Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı rektor Puşkin medalına layiq görüldü

© Sputnik / Murad OrujovAsif Hacıyev
Asif Hacıyev - Sputnik Azərbaycan
Abunə olmaq
Rus dilinin, rus ədəbiyyatının və mədəniyyətinin yayılmasında böyük töhfəsinə görə Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev Puşkin medalı ilə təltif edilib

BAKI, 13 may — Sputnik. Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Aassosiasiyasının Rəyasət Heyətinin 22 aprel 2016-cı il tarixli qərarı ilə rus dilinin, rus ədəbiyyatının və mədəniyyətinin yayılmasında böyük töhfəsinə görə Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev A.S.Puşkin medalı ilə təltif edilib.

BSU-dan Sputnik-ə verilən məlumata görə, Assosiasiyanın və Rusiya Təhsil Akademiyasının Prezidenti akademik Lyudmila Verbitskayanın təbrik məktubunda professor A.Hacıyevin uzunmüddətli uğurlu elmi, pedaqoji və yaradıcı fəaliyyətinə, rus dili və mədəniyyətinin beynəlxalq aləmdə təbliğatında və millətlərarası münasibətlərin güclənməsində əvəzolunmaz xidmətinə görə minnətdarlıq bildirilir.

Xəbər lenti
0