Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib

"Hansı ölkənin 300 növ dolması var?!"

132
Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib. Festivalda 6 nominasiya üzrə mükafatlar təqdim olunub. Sonda qalib komandalara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.

BAKI, 2 iyul — Sputnik. İyulun 1-də Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə birinci Beynəlxalq Dolma Festivalı keçirilib. Sputnik Azərtac-a istinadən xəbər verir ki, festival iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edərək əklil qoyublar. Eyni zamanda tədbir iştirakçıları görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyublar.

Badımcan dolmasının resepti
© Sputnik / Kamilla Əliyeva

Festivalda bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 300 növ dolma sərgilənib, həmçinin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri tərəfindən hər ölkənin ənənəsinə uyğun hazırlanan yeməklər də nümayiş olunub. Beynəlxalq festivalda türkdilli dövlətlərlə yanaşı, dünyanın bir neçə ölkəsindən, o cümlədən İndoneziya və Ukraynadan gəlmiş qonaqlar iştirak edib, milli mətbəxlərinin yeməklərini sərgiləyiblər.

  • Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    © AZƏRTAC
  • Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    © AZƏRTAC
  • Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    © AZƏRTAC
  • Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    © AZƏRTAC
  • Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    © AZƏRTAC
  • Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    © AZƏRTAC
  • Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    © AZƏRTAC
  • Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    © AZƏRTAC
  • Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    © AZƏRTAC
  • Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib
    © AZƏRTAC
1 / 10
© AZƏRTAC
Bakıda birinci Beynəlxalq Dolma Festivalı keçirilib

Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov bildirib ki, festival ölkənin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət edir: "Azərbaycanda bundan əvvəl də müxtəlif mətbəx nümunələrimizə aid festivallar keçirmişik. Çünki bəzən bir bölgədə bişirilən yeməklərdən digər bölgənin xəbəri olmur. Araşdırmalarımız nəticəsində Azərbaycan mətbəxinə aid 300-ə yaxın dolma növünü ortaya çıxarmışıq və bu gün onlar festivalda təqdim olunur".

"Qoy dünya görsün ki, bizim necə var-dövlətimiz, zəngin mətbəximiz var. Hansı ölkənin 300 növ dolması var, harada dolma şorbası, dolma kababı var? Ən çox dolma çeşidinə görə, Azərbaycanın Ginnesin Rekordlar Kitabına düşəcəyi planlaşdırılır", — T. Əmiraslanov bildirib.

Festivalda incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Festivalda 6 nominasiya üzrə mükafatlar təqdim olunub: "Ən yaxşı xarici ölkə dolması", "Ən yaxşı rayon süfrəsi", "Ən maraqlı tarixi qeyri-adi dolma", "Ən yaxşı dolma", "Ən yaxşı xarici təqdimat", "Ən çox medal toplayan rayon".

Sonda qalib komandalara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.

132
Teqlər:
Beynəlxalq Dolma Festivalı, dolma, Azərbaycan Milli Kulinariya Assosiasiyası, Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan
Əlaqədar
Beynəlxalq dolma festivalı keçiriləcək
Üzüm yarpaqlarından dolma hazırlayaq – VİDEORESEPT
"Başqasının mətbəxinə soxulmaq, icazəsiz yataq otağına soxulmaq qədər tərbiyəsizlikdir"
"Təkcə torpaqlarımıza deyil, mətbəximizə də təcavüz edirlər"
İsveçrə mətbəxinə dair master-klass
DokuBaku beynəlxalq film festivalı, arxiv şəkli

"DokuBaku" artıq 4-cü dəfə start götürüb

3
(Yenilənib 18:57 01.12.2020)
"DokuBaku" Beynəlxalq Sənədli Film Festivalı 30 noyabr – 6 dekabr tarixlərində onlayn formada baş tutacaq. 1 həftə davam edəcək festivalda dafilms.com beynəlxalq onlayn festival platforması vasitəsilə 4 kateqoriyada 36 film nümayiş olunacaq.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalı olan "DokuBaku" artıq 4-cü dəfə start götürür.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəsmi tərəfdaşı olduğu festivalın 2020-ci ildə keçirilmə tarixi 26 oktyabr – 1 noyabr üçün nəzərdə tutulsa da, dünyanı bürüyən pandemiya (COVİD 19) səbəbindən dəyişikliklər oldu. Beləki, "DokuBaku" Beynəlxalq Sənədli Film Festivalı 30 noyabr – 6 dekabr tarixlərində onlayn formada baş tutacaq. 1 həftə davam edəcək festivalda dafilms.com beynəlxalq onlayn festival platforması vasitəsilə 4 kateqoriyada 36 film nümayiş olunacaq.

