YUĞ Dövlət Teatrının binası. Arxiv şəkli

İki aktrisa arasında qarşıdurma

48
"Medeya. Sekvensiya 001" tamaşasına ictimai baxış keçirilicək

BAKI, 6 iyul — Sputnik. 7 iyul saat 19.00-da YUĞ Dövlət Teatrında "Medeya. Sekvensiya 001" tamaşasına ictimai baxış keçiriləcək. "Yuğ" teatrının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Vladimir Klimenkonun "Medeya Teatrı" pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyevadır.

Apokrifik etiraf janrında hazırlanan tamaşada Yuğ Teatrının sənətçiləri, Azərbaycan Respublikasının Əməkdar artistləri Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış edirlər.

Ömrü boyu Medeyanı oynamaq arzusunda olan yaşlı aktrisa, teatrın iş günü olmayan vaxtında, boş teatrda öz arzusunu gerçəkləşdirmək cəhdində bulunur. Tamaşa Medeyanı oynamağa cəhd eləyən iki aktrisa arasında olan dialoq üzərində qurulub: biri — uşaqlarını öldürməmişdən öncə, o biri — öldürdükdən sonra.

"Medeya. Sekvensiya 001" — aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır. Tamaşanın xronometrajı 1 saat 15 dəqiqədir.

48
Teqlər:
ictimai baxış, "Medeya. Sekvensiya 001", səhnə, aktrisa, "Yuğ" Dövlət Teatrı, teatr, aktyor, tamaşa
Əlaqədar
Rusiyadan qonaqlar var
"Müfəttiş" gəldi
"Ağ ölüm" Biləsuvarda
"Ağ ölüm" 6 rayonu dolaşacaq
"Knyaz"ın son günü...
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

83
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

83
Kinolent, arxiv şəkli

Məşhur film festivalının keçirilmə tarixi bəlli oldu

16
(Yenilənib 17:00 05.08.2020)
Sentyabrın 14-20 tarixlərində keçiriləcək festivalda Beynəlxalq Tammetrajlı və Beynəlxalq Tələbə Filmləri yarışlarının da keçiriləcəyi açıqlanıb.

BAKI, 5 avqust — Sputnik. Türkiyənin nüfuzlu festivallarından olan 27-ci Beynəlxalq Adana "Altun Koza" film festivalının keçirilmə tarixi bəlli oldu.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Böyükşəhər Bələdiyyə Sədri Zeydan Karalar verdiyi yazılı açıqlamada bildirib ki, festival COVID-19 epidemiyasının şərtlərinə əməl edilərək həyata keçiriləcək.

Sentyabrın 14-20 tarixlərində keçiriləcək festivalda Beynəlxalq Tammetrajlı və Beynəlxalq Tələbə Filmləri yarışlarının da keçiriləcəyi açıqlanıb.

16