Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Amerikalı rejissorun "Qarabağ" haqda filmi beynəlxalq festivalda

© news.milli"Qarabağ" futbol klubu
Qarabağ futbol klubu - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarabağ" futbol klubu haqda çəkilən film Qlazqoda keçiriləcək festivalda nümayiş olunacaq

BAKI, 2 may — Sputnik. Amerikalı rejissor və ssenari müəllifi Tomas Qoltzun Ağdamın "Qarabağ" futbol klubu haqda çəkilən "ON Aggregate" adlı film Qlazqoda keçiriləcək Radical Film Network Festivalda nümayiş olunacaq. Sputnik "The National" qəzetinə istinadən xəbər verir ki, festivalda ümumilikdə 40 film iştirak edir.

Qarabağ futbol klubu - Sputnik Azərbaycan
İDMAN
"Qarabağ"dan möhtəşəm qələbə

Jurnalist Tomas Qoltz müsahibədə deyib ki, "Qarabağ"dan öncə futbolla tanışlığı olmayıb: "Heç futbol terminlərini də bilmirdim. Ağdam klubuna təşəkkürümü bildirirəm ki, bu komanda mənə futbolu sevdirdi. "Qarabağ" naminə fəaliyyətimi davam etdirirəm. Avropa Liqasının qrup mərhələsində İtaliya "İnter"i ilə oyundakı qolun sayılmamasına çox məyus oldum. Azərbaycanlı olmasam da, buna çox təəssüfləndim. "Qarabağ" dünyada siyasi təbliğat baxımından Azərbaycan üçün dəyərli klubdur".

Qeyd edək ki, "Qarabağ" haqda 52 dəqiqəlik sənədli filmin təqdimatı sabah keçiriləcək.

Xəbər lenti
0