Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Min bir gecə" müzikl-tamaşasının təqdimatı olacaq

© sputnik.az/ Pəri AbbaslıGənc Tamaşaçılar Teatrı
Gənc Tamaşaçılar Teatrı - Sputnik Azərbaycan
Abunə olmaq
Tamaşanı əməkdar artist Nicat Kazımov hazırlayıb.

BAKI, 26 apr — Sputnik. Azərbaycan Gənc Tamaşaçılar Teatrının rejissoru, əməkdar artist Nicat Kazımov "Min bir gecə" adlı müzikl-tamaşa hazırlayıb. Aprelin 29-da saat 19:00-da tamaşanın təqdimatı olacaq.

Bu barədə "Report"a Nicat Kazımov məlumat verib.

Əməkdar artistin sözlərinə görə, bu layihə Gənclər və İdman Nazirliyinin "Tələbə Baharı Festivalı" çərçivəsində təqdim ediləcək.

Akademik Milli Dram Teatrının səhnəsində təqdim ediləcək müzikl-tamaşada Azərbaycanın bütün ali təhsil müəssisələrində təhsil alan 200-dən çox tələbə həvəskar aktyor qismində çıxış edəcək.

Layihənin rəhbəri, rejissor Nicat Kazımov 200-dən çox tələbəni bir araya toplamağın çətin və maraqlı nüansları olduğunu deyib: "Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil müəssisələrindən topladığım tələbələr səhnədə istedadlarını nümayiş etdirəcəklər. Bu tələbələr Mədəniyyət və İncəsənət Universiteti və ya Bakı Musiqi Akademiyasının tələbələri deyil. İncəsənətlə əlaqəsi olmayan ali təhsil müəssisələrindən seçilmiş tələbələrdir. Onların hər birinin mədəniyyətə, incəsənətə marağı var. Bu tələbələrlə yanaşı, müzikl-tamaşada 7 peşəkar aktyor da çıxış edəcək. Səbinə Məmmədova, Manaf Dadaşov, Vüsal Mehrəliyev, Anar Seyfullayev, Müşfiq Əliyev, Zaur Əliyev və Anar Səfiyevin rol aldığı tamaşa aprelin 29-da nümayiş olunacaq"

Qeyd edək ki, əməkdar artist Nicat Kazımov Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə bir sıra layihələr hazırlayıb. Növbəti layihə may ayında Gəncədə təşkil ediləcək "Tarixin canlı səhifələri" silsiləsindən olacaq tarixi tamaşadır. 

 

Xəbər lenti
0