Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ölümə məhkum edilmiş dövlət müşaviri

© Photo : REPORTYUĞ Dövlət Teatrının binası. Arxiv şəkli
YUĞ Dövlət Teatrının binası. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Məhşər günü" pyesi əsasında hazırlanan eyniadlı tamaşa göstəriləcək

BAKI, 12 iyul — Sputnik. YUĞ Dövlət Teatrında gürcü yazıçı Gela Dumbadzenin "Məhşər günü" pyesi əsasında hazırlanan eyniadlı tamaşa göstəriləcək. Bu barədə Sputnik-ə teatrın mətbuat xidmətindən məlumat verilib.

Akademik Milli Dram Teatrında Müfəttiş tamaşasının premyerası - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Müfəttiş" gəldi

Tamaşaya baş rejissor Gümrah Ömər quruluş verib. Tamaşanın musiqi tərtibatçısı Amid Qasımov, quruluşçu rəssamı Umay Həsənova, xoreoqrafı isə Mikayıl Mikayılovdur.

Pyesi Azərbaycan dilinə dramaturq Nəriman Əliyev tərcümə edib. Janrı bir bölümlü əcəl oyunu kimi təyin olunan tamaşada, əməkdar artist Vidadi Həsənov, aktyorlar Amid Qasımov və Könül Cəfərzadə çıxış edir.

Tamaşada uğurlu karyera qurmuş, bu yolda bir sıra mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş, istedadlı, təcrübəli dövlət müşavirindən bəhs edilir. Tamaşanın xronometrajı 70 dəqiqədir.

Xəbər lenti
0