Xəcalət tamaşasından bir səhnə

Mirələmovun "Xəcalət"ini xaçmazlılar da görəcək

8
(Yenilənib 12:11 13.05.2016)
"Azdrama"nın kollektivi mayın 16-da Xaçmaz tamaşaçıları qarşısında "Xəcalət" tamaşası ilə çıxış edəcək. Səhnə əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib.

BAKI, 13 may — Sputnik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Xaçmaza qastrol səfərinə yollanacaq. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, kollektiv mayın 16-da Xaçmaz tamaşaçıları qarşısında "Xəcalət" tamaşası ilə çıxış edəcək.

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən "Xəcalət" tamaşasının quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir. Səhnə əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.

Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir. İki hissəli müasir dram olan səhnə əsərində rolları xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Mətanət Atakişiyeva, xalq artisti Ramiz Novruz, əməkdar artistlər Əlvida Cəfərov və Məzahir Cəlilov, aktrisa Xədicə Novruzlu ifa edir.

8
Teqlər:
Hüseynbala Mirələmov, "Xəcalət", Xaçmaz, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Əlaqədar
Milli Dram Teatrda “Generalın son əmri” tamaşası nümayiş olundu
Zibillikdən doğan təmizlik haqda eqosentrik tamaşa
Anarın Axundov haqqında filmi çox keyfiyyətsiz televiziya tamaşasıdır
Uşaqlar üçün yeni tamaşa - "Çirkin ördək balası"