Tarixin canlı səhifələri IV Gənclər festivalı

Tarixin canlı səhifələri

48
(Yenilənib 11:38 23.05.2016)
Gəncədə IV Gənclər festivalı keçirilib. 400 nəfər aktyor, tələbə, idmançının iştirak etdiyi festivalda, Babək, Cavad xan, Qara Yusif və Cahan Pəhləvan kimi tarixi şəxsiyyətlər canlandırılıb.

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 23 may — Sputnik. Gəncə şəhərində Gənclər və İdman Nazirliyi tərəfindən, Dövlət Sərhəd Xidməti və Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə "Tarixin canlı səhifələri" IV Gənclər festivalı keçirilib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın qədim və müasir şanlı tarixinin xranalogiyası tamaşaçılara təqdim olunub.

Tədbirdən əvvəl iştirakçılar Azərbaycan mətbəxi, mədəniyyəti və tarixin müxtəlif zamanlarında yaşayış şəraitinin təsvir olunduğu səhnəciklərlə tanış olublar. 400 nəfər aktyor, tələbə, idmançının iştirak etdiyi festivalda, Babək, Cavad xan, Qara Yusif və Cahan Pəhləvan kimi tarixi şəxsiyyətlər canlandırılaraq, onların keçdiyi qəhrəmanlıq yolu və şücaətləri göz önünə gətirilib.

  • Tarixin canlı səhifələri IV Gənclər festivalı
    "Tarixin canlı səhifələri" IV Gənclər festivalı
    © Sputnik / Ilham Mustafa
  • Tarixin canlı səhifələri IV Gənclər festivalı
    "Tarixin canlı səhifələri" IV Gənclər festivalı
    © Sputnik / Ilham Mustafa
  • Tarixin canlı səhifələri IV Gənclər festivalı
    "Tarixin canlı səhifələri" IV Gənclər festivalı
    © Sputnik / Ilham Mustafa
  • Tarixin canlı səhifələri IV Gənclər festivalı
    "Tarixin canlı səhifələri" IV Gənclər festivalı
    © Sputnik / Ilham Mustafa
  • Tarixin canlı səhifələri IV Gənclər festivalı
    "Tarixin canlı səhifələri" IV Gənclər festivalı
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
"Tarixin canlı səhifələri" IV Gənclər festivalı

Təxminən iki saat davam edən festivalda xüsusi hazırlanmış dekorasiya və səhnə, iştirakçıların əvəzsiz oyunu tamaşaçıları bir daha qəhrəmanlar dünyasına səyahətə aparıb. Festivalın keçirilməsində məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə əyani olaraq çatdırmaqdır. Ümumilikdə 2 saata yaxın davam edən festivalda xüsusi hazırlanmış dekorasiya və səhnə, iştirakçıların əvəzsiz oyunu tamaşaçıları bir daha qəhramanlar dünyasına səyahətə aparıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar tədbirlər haqqında 24 fevral 2016-cı il tarixli Sərancam imzalayıb. "Tarixin canlı səhifələri" adlı festival isə 2014-cu ildən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir. Festivalın keçirilməsində məqsəd isə gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb və düyüş tarixini gənclərə əyani olaraq çatdırmaqdır.

48
Teqlər:
Gəncə Şəhər İcra Hakimiyyəti, festival, Gənclər və İdman Nazirliyi, Dövlət Sərhəd Xidməti, Gəncə
Əlaqədar
Ərdoğanın Gəncə səfəri təxirə düşdü
Moskvadan Qəbələ və Gəncəyə reyslər təxirə salındı
Amerikalı rejissorun "Qarabağ" haqda filmi beynəlxalq festivalda
Bakıda Britaniya Filmləri Festivalı başlayıb
Azərbaycan filmi Paris festivalında mükafat qazandı
Ermitaj muzeyinə mənzərə, arxiv şəkli

Dünyaca məşhur muzey saxtakarlıqda ittiham olunur

17
(Yenilənib 00:26 17.01.2021)
Kolleksiyaçı Rujnikov Ermitaj muzeyindəki bir çox eksponatın orijinal olmadığını bildirib. Üstəlik, onun fikrincə, ötən ilin noyabrından davam edən sərgidə də məşhur əsərlərin kobud, saxta versiyaları nümayiş olunur.

BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj muzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubunda bildirilib. O qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan həqiqi eksponatlarla yanaşı nümayiş etdirilən əsgərin siqaret yandırdığı heykəlcik Savitskinin Fersman Muzeyindəki heykəlinin kobud bənzəridir.

Bundan başqa, kolleksiyaçı muzeydəki bir çox eksponatın orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX əsrə yox, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarların siyahısını xeyli uzada biləcəyini qeyd edib.

İddialar əsasında hazırda Ermitajda araşdırmalara başlanılıb. Sərgi ötən il noyabrın 25-də başlayıb və bu il martın 14-dək davam edəcək.

17
Teqlər:
saxtakarlıq, Ermitaj, muzey
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

56
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

56
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Самолет Бе-200, фото из архива

Hirkan Milli Parkında yanğın davam edir - VİDEO

0
(Yenilənib 19:37 17.01.2021)
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub.

BAKI, 17 yanvar - Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb olunub.

Əlavə məlumat veriləcək.

0