Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əməkdar artist Beynəlxalq festivalın Qala gecəsində çıxış edəcək

Abunə olmaq
Nərgiz Kərimova 2016-cı il 4-5 iyun tarixlərində IV “O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalında Azərbaycanı təmsil edəcək.

BAKI, 4 iyun — Sputnik. Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Əməkdar artist Nərgiz Kərimova Ukraynada keçiriləcək Beynəlxalq festivala dəvət alıb.

Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Nərgiz Kərimova 2016-cı il 4-5 iyun tarixlərində IV “O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalında Azərbaycanı təmsil edəcək.

Dövlət Musiqili Teatrının aktrisasını bu mötəbər tədbirə Kiyev Akademik Operetta Teatrı dəvət edib. “O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalı dördüncü dəfə keçirilməsinə baxmayaraq, dünyada kifayət qədər böyük şöhrətə və nüfuza malikdir. Bir çox Beynəlxalq müsabiqələrin laureatı olan Əməkdar artist Nərgiz Kərimova sözü gedən festivalın Qala gecəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını və İmre Kalmanın “Maritsa” əsərindən Maritsanın ariyasının ifa edəcək.

Tədbirdə Nərgiz Kərimova ilə yanaşı Almaniya, Belarus, Avstriya, Polşa, Gürcüstan, Kanada, Çex Respublikası və başqa ölkələrin tanınmış sənətçiləri də çıxış edəcəklər.

Qeyd edək ki, IV “O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalı Kiyev Akademik Operetta Teatrında keçiriləcək.

Xəbər lenti
0