Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Osmanlı Mehtər Tağımı Bakıdan keçəcək

© Photo : sefabey.com.trƏnənəvi türk şirniyyatı, pişmaniyə
Ənənəvi türk şirniyyatı, pişmaniyə - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın paytaxtında pişmaniyə festivalı keçirəcək. Proqrama əsasən, tədbirin ən maraqlı bölümü şəhərin mərkəzində olacaq.

BAKI, 12 iyul — Sputnik. Türkiyənin İzmit Bələdiyyəsinin təşkilatçılığı ilə, 14-17 iyul tarixləri arasında Bakıda pişmaniyə festivalı keçiriləcək. Hər il ənənəvi olaraq qeyd olunan bu festival ilk dəfədir ki, Bakıda təşkil olunacaq. Festival Nəsimi rayon Bələdiyyəsi ilə İzmit Bələdiyyəsi arasında ötən ilin avqustunda imzalanan müqaviləyə əsasən baş tutacaq.

Azərbaycan Moskvada keçirilən Milli Mətbəx Festivalında təmsil olunub - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycan Moskvada keçirilən festivalda təmsil olunub

İzmit Bələdiyyəsinin media əlaqələndiricisi Semra Toqay Sputnik-ə Bakıda keçiriləcək festivalın proqramını açıqlayıb. Proqrama əsasən, tədbirin ən maraqlı bölümü şəhərin mərkəzində olacaq. Belə ki, 20 nəfərdən ibarət Osmanlı Mehtər Tağımı Bakının mərkəzi küçələrində sakinləri tarixə "qaytaracaq".

Türkiyə Böyük Millət Məclisində İzmit şəhərini təmsil edən millət vəkili Cəmil Yaman da paytaxtımızda olacaq. Onu parlament üzvləri, türk mediası, qeyri-hökumət təşkilatlarının nümayəndələri, iş adamları və pişmaniyə ustaları müşaiyət edəcəklər.

Festival proqramına əsasən, qonaqlar Şəhidlər Xiyabanını, Türk şəhidliyini də ziyarət edəcəklər. Bakını daha yaxşı tanıtmaq üçün şəhəriçi turların təşkil olunacağı da gözlənilir. Tədbir Azərbaycan milli rəqslərinin nümayişindən sonra sakinlərə pişmaniyə paylanması ilə başa çatacaq.

Semra Toqay pişmaniyənin tarixi ilə bağlı maraqlı məlumatlar da paylaşıb: "İzmit Bələdiyyəsi olaraq bu şirniyyatı dünya markası halına gətirməyə çalışırıq. Başçımız Nevzat Doğanın İzmit Bələdiyyə sədri olması ilə birlikdə hər il pişmaniyə festivalları keçirilir".

"Çox yox, 8 il əvvələ qədər unudulmaqda olan, Osmanlı sarayının əsas təamı pişmaniyə sədrimiz Nevzat Doğanın sayəsində Ginnesin rekordlar kitabına düşdü. Bu şirniyyat növünün dünyada tanıdılması üçün geniş işlər görüldü və bu ənənə davam edir", — Toqay bildirib.

O, bu ilki festivalın qardaş Azərbaycanın paytaxtında keçirilməsindən böyük sevinc yaşadıqlarını deyib: "Ümid edirik ki, İzmitin pişmaniyəsi ən az dönərimiz qədər seviləcək. Çünki Azərbaycanda türk dönərinin çox sevildiyini bilirik".

Festivalın mahiyyətinə gəlincə, sayca 8-ci olan şənliklə birlikdə Azərbaycanda bu pişmaniyə şirniyyatına olan meylin artacağı gözlənilir.

Qarşılıqlı əməkdaşlığın faydası hələ ötən ildən öz bəhrəsini verməyə başlayıb. Nəsimi Bələdiyyəsi ilə imzalanan razılığa əsasən, Bakıda İzmit Bələdiyyəsi adına açılması planlaşdırılan parkdakı işlərlə də tanışlıq olacaq.

Xəbər lenti
0