Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Aida" səhnəyə çıxacaq

Abunə olmaq
Teatrın gənc və istedadlı solisti Nina Makarova isə bu tamaşada ilk dəfə Amneris rolunda səhnəyə çıxacaq. Digər əsas partiyalarda xalq artisti Əli Əsgərov, Əməkdar artistlər Gülnaz İsmayılova və Əkrəm Poladov çıxış edəcəklər.

BAKI, 28 apr — Sputnik. Mayın 7-də Azərbaycan Opera və Balet Teatrının (AOBT) səhnəsində italyan bəstəkar C. Verdinin "Aida" operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Sputnik-ə verdiyi məlumata görə, səhnə əsərində ilk dəfə Aidanın partiyasını Əməkdar Artist İlahə Əfəndiyeva ifa edəcək.

Teatrın gənc və istedadlı solisti Nina Makarova isə bu tamaşada ilk dəfə Amneris rolunda səhnəyə çıxacaq. Digər əsas partiyalarda Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər Gülnaz İsmayılova və Əkrəm Poladov çıxış edəcəklər. Eyni zamanda Gürcüstanın Xalq Artisti Teymuraz Ququşvili bu dəfə tamaşada Radames partiyasını, Gürcüstanın Əməkdar Artisti Sulxan Qvelesiani isə Amonasro rolunu ifa edəcəklər.

Xatırladaq ki, tamaşanı Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dirijoru, dirijorların beynəlxalq müsabiqələr laureatı Vyaçeslav Voliç idarə edəcək.

Xəbər lenti
0