Rehyan Yusifqızının yeni işıq üzü görmüş kitabı

O, öz planetinə qayıda biləcəkmi?

1104
Reyhan Yusifqızının "Yaşıl gözlü qız" əsəri qəza nəticəsində Yer planetinə düşən 12 yaşlı yadplanetli Leminin macəralarına həsr olunub. Leminin tanış olduğu Yerli dostları ona kainatın sirlərini açmaqda kömək etməyə cəhd göstərirlər.

BAKI, 13 may — Sputnik. Yazıçı-publisist Reyhan Yusifqızının "Yaşıl gözlü qız" əsəri rus dilində nəşr olunub. yeni kitabı işıq üzü görüb. Kitab kosmik qəza nəticəsində Yer planetinə düşən 12 yaşlı yadplanetli Leminin macəralarına həsr olunub. Leminin tanış olduğu Yerli dostları ona kainatın sirlərini açmaqda kömək etməyə cəhd göstərirlər.

Lemi öz planetinə qayıda biləcəkmi? Əgər sən bu kitabı oxusan, baş qəhrəmanın Yer sakinlərindən nə ilə fərqləndiyini, hansı çətinliklərlə üzləşdiyini biləcəksən. Bu povest 2009-cu ildə Beynəlxalq Arxitektura və Uşaq Konqresi çərçivəsində Ankarada (Türkiyə) keçirilən uşaq yaradıcılığı müsabiqəsində III yeri tutub.

Kitabı Azərbaycan dilindən tərcümə edən Sevda Zeynalova, redaktor Natalya Lukyanova, rəssamı Elçin Cabbarovdur. 112 səhifəlik kitab 1000 tirajla nəşr olunub.

1104
Teqlər:
Lemi, nəşr, əsər, kitab, "Yaşıl gözlü qız", Reyhan Yusifqızı
Əlaqədar
Azərbaycan dilində kitab sərgisi təşkil etdiyi üçün həbs olundu
Azərbaycanda ən kiçik kitab İçərişəhərdə saxlanılır
Dünya "Kitabi Dədə Qorqud"u tanımağa başlayıb
Azərbaycan multikulturalizminə dair silsilə kitablar dərc olunacaq
ASAN xidmət kitabxanalarının daimi oxucuları var
Azərbaycanlı adını Ginnesin Rekordlar Kitabına yazdırdı
Uşaq televizora baxır, arxiv şəkli

"Tıq-tıq dostları möcüzələr axtarışında" filminin 2-ci hissəsi çəkilir

4
(Yenilənib 13:18 27.11.2020)
Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olacaqdır. Filmin istehsalının 2021-ci ilin mart ayında tamamlanacağı və tamaşaçılara təqdim olunacağı gözlənilir.

BAKI, 27 noyabr — Sputnik. "Azanfilm" studiyası "Tıq-tıq və dostları möcüzələr axtarışında" maarifləndirici, çoxhissəli animasiya filminin 2-ci hissəsinin istehsalını davam etdirir.

Sputnik Azərbaycan xəbər verir ki, animasiya filminin 2-ci hissəsində Tıq-tıq öz dostları ilə qədim yaşayış məskənlərimizdən olan Qobustana səyahət edir. Qobustan barədə maraqlı məlumatları balacalara çatdıracaq filmdə qəhrəmanlarımızın başlarına qeyri-adi və sirli hadisələr də gələcək. Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olacaq.

Filmin istehsalının 2021-ci ilin mart ayında tamamlanacağı və tamaşaçılara təqdim olunacağı gözlənilir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəyli, bəstəkarı Azər Hacıəsgərli, rəssamı Kübra Binnətova, redaktoru Yusif Şeyxov, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.

4
Teqlər:
Mədəniyyət Nazirliyi, film, studiya
Sazlar, arxiv şəkli

Aşıq sənəti ilə bağlı mühüm layihə davam edir

6
(Yenilənib 12:42 27.11.2020)
Layihədə Azərbaycan aşıq sənətinin tarixi, müasir günümüzdə inkişafı, bu sənətin görkəmli nümayəndələri haqqında məlumatlar və aşıqların həm videoarxiv, həm də yeni lentə alınan ifaları yer alacaq.

BAKI, 27 noyabr — Sputnik. Beynəlxalq Muğam Mərkəzi (BMM) aşıq sənətimizi təbliğ edən yeni onlayn "Aşıq musiqimizin inciləri" adlı layihəyə start verib.

Sputnik Azərbaycan xəbər verir ki, layihədə Azərbaycan aşıq sənətinin tarixi, müasir günümüzdə inkişafı, bu sənətin görkəmli nümayəndələri haqqında məlumatlar və aşıqların həm videoarxiv, həm də yeni lentə alınan ifaları yer alacaq. Layihənin ilk buraxılışları Kəlbəcər aşıqlarına həsr olunub.

Aşıq sənəti şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Ta qədim zamanlardan aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi, dostu sayılmışlar. Onlar həmişə el içində yaşamış, öz dövrlərinin, mühitlərinin bilikli, məlumatlı adamları, müdrik sənətkarları olmuşlar. Aşıq yaradıcılığında xalqımızın çoxəsrlik tarixi, xarici düşmənlərə qarşı mübarizəsi, əmək şəraiti, toy-düyünləri rəngarəng bədii boyalarla öz ifadəsini tapmışdır.

Azərbaycan dövlətinin, xüsusilə UNESCO və ICESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Bu gün Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir.

BMM öz fəaliyyətində aşıq sənətini təbliğ edən çoxsaylı layihələr həyata keçirir. Bu layihələr sırasında "Aşıq musiqisi axşamları" adlı silsilə konsertləri, aşıq sənətinə həsr olunan dəyirmi masa və müzakirələri qeyd etmək olar.

6
Teqlər:
layihə, UNESCO, Bakı Beynəlxalq Muğam Mərkəzi, sənət, aşıq
COVİD-19 xəstəsi, arxiv şəkli

Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlandı

0
(Yenilənib 13:30 27.11.2020)
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

BAKI, 27 noyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.

Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.

Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

0