Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Vokalçıların IV beynəlxalq müsabiqəsi keçiriləcək

Abunə olmaq
Festivalda 12 ölkədən vokalçılar çıxış edərək, müsabiqənin laureatı adı uğrunda mübarizə aparacaqlar

BAKI, 25 iyul — Sputnik. Oktyabrın 22-23-də Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə Vokalçıların Müslüm Maqomayev adına IV beynəlxalq müsabiqəsi keçiriləcək. Sputnik Azərtac-a istinadən xəbər verir ki, müsabiqənin final konserti oktyabrın 23-də "Crocus City Hall" səhnəsində reallaşacaq.

Fidan Qasımova, Xalq Artisti - Sputnik Azərbaycan
Beynəlxalq müsabiqələr laureatı olan ilk qadın müğənnimiz

Festivalda 12 ölkədən, o cümlədən Azərbaycan, Argentina, Gürcüstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Çin, Rusiya, Monqolustan, Ukrayna və Xorvatiyadan vokalçılar çıxış edərək, müsabiqənin laureatı adı uğrunda mübarizə aparacaqlar. Gənc vokalçılar həm klassik ariyalar, Neopolitan mahnılarını, həm də estrada janrından, eləcə də Müslüm Maqomayevin repertuarından mahnıları ifa edəcəklər.

SSRİ Xalq Artisti Tamara Sinyavskayanın rəhbərliyi altında beynəlxalq münsiflər heyəti vokalçıların ifasını qiymətləndirəcək. Müsabiqə-konsert Moskvanın "Russkaya filarmoniya" simfonik orkestrinin müşayiəti ilə keçiriləcək. Orkestrə Dmitri Yurovski dirijorluq edəcək.

Xəbər lenti
0