Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İlham Əliyev kino xadimləri ilə bağlı eyni gündə iki sərəncam verdi

© Official website of President of Azerbaijan Republicİlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Şamil Süleymanlıya "xalq artisti" fəxri adı verilib.

BAKI, 29 iyul-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın kino xadimlərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik president.az saytına istinadla xəbər verir ki, prezidenti Cavid İmamverdiyevi, Konstantin Qavrişi və Leyla Vəzirzadəni Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edib.

Prezident bu gün Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb.

Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:

"Xalq artisti" fəxri adı

Süleymanlı Şamil Kamran oğlu

"Əməkdar incəsənət xadimi" fəxri adı

Cəfərov Elxan Pərviz oğlu
Hətəmov Müşfiq Mürşüd oğlu
Quliyev Elçin Musa oğlu
Sadıqov Orxan Fikrət oğlu
Səfərova Leyla Həzrət qızı

"Əməkdar artist" fəxri adı

Cəfərov Rasim Valeh oğlu
Əhmədli Bəhruz Vaqif oğlu

"Əməkdar rəssam" fəxri adı

Əfəndiyeva Mehriban Cahanşir qızı

"Əməkdar mədəniyyət işçisi" fəxri adı

Abdullayeva Gülşən Tofiq qızı
Abdullayeva Validə Rüstəm qızı
Dadaşov Rafiq Ağahüseyn oğlu
Əliyev Akif Gülrza oğlu
Hüseynov Aydın Həsən oğlu
Hüseynov Əlisəfdər Mürsəl oğlu
Məmmədov Əliağa Nadir oğlu
Məmmədzadə Vasif Bəxtiyar oğlu
Rəhimov Elşad İbrahimxəlil oğlu
Salmanov Rasim Şərəfəddin oğlu.

Xəbər lenti
0