Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Dovşanın evi"nə baxmaq istəyirsiniz?

© Photo : REPORT IABakı Uşaq Teatrı.Arxiv şəkli
Bakı Uşaq Teatrı.Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rejissor İntiqam Soltanın Arzu Soltanın qələmə aldığı pyes əsasında quruluş verdiyi tamaşa balacalara yay töhfəsi olacaq

BAKI, 14 iyul — Sputnik. Bakı Uşaq Teatrı "Dovşanın evi" tamaşası ilə mövsümə yekun vuracaq. Bu barədə Sputnik-ə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib.

Bildirilir ki, rejissor İntiqam Soltanın Arzu Soltanın qələmə aldığı pyes əsasında quruluş verdiyi tamaşa balacalara yay töhfəsi olacaq. Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı isə Rauf Hüseynlidir.

Qeyd edək ki, tamaşa iyulun 15-i saat 12:00-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Q.Abbasov adına Mədəniyyət Sarayında keçiriləcək. Tamaşaya giriş sərbəstdir.

Xəbər lenti
0