Akademik Milli Dram Teatri

"Azdrama"nın kollektivi Türkiyədədir

17
Nümayəndə heyətimiz Bursa şəhərinin Nilufər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 5-ci Beynəlxalq Teatr Festivalında kollektiv xalq yazıçısı Elçin Əfəndiyevin "Teleskop" pyesi əsasında hazırlanan tragikomediya ilə çıxış edəcək

BAKI, 18 apr — Sputnik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Türkiyəyə yollanıb. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Bursa şəhərinin Nilufər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 5-ci Beynəlxalq Teatr Festivalında kollektiv xalq yazıçısı Elçin Əfəndiyevin "Teleskop" pyesi əsasında hazırlanan eyniadlı, iki hissəli tragikomediyası ilə çıxış edəcək.

Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Rusiyanın xalq artisti Eduard Koçerqin, geyim rəssamı Anna Koçerqina, musiqi tərtibatçısı Həmid Kazımzadə, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayevadır.

Səhnə əsərində xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Füzuli Hüseynov, Kazım Abdullayev, Əjdər Həmidov, Sabir Məmmədov, Elxan Quliyev, Hicran Nəsirova, Aslan Şirinov, Münəvvər Əliyeva, Şəlalə Şahvələdqızı, aktyorlar Vüsal Mustafayev, Elnar Qarayev, İlahə Həsənova, Dilarə Nəzərova, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Rada Nəsibova, Elnur Qədirov, Məhsəti Tahirzadə və Şəhla İsmayılova çıxış edir.

Kollektiv "Teleskop" tamaşasını aprelin 19-u və 20-də nümayiş etdirəcək. Tamaşa ilk dəfə Akademik Milli Dram Teatrının səhnəsində 2011-ci il mayın 11-də oynanılıb.

Qeyd edək ki, "Yaşasın teatr, yaşasın sülh" devizi altında keçirilən Bursa Beynəlxalq Teatr Festivalı Türkiyənin ən nüfuzlu festivallarından biri hesab olunur. Hər il dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Gürcüstan, Polşa, Estoniya və başqa ölkələrdən teatr kollektivləri festivalda iştirak edir.

17
Teqlər:
tamaşa, Bursa, Türkiyə, Beynəlxalq Teatr Festivalı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Əlaqədar
Milli Dram Teatrda “Sənətkarın taleyi” tamaşası nümayiş olunub
Bakıda növbəti ailə dramı baş verib
Dram Teatrında “Boy çiçəyi” nümayiş olundu
Dram Teatrının qazını kəsdilər
Milli Dram Teatrda “Generalın son əmri” tamaşası nümayiş olundu
Netflix

"Netflix" İstanbulda ofis açır

24
"Netflix" platformasının qurucusu Reed Hastings Türkiyənin zəngin mədəni irsi və köklü hekayə anlatma qabiliyyəti baxımından çox dəyərli bir ölkə olduğunu bildirib

BAKI, 3 dekabr — Sputnik. Dünya üzrə təxminən 195 milyon üzvü olan "Netflix" platformasının İstanbulda ofisi açılacaq. Bu addım Türkiyədə istehsal olunan uğurlu ekran əsərlərinin dünya tamaşaçısına tanıdılmasında da əhəmiyyətli rol oynayacaq.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı "Netflix" platformasından bildirilib.

Türkiyədəki sərmayələrini artıran şirkətin yeni ofisinin 2021-ci ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

Bununla bağlı açıqlama verən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy xüsusilə son on beş il ərzində əhəmiyyətli inkişaf yolu keçən ölkəsinin kino və teleserial sektorunun iqtisadi artımla yanaşı, həm də mədəni diplomatiya sahəsinə böyük töhfələr verdiyini bildirib: ""Netflix" kimi qlobal bir şirkətin ölkəmizdə ofis açması qərarını məmnuniyyətlə qarşıladıq. Türkiyə istehsalı olan film və serialların 190 ölkədə izlənə bilməsi bu sektorun daha geniş beynəlxalq cəmiyyətə tanıdılması və film turizminin inkişafına böyük töhfələr verəcəyini düşünürük".

"Netflix" platformasının qurucusu Reed Hastings Türkiyənin zəngin mədəni irsi və köklü hekayə anlatma qabiliyyəti baxımından çox dəyərli bir ölkə olduğunu bildirib.

