Участница с флагом сепаратистского режима Нагорного Карабаха.

Avropa Yayım Birliyi Ermənistanı sanksiya ilə hədələyib

30
(Yenilənib 22:41 11.05.2016)
Ermənistan təmsilçisi İveta Mukuçyan "Eurovision"un yarımfinalında "DQR"in bayrağını qaldırıb.

BAKI, 11 may — Sputnik. Avropa Yayım Birliyi (AYB) Ermənistan təmsilçisinin birinci yarımfinal mərhələsi zamanı gözləmə otağında qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nı dalğalandırmasını pisləyib.

Qurumun bəyanatında bu cür halların “Eurovision” mahnı müsabiqəsinin adına xələl gətirəcəyi bildirilir.

Qurumun nəzarət qrupu qaydalara əsaslanaraq məsələnin Ermənistanın bu il müsabiqədən kənarlaşdırılması və digər əlavə tədbirlərin tətbiqi ilə nəticələnə biləcəyini bəyan edib.

30