Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"İnsanları məcburi şəkildə teatra aparmaq savabdır"

© Photo : G.Ömərin şəxsi arxivindənGümrah Ömər, YUĞ teatrının baş rejissoru
Gümrah Ömər, YUĞ teatrının baş rejissoru - Sputnik Azərbaycan
Abunə olmaq
Gümrah Ömər: "Şou əhlinin konsertinə gedən insanların zövqləri heç də yüksək səviyyədə deyil, ona görə ucuz zövqə qaçırlar. Belə insanlardan ciddi teatra gəlmələrini tələb etmək, gözləmək olmaz"

BAKI, 10 iyun — Sputnik. Teatr qədim mədəniyyət ocaqlarından sayılır. Təəssüf ki, bu ocaqlara ölkəmizdə sevgi günü-gündən azalır. Sputnik əməkdaşı bu mövzu ətrafında YUĞ teatrının baş rejissoru Gümrah Ömərlə həmsöhbət olub.

Vaqif Əsədov, xalq artisti - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Bu günün teatrı zamanın insanından çox geridə qalıb"

– Azərbaycanda teatra maraq günü-gündən azalır. Bunun bir çox səbəbi ola bilər. Ən önəmli səbəbi nədir?

– Əvvəla, mən bununla razı deyiləm ki, teatra maraq yoxdur. Sadəcə indiki dövrdə teatrlar çoxalıb deyə insanlar teatrları zövqlərinə görə seçirlər. Müəyyən mənada qütbləşməyə səbəb vardı, ona görə belə oldu. Bizim cəmiyyətimizdə nəsil fərqləri var, ona görə belədir. Bir qisim insanlar Sovet dövründə yaşamışdılar deyə, klassik teatr janrına üstünlük verirlər. Modern insanların tələbi isə başqadır. Onlar daha yeni, canlı tamaşalar görmək istəyirlər. Bizim insanların teatr haqqında bilgiləri bir az azdır. Bu məsələdə düşüncələri və dünya görüşləri yetərli qədər deyil. Dünyada bir-birinə bənzəməyən, poetika, estetika baxımından çox fərqli teatrlar var. Bizim gənc nəsil də yeniliklərə açıqdır və onlar yeni teatrları istəyir və tələb edirlər. Hətta öz həyatlarında gördüklərini teatrlarda görmək istəyirlər. Bizdə də bu istəklərə uyğun olaraq yeni yaranan teatrlar var. Bu amil də teatrların gələcəkdə daha çox inkişafına səbəb olacaq.

– Elmi-texniki tərəqqi, kompüter əsrinin teatra marağı öldürdüyünü iddia edənlər var. Əgər elədirsə, niyə texnologiyanın mərkəzi sayılan Avropada teatr bu gün çiçəklənən dövrünü yaşayır, Azərbaycanda isə əksinə, tənəzzül gedir?

– Gəlin, hər kəs özü-özünə bu sualı versin. Hər kəs özlüyündə düşünsün ki, nə qədər vacib bilir teatra getməyi? Bu suala cavab tapandan sonra sualın cavabını özünə vermiş olacaq. Digər tərəfdən, insanların zamanı çox daralıb. İnsanlar sosial problemlərini həll etməyə çalışırlar. Maddi ehtiyaclar çoxalıb, ona görə insanlar teatra, mədəniyyətə vaxt və pul ayıra bilmirlər. Çoxu mədəniyyətə olan tələbatı televiziyalar vasitəsi ilə əldə etməyi kifayət bilir. İnsanlarda sosial rahatlıq olarsa və maddi problemləri olmasa, bu zaman teatra da maraqları arta bilər. Həyat qayğıları bu problemləri yaradır.

Loja və teatr səhnəsi - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Teatrdan çaxır qoxusu gələrsə...

– Maddi və sosial problemləri qeyd edirsiniz. O zaman, hansısa şou-biznes nümayəndəsinin konsertinə 50-100 manat ödəyib gedən insan, teatr bileti üçün 5-10 manat tapa bilmir?

– Bu konsertlər zövq məsələsidir. Bura gedən insanların zövqləri heç də yüksək səviyyədə deyil, ona görə onlar ucuz zövqə qaçırlar. Belə insanlardan ciddi teatra gəlmələrini tələb etmək, gözləmək olmaz. Teatrı, klassik musiqini qavramaq üçün mədəni səviyyə olmalıdır.

– Bəzi hallarda eşidirik ki, hansısa dövlət müəssisəsində çalışanları məcburi şəkildə hansısa tamaşaya baxmağa aparırlar. Belə məcburiyyətlə vətəndaşlarda teatra sevgi, maraq yaratmaq mümkündür?

– İndiki dövrdə məcburən teatra gedən insanlar var? Müasir dövr insanına məcbur şəkildə nə isə etdirmək mümkündür?! Hər-halda buna müsbət baxıram. Elə hallar mövcuddursa, buna bir fürsət kimi baxaq. Elə adamlar var ki, həyatında bir dəfə də olsun teatra getməyib. Belə şəxsləri məcburən də olsa, teatra aparmaqla böyük savab iş görmək olar. Bəlkə də məcbur aparılan insanın teatra sevgisi artacaq və daimi izləyiciyə çevrilə biləcək.

Xəbər lenti
0