Şadlıq sarayı

Toylar yaslar - Əsrlərdən gələn düşüklük

474
(Yenilənib 17:34 20.07.2016)
Nə vaxt bu adətlər özünün çirkin mahiyyətindən çıxıb sırf insanlığa, mənəviyyata xidmət edəcək, o zaman müqəddəs bir dəyər kimi qəbul edilə bilər

BAKI, 20 iyul — Sputnik. Bakıda insanın diqqətini hər şeydən çox dəbdəbəli şadlıq sarayları çəkir. Almas İldırımın dili ilə desəm, bu neft qoxan gülün müasir incəsənət nümunələri də, qədim tarixi abidələri də elə şadlıq saraylarıdır. Hərçənd, "Qız Qalası" da getdikcə şadlıq sarayına oxşayır. Öz aramızdır, pis fikir deyil. Olimpiya Stadionunda toy etmək olursa, "Qız qalası"nda niyə olmasın?

Teatr pərdəsi. Arxiv şəkli
© Photo : PUBLIC DOMAIN

Bu şəhərdə, az qala hər adamın bir şadlıq sarayı var. Toylar da ki, bol! Ölkəyə gələn qonaqlar da elə bilər ki, bizdən xoşbəxt millət yoxdur. Digər tərəfdən düşünürsən ki, bu qədər sıxıntıların içində bu şadlıq saraylarından hər gün musiqi sədası gəlirsə, niyə də xoşbəxt deyilik ki? Yoxsa, əzaba rəqs etmək, dərddən havalanmaqdır bu?

Bir zaman bizim bir qrup gənc yazarımız "Toylara yox de!" adlı aksiya keçirirdi. Digər aksiyalar kimi yalnız boş-boş danışıqlar üçün mövzu olan bu aksiya da heç bir nəticə vermədi. Nə şadlıq sarayları söküldü, nə iri göbəkli sahibkarlar gənc cütlüklərin cibini talamaqdan əl çəkdi.

Həm ağlamalı, həm gülməli bir hadisəni sizə nəql edim. Deməli, bir şadlıq sarayı vardı. Əhalinin imkanının yaxşı vaxtında toydan qıtlıq çəkməzdi. Yox-yox, günə bir yubileydən, ad günüdən olurdu. Məlum böhrandan sonra bu şadlıq sarayında bayquş ulamağa başladı. Hansı ki, həmin zamanda ölkədə intiharların sayı da çoxalmışdı. Borc əlindən özünü yandıranlar, kredit əlindən özünü asanlar saysız-hesabsız idi.

Elə həmin günlərdə gördüm ki, bu şadlıq sarayını çevirib ediblər mərasim zalı. İllərdir ki, insanların dində haram, günah buyurulan bütün əməlləri icra etdiyi məkanda indi molla oturub yasin oxuyur. Məəttəl qaldım. Hadisənin ən qəribə tərəfi odur ki, bu yay mövsümündə toyların bol olduğunu görüb həmin yeri təzədən şadlıq sarayı ediblər.

Bilən bilir, bilməyən üçün deyim ki, şəxsən mən bu adət-ənənə cəfəngiyyatlarına əzəldən nifrət edirəm. Bir insan babasının, nənəsinin etdiklərini niyə təkrarlasın ki? Bu çürüklüyə, düşüklüyə adət adını qoyub ona dəyər donu geyindirmək, müqəddəs bir şey kimi gələcək nəslə sırımaq da ayrı biabırçılıqdır. Elə toylar və yaslar da bu cür çürük təkrarçılıqdan, düşüklükdən, biabırçılıqdan başqa bir şey deyil.

Yenə toyu başa düşmək olar. Hərçənd, Azərbaycanda keçirilən toy mərasimlərini nəzərdə tutmuram. Ümumiyyətlə, iki şəxsin evlənməsini qohumla, dost-tanışla qeyd etmək olar. Amma şadlıq sarayı sahiblərinin varlanmasına xidmət etməyin, yüzlərlə insanı yedirib-içirib onların bütün düşüklüklərinə tamaşa eləməyin adını adət qoymaq olmaz.

