Nicat Kazımov, Gənc Tamaşaçılar teatrının rejissoru və aktyoru

Azərbaycanlı rejissora Moldovadan dəvət gəlib

14
Dəvətin məqsədi inkişafda olan Qaqauz teatrı ilə qədim və zəngin köklərə malik Azərbaycan teatrı arasında yaradıcılıq əlaqələrinin qurulması və genişləndirilməsidir

BAKI, 21 iyul — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, əməkdar artist Nicat Kazımov Moldova Respublikası Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət alıb. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, dəvətin məqsədi inkişafda olan Qaqauz teatrı ilə qədim və zəngin köklərə malik Azərbaycan Milli Teatrı arasında yaradıcılıq əlaqələrinin qurulması və genişləndirilməsidir.

Qeyd edək ki, Moldovanın Qaqauz Yeri Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrının dəvətinə əsasən rejissorumuz görkəmli türk yazıçı və dramaturqu Əziz Nesinin "Öldür məni can-ciyər" pyesi əsasında tamaşa hazırlayacaq.

Xatırladaq ki, N.Kazımov cari ilin iyul ayının 28-dən — sentyabr ayının 1-dək Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrında sözügedən tamaşanı hazırlayıb təhvil verərək Vətənə dönəcək.

14
Teqlər:
Moldova, Nicat Kazımov, rejissor, teatr, Gənc Tamaşaçılar Teatrı
Əlaqədar
Kukla teatrının rejissoru: nağıl qəhrəmanları azdır
Amerikalı rejissorun "Qarabağ" haqda filmi beynəlxalq festivalda
İlham Namiq Kamal: elə bir peşəkar rejissor tanımıram ki, hazırda serialla məşğul olsun
Azərbaycanlı rejissorun oğlu itkin düşüb
Rejissor Xəzər Həmzənin “Video çəkən” filminin təqdimatı oldu
Teatr səhnəsi, arxiv şəkli

Şuşa Teatrı haqqında film çəkilib

5
(Yenilənib 16:48 22.01.2021)
Teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa teatrının yenidən öz doğma torpağına - Şuşaya dönəcəyi haqdadır.

BAKI, 22 yanvar — Sputnik. Şuşa Teatrı haqqında sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa Teatrının kollektivi və teatrın yenidən öz doğma torpağına - Şuşaya dönəcəkləri haqqındadır.

 

5
Xaç, arxiv şəkli

"Xristian irsimizi tanıyaq" - Müqəddəs Məryəm ana katolik kilsəsi - VİDEO

20
(Yenilənib 11:43 22.01.2021)
Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm ana kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb.

BAKI, 22 yanvar — Sputnik. Müqəddəs Məryəm ana katolik kilsəsi Bakıda 1912-ci ildə neft maqnatları – Rılskilər ailəsi tərəfindən ("Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi" kostyolu - polyak katolik kilsəsi, memarı İ.K.Ploşko) inşa edilib. Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm ana kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. 7 mart 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertone kilsənin rəsmi açılış mərasimində iştirak ediblər.

Sputnik Azərbaycan Mədəniyyət Nazirliyinə istinadən "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Müqəddəs Məryəm ana katolik kilsəsi haqqında qısa videoçarxı təqdim edir.

20
Bakıda buludlu hava, arxiv şəkli

İstirahət gününün havası açıqlandı

0
(Yenilənib 12:41 23.01.2021)
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

BAKI, 23 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 24-də meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0