Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Eurovision-2016"da Azərbaycanın səslərini məşhur şoumen elan edəcək

© Photo : Andres Putting/Eurovision.tvВ Стокгольме состоялось официальное открытие песенного конкурса "Евровидение-2016"
В Стокгольме состоялось официальное открытие песенного конкурса Евровидение-2016 - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa Yayım Birliyi Stokholmda keçirilən "Eurovision-2016" mahnı müsabiqəsində Azərbaycandan səsvermənin yekun nəticələrini elan edəcək şəxsin adını açıqlayıb.

BAKI, 14 may-Sputnik. Avropa Yayım Birliyi Stokholmda keçirilən "Eurovision-2016" mahnı müsabiqəsində Azərbaycandan səsvermənin yekun nəticələrini elan edəcək şəxsin adını açıqlayıb.

Sputnik-in məlumatına görə, səsvermənin nəticələrini tanınmış azərbaycanlı teleaparıcı, rejissor, aktyor və şoumen Tural Əsədov təqdim edəcək.

Çox sayda reklam çarxlarının və təqdimat filmlərinin prodüseri olan T.Əsədov Azərbaycan estradasının Sevda Ələkbərzadə, Miri Yusif və Röya kimi ulduzlarının kliplərini ərsəyə gətirib. O, Röyanın Kremldə verdiyi konsertin aparıcısı olub.

2013-cü il dekabrın 18-də Bakı Kristal Zalında İtaliya estradasının ötən əsrin 80-ci illərinin əfsanəvi ifaçıları "San-Remo festivalının ulduzları Bakıda" adlı maraqlı konsert proqramı ilə çıxış ediblər və Tural Əsədov İtaliyanın dünya şöhrətli aktrisası Ornella Muti ilə birlikdə konsertə aparıcılıq edib.

12 iyul 2015-ci ildə "Bakı-2015" Avropa Oyunlarının könüllülərinə və Azərbaycan yığmasının idmançılarına həsr olunmuş "Tarix yazdıq! Tarixə yazıldıq!" şüarı altında keçirilmiş paradın ardınca baş tutan xüsusi konsert proqramının aparıcılarından biri olub.

Hazırda Tural Səs Azərbaycan mahnı müsabiqəsinin aparıcısıdır.

Qeyd edək ki, bu gün Stokholmda "Globe Arena"da "Eurovision-2016" müsabiqəsinin finalı keçiriləcək.

Azərbaycanı yarışmada təmsil edən Səmra Rəhimli "Miracle" (Möcüzə) mahnısı ilə 4-cü çıxış edəcək.

Xəbər lenti
0