Səmaya Məmmədova, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat katibi

Bakıda keçiriləcək mahnı müsabiqəsinə 150 min manat xərclənəcək

28
(Yenilənib 16:12 07.06.2016)
Nazirlik rəsmisi: "Bu vəsaitə iştirakçıların və münsif üzvlərinin yemək, yaşayış, ekskursiya xərcləri, açılış mərasiminin təşkili, çap məhsullarının hazırlanması, müsabiqə öncəsi məşqlər, roliklərin çəkilişi və sair daxildir"

BAKI, 7 iyun — Sputnik. "Bu il 22-24 iyun tarixlərində Heydər Əliyev adına Sarayında "Həmişə gənc" şüarı altında "Youth vision" beynəlxalq mahnı müsabiqəsi keçiriləcək. Müsabiqənin həyata keçirilməsi təşəbbüsü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına məxsusdur".

Sputnik xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat katibi Səmaya Məmmədova keçirdiyi brifinqdə deyib. "Yarışmanı İttifaqla birgə Gənclər və İdman Nazirliyi keçirir. Müsabiqə ilə bağlı youthvision.az saytı yaradılıb. Müsabiqədə iştirak edəcək iştirakçılar, münsiflər sayt vasitəsilə qeydiyyatdan keçərək müvafiq sənədləri doldurub, ifa olunacaq mahnıları təşkilat komitəsinə təqdim edirlər", — nazirlik sözçüsü bildirib.

Onun sözlərinə görə, müsabiqədə 72 nəfər nümayəndənin gəlişi gözlənilir: "Müsabiqədə Azərbaycan, Albaniya, Almaniya, Belarus, Braziliya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, İordaniya, İsrail, İran, İtaliya, Kolumbiya, Litva, Latviya, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstan dövlətlərinin gənc ifaçı və münsifləri iştirak edəcək".

"Müsabiqədə hər ölkəni öz münsifi təmsil edəcək. Ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla, digər ölkələrin təmsilçilərini hər birinə müvafiq olaraq 1,2,3,4,5,6,7,8,10 və 12 bal verə biləcək. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi olacaq. İlk üç yerin qalibi pul mükafatı və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir", — S. Məmmədova vurğulayıb.

Mətbuat katibi bildirib ki, müsabiqənin keçirilməsinə 150 min manat xərclənməsi nəzərdə tutulub: "Bura iştirakçıların və münsif üzvlərinin yemək, yaşayış, ekskursiya xərcləri, açılış mərasiminin təşkili, çap məhsullarının hazırlanması, müsabiqə öncəsi məşqlər, roliklərin çəkilişi və s. daxildir. Yol xərcləri müsabiqədə iştirak edəcək iştirakçı və münsiflər tərəfindən ödənilir. Müsabiqənin tərəfdaşları qismində bir neçə dövlət və özəl şirkətlərin iştirakı da nəzərdə tutulur".

28
Teqlər:
Səmaya Məmmədova, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, beynəlxalq mahnı müsabiqəsi, "Youth vision", "Həmişə gənc" şüarı, Heydər Əliyev adına Saray, Gənclər və İdman Nazirliyi
Əlaqədar
Almanlar türkcə mahnı söyləyərək millətçilərə mesaj verdilər
Ledi Qaqa I Avropa Oyunlarının açılışında “İmagine” mahnısını ifa edib
"Eurovison" qalibindən mahnısı barədə maraqlı açıqlama
Elnur "Eurovision 2015" mahnı müsabiqəsinin final mərhələsində
Qərənfil

Türkiyənin məşhur aktyoru dünyasını dəyişib

34
(Yenilənib 23:48 08.03.2021)
Türkiyənini Səhiyyə naziri Rasim Öztəkinin vəfat etdiyini açıqlayıb: " O, televiziyanın olduğu hər bir evdə ailədən biri idi".

BAKI, 8 mart - Sputnik. Türkiyənin məşhur aktyoru, Azərbaycanda da öz rolları ilə çox sevilən Rasim Öztəkin infarkdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Sputnik Türkiyə xəbər verir ki, Öztəkin, infakt keçirdikdən sonra Doktor Siyami Ersek Sinə, Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Öztəkinin vəziyyəti ilə bağlı bir qədər əvvəl mətbuata açıqlama verən həkimi, professor Cevdet Uğur "xəstənin həyati təhlükəsi var və vəziyyəti ağır olaraq qalır" demişdi. 

