabalayev "Atcalı kel Mehmet" filmində baş rollardan birini oynayıb

BAKI, 15 avq — Sputnik. Azərbaycanlı aktyor Kamran Ağabalayev Türkiyədə yeni filmdə rol alıb. Aktyor Sputnik-in əməkdaşına açıqlamasında bildirib ki, "Atcalı kel Mehmet" (Atcalı keçəl Məmməd) filmində baş rollardan birini oynayacaq. Aktyorumuzu bu filmdə mənfi obrazda görəcəyik.

Qeyd edək ki, film Türkiyənin Mədəniyyət Nazirliyinin, TRT 1 və "Gülər film"in dəstəyi ilə çəkiləcək. Filmdə, eyni zamanda məşhur türk aktyorları Gökhan Kəsər, Şeyma Burcu, Camal Unal, Mehmet Polad və başqaları çəkilib.

Xatırladaq ki, filmin dekabr ayında Türkiyədə və Azərbaycanda kinoteatrlarda nümayiş olunacağı gözlənilir.

93
Teqlər:
"Atcalı kel Mehmet", Kamran Ağabalayev, film, Türkiyə, aktyor
Əlaqədar
Böyrək çatışmazlığından əziyyət çəkən aktyor: "40 min dollara ehtiyacım var"
Aktyorlar “Qarışqa yuvasında”
3 aya aktyor, 6 aya "ulduz" olanlar...
Görkəmli aktyorun xatirəsi yad edildi
Azərbaycanlı aktyor böyrəyini satışa çıxardı