Xatırladaq ki, festival filmləri izləmək istəyənlər platformada qeydiyyatdan keçərək günün istənilən saatı ödənişsiz izləmə imkanı qazanacaqlar.

Festivalın icraçı direktoru, sənədli film rejissoru Oktay Namazov bildirib ki, azərbaycanca və ingiliscə altyazı ilə onlayn nümayiş sənədli filmləri izləyici üçün daha əlçatan edir.

Yeri gəlmişkən, bu il festivala 53 ölkədən 250-dən çox film qəbul edilib. Seçim prosesində tammetrajlı, qısametrajlı, eyni zamanda yerli filmlər arasından ən layiqliləri seçilərək auditoriya üçün hazırlanıb. Bundan başqa, beynəlxalq və yerli mütəxəssislərdən ibarət jüri heyəti 4 kateqoriyada qalibləri seçəcək. Jüri heyətində "Ən yaxşı tammetrajlı sənədli film" kateqoriyası üçün Əli İsa Cabbarov, Laura Koppens, Səidə Baxşıyeva, "Ən yaxşı beynəlxalq qısa və yerli sənədli film" kateqoriyasında Durna Səfərova, Uolter Naqi, Yüksel Doğan, "X kateqoriyası"nda isə Elvin Cəbizadə, Aysu Akcan, Hüseyn Cəlilvənd qalib filmləri seçəcək. Festivalın açılışı Hilal Baydarovun "Xurmalar yetişəndə" filmi başlayacaq.

"DokuBaku" Beynəlxalq Sənədli Film Festivalının rəsmi proqramı ilə dokubaku.az saytında tanış ola bilərsiniz.

3
Teqlər:
film, festival
Qərənfil

Rusiyada Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti vəfat edib

6
(Yenilənib 13:10 01.12.2020)
İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, akademik, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti İrina Antonova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 100 yaşlı görkəmli sənətşünasın vəfat xəbərini, Muzeyin direktoru Marina Loşak yayıb.

İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub. 2013-cü ildə Rusiya Dövlət Muzeylərinin baş kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ildən Puşkin Muzeyinin direktoru vəzifəsindən azad edilib və onun üçün təsis edilən Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti vəzifəsini icra etməyə başlayıb.

Mərhum akademik çox sayda orden, medal və mükafatlarla təltif olunub.

6
Teqlər:
Prezident, Rusiya, muzey, təsviri incəsənət, Vəfat

Azərbaycanda hansı yol hərəkəti qaydaları daha çox pozulur

0
(Yenilənib 19:23 01.12.2020)
Ölkə üzrə ən çox hansı yol hərəkəti qaydalarının daha çox pozulması ilə bağlı statistika açıqlanıb. Siyahıda birinci yeri icazə verilən sürət həddinin aşılması ilə əlaqədar qayda pozuntuları tutur.
İnfoqrafika: Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı statistika
© Sputnik / Elnur Salayev

Azərbaycanın yol polisi əməkdaşları bu ilin yanvar-sentyabr ayları ərzində ölkə yollarında sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı təxminən üç milyon fakt qeydə alıblar. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, qayda pozuntularının üçdə biri icazə verilən sürət həddinin aşılması ilə əlaqədardır.

İkinci yeri nəqliyyat vasitəsini düzgün saxlamamaq və ya səhv yerə park etməklə bağlı cərimələr tutur - 20,7%. Üçüncü yerdə isə yol işarələri və ya nişanlarının tələblərinə əməl etməməklə bağlı qayda pozuntuları durur.

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası 2020-ci il üzrə yol hərəkəti qayadalarının pozulması statistikasına da öz təsirini göstərib. Tutulan protokolların 4.1%-i nəqliyyatda sanitar-gigiyena və karantin rejimini pozanların payına düşür.

Ümumilikdə sürücülər qayda pozuntuları ilə bağlı dövlət xəzinəsini 93,2 milyon manat həcmində cərimə ödəməli olublar.

Yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı statistika Sputnik Azərbaycan-ın İnfoqrafikasında daha geniş şəkildə öz əksini tapıb.

0