Yas mərasimlərini isə heç cür anlamaq olmur. Mənim hansısa yaxınım vəfat edibsə bir zənglə, bir mesajla baş sağlığı vermək kifayət deyilmi? Hərçənd, o da şərt deyil. Bu necə adətdir ki, yüzlərlə insan bir ölünün ətrafına yığışıb gen-bol yeməli, danışmalı, hansısa mollanın mənfəət naminə sayıqladığı bütün düşüklüklərə qulaq asmalıdır?

İmkan verin, insan öz dərdini yaşasın, acısını çəksin. Məgər ölü sahibi bu qədər insan üçün xərc çəkməyə, yemək bişirməyə, qab yumağa məcburdur? Xətrin çox istəyirsən, otur yanında onunla bir ağla, sonra da çıx get. Yoxsa ki, mütləq çadır qurulmalı, xidmətçilər olmalı, süfrəyə min cür naz-nemət düzülməli — kimə və nəyə lazımdır bunlar? Belə adətə düşüklükdən başqa bir ad vermək olarmı?

Yaşı bizim insanımız qədər qoca olan bu cəfəng adətlər bu günə qədər müxtəlif şəkillər alsa da, öz əsl çirkin mahiyyətini heç vaxt itirməyib. Həmin mahiyyət də hamıya məlumdur. Haçan toylar və yaslar özünün bu çirkin mahiyyətindən çıxıb sırf insanlığa, mənəviyyata xidmət edəcək, o zaman müqəddəs bir dəyər kimi qəbul edilə bilər. Hələ ki, sadəcə və sadəcə qədimdən gələn düşüklükdür.

474
Teqlər:
cəfəngiyyat, yas, mərasim, adət-ənənə, toy
Əlaqədar
Turşumuş çaxır qoxusu da bundan yaxşıdır
Mədəniyyəti əsarətdən xilas etməli
Serial düşüklüyü
Erotika və porno – sənət, yoxsa əxlaqsızlıq?
Leyla Məcnun serialı

"Netflix" ilk dəfə Azərbaycanda film çəkdi - VİDEO

29
(Yenilənib 14:17 15.01.2021)
"Netflix Indonesia" tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıblar.

BAKI, 15 yanvar — Sputnik. Dünyaca məşhur "Netflix" platforması ilk dəfə Azərbaycanla bağlı film çəkib.

Sputnik Azərbaycan xəbər verir ki, ekran işi məşhur yazıçımız Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında ərsəyə gətirilib.

"Netflix Indonesia" tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıblar.

"Layla və Majnun"un premyerası fevralın 11-də baş tutacaq.

 

29
Teqlər:
Netflix şirkəti
Netflix

İndoneziyalı Leyla ilə azərbaycanlı Məcnunun eşqi Netflix-də - VİDEO

55
(Yenilənib 01:06 15.01.2021)
İndoneziyalı müəllim qıza elçi gəlir, o isə oğlan evinin qarşısında iki şərt qoyur: müəllimlik peşəsini davam etdirmək və Azərbaycana gəlmək

BAKI, 15 yanvar - Sputnik. Netflix İndoneziya istehsalı olan "Leyla-Məcnun" filminin anonsunu paylaşıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, təxminən 2 saat sürən romantik dram fevralın 11-də göstəriləcək. 

Filmin müəyyən hissələri İndoneziyada, bir qismi də Bakıda çəkilib. İndoneziyalı müəllim qıza elçi gəlir, o isə oğlan evinin qarşısında iki şərt qoyur: müəllimlik peşəsini davam etdirmək və Azərbaycana gəlmək. Bakıya gələrkən isə burada Samir adlı oğlana aşiq olur.

Filmin rejissoru və ssenaristi Monti Tiua, həmsenaristi Alim Sudiodur. Leyla rolunu Aça Septriasa, Samir (Məcnun) rolunu Reza Rahadian, Leylanın nişanlısı İbnunu (İbn-Salam) isə Baim Uonq ifa edirlər. 

55
Teqlər:
anons, video, Netflix şirkəti, Leyli və Məcnun, film, Azərbaycan, İndoneziya
Ceyhun Bayramov və Sergey Lavrov, arxiv şəkli

Azərbaycan Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə ediblər

0
(Yenilənib 19:19 15.01.2021)
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.

"Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər", - deyə məlumatda bildirilir.

0