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca isə Öztəkinin vəfat etdiyini bildirib. O, sosial media hesabında "edilən bütün müdaxilələrə baxmayaraq, Rasim Öztəkin həyatdan köçüb", - yazıb. 

"Serial, teatr və kino aktyoru Rasim Öztəkin, keçirdiyi infarktdan sonra Doktor Siyami Ersek Sinə, Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq, dünyasını dəyişib. O, televiziyanın olduğu hər bir evdə ailədən biri idi. Başımız sağ olsun",  - nazir yazıb. 

Qeyd edək ki, Rasim Öztəkin Azərbaycan izləyicisinə "Səksənlər", "Geniş ailə" teleseriallarından, "Kabadayı", "Mandıra filosofu" və digər filmlərindən tanış idi. 

O, 14 yanvar 1959-cu ildə İstanbulda anadan olmuşdu. 

34
Müğənni Rəsul Əfəndiyev

"Ay anası olanlar..." Azərbaycanlı müğənnidən təsirli mahnı - VİDEO

17
(Yenilənib 16:48 08.03.2021)
Rəsul Əfəndiyevin analara həsr etdiyi yeni layihəsində əsas rolu teleaparıcı, Azərbaycanın Əməkdar artisti Nailə İslamzadə canlandırıb

BAKI, 8 mart - Sputnik. Müğənni Rəsul Əfəndiyev bütün analara həsr etdiyi mahnısını təqdim edib. 

Müğənni Sputnik Azərbaycan-a bildirib ki, "Ana" mahnısının sözlərini Rafael Qədirov, musiqisini isə Fərid Kərimli yazıb. Mahnının lentə alınmasında kamançaçı Elnur Kərimov, Kənan Tərlanoğlu (ud) və balabançı Nurlan Bəkirov da iştirak ediblər. 

Klipin ssenarisi Kənan Bayramova məxsusdur. Klipdə əsas, ana obrazını Azərbaycanın Əməkdar artisti Nailə İslamzadə yaradıb. Qəhrəmanların obrazı üzərində dizayner Afaq İsmayılzadə işləyib. 

"Ana hər birimizin həyatında vacıb insandır. Həmişə yanımızdadır, nə etsək, dəstək olur. Onların simasında bütün Azərbaycan qadınlarını təbrik edirəm", - Əfəndiyev deyib. 

Rəsul Əfəndiytev gənc ifaçılar arasında özünəməxsus yer tutur. O, Xalq artisti Aygün Kazımova ilə duetindən sonra məşhurlaşdı, hazırda da Kazımova ilə işbirliyini davam etdirir.

17
Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, müğənni, ana, mahnı, video, klip
Yarmarka

Deputat bahalaşma ilə bağlı həyəcan təbili çaldı

0
"Heç olmasa Novruz bayramında sosial təminata ehtiyacı olan ailələrin süfrə açmasına imkan yaratmaq lazımdır. Dünyada bayramlar zamanı qiymətlər düşür, bizdə isə əksinədir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. "Benzinin qiyməti cəmi 10 qəpik bahalaşdı, amma bundan sonra monopolistlər hər gün qiymətləri bahalaşdırmağa başladılar. Hər gün demək olar ki, eyni məhsullar müəyyən qədər bahalaşır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat qeyd edib ki, heç olmasa Novruz bayramında sosial təminata ehtiyacı olan ailələrin süfrə açmasına imkan yaratmaq lazımdır: "Dünyada bayramlar zamanı qiymətlər düşür, bizdə isə əksinədir. Dünyada qiymətləri aşağı salanlar itirmirlər, əksinə qazanırlar. Dünya təcrübəsini artıq biz də tətbiq etməliyik. İqtisadi azadlıqları genişləndirməklə ölkədə məhsul bolluğu yaratmalıyıq. Ən əsası monopoliyaya son qoyulmalı, bəzi işbazların fəaliyyətinin qarşısı alınmalıdır".

0