24
Teqlər:
ofis, Türkiyә, Netflix şirkəti
İlqar Muradov, arxiv şəkli

İlqar Muradov: "Düşünürəm ki, zahirən Dronqoya oxşarlığım var"

2286
(Yenilənib 18:06 03.12.2020)
"Mənim əksər mahnılarım mənə aiddir. Amma mən nə oxuyuramsa o elə mənim qəlbimin musiqisidir. Onları sevərək, seçərək oxumuşam. Bütün mahnılarım mənə doğmadır"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Onun həzin, məlahətli səsini dinlədikcə ötən günlərə qayıdırsan. Kiminin uşaqlığı, kiminin gəcliyi, kiminin ilk məhəbbəti düşür yada… Bir sözlə, onu dinlədikcə xatirələr düşür yada.. "Bir ömrün nəğməsi", "Mənim 17 yaşım var", "Mənimlə qal", "İstərsənmi", "Bu dünyanı nağıl bilək", "Peşiman olarsan" mahnıları insanın ruhunu oxşayır. Söhbət alicənablığı, sakit, ciddi, ağır təbiəti, qalmaqallardan uzaq olması ilə seçilən Xalq artisti İlqar Muradovdan gedir. Sənətkar özü və sənəti ilə bağlı Sputnik Azərbaycan-a danışıb:

"Mən əslində, 5 yaşında pianoda çalıb-oxuyurdum. Məndən böyük bacım, qardaşım musiqi məktəbinə gedirdilər. Valideynlərimin dediyinə görə, mən onların ikisindən də istedadlı olmuşam. Sonra mən Naxçıvanda 7 illik Orta İxtisas Musiqi Məktəbinin piano şöbəsini bitirdim. Demək olar ki, ömrüm boyu musiqi ilə məşğul olmuşam. 1981-ci ildə bizim dahi sənətkarımız, mərhum Rafiq Babayev məni Bakıya dəvət etdi. Həmin vaxtdan bu günə qədər də oxuyuram".

"İlqar Muradovun ruhunu ifadə edən mahnı hansıdır?" sualına Xalq artistinin cavabı belə oldu: "Mənim əksər mahnılarım mənə aiddir. Amma mən nə oxuyuramsa o elə mənim qəlbimin musiqisidir. Onları sevərək, seçərək oxumuşam. Bütün mahnılarım mənə doğmadır. Mənim üçün fərqi yoxdur. Onlar mənim daxili aləmimdən xəbər verir. Onlar mənim övladlarımdır. Necə ki, övladlarımızın arasında fərq qoymuruq. Oxuduğum mahnılarım da mənim övladlarımdır. Onlar mənə yaxın olmasaydılar, mən onları ifa etməzdim".

Dünyanı cənginə alan COVİD-19 pandemiyası həmsöhbətimizin də yaradıcılığına təsirsiz ötüşməyib: "Karantindən qabaq 3 konsert nəzərdə tutulmuşdu. Onun 2-ni edə bildik, 1 konsert qaldı. Həmin konsertin tarixi dəyişilə-dəyişilə dekabrın 20-ə salınıb. Həmin vaxta bitsə, konsert baş tutacaq, ancaq çətin ki, o vaxta bitər. Ümidimiz 2021-ci ilədir".

Pandemiyadan söz düşmüşkən, müğənni insanlarımızı diqqətli olmağa, özlərini qorumağa çağırdı: "İnsanlar son dərcə diqqətli olsunlar. Qarabağ uğrunda döyüşlərdə qələbə qazandıq. Qripə də qalib gələsi olsaq çox yaxşı olar. Bu, özümüzün əlindədir".

"Pandemiya dövrü hər kəsə təsir etdiyi kim mənə də təsir etdi. Xüsusən maddi tərəfdən. Mən də öz doğmalarımı qorumaq üçün məcburiyyətdən evdə qaldım. Əslində mənə mənəvi olaraq elə də böyük təsir etmədi. Həmin dönəmlərdə yaradıcılığımın üzərində işlədir. Həmin dövrü səmərəli keçirdim".

Müsahibimizin fərqli imici, üzünün fakturası rejissor Yavər Rzayevin diqqətiini çəkib. Rejissor İlqar Muradovu quruluş verdiyi "Xeyirlə şərin rəqsi" filminə dəvət edib: "Filmin süjet xətti dünyaca məşhur xəfiyyə Dronqonun Azərbaycanın dağlıq rayonundakı bir qəsəbədə baş verən müəmmalı hadisəni araşdırması üzərində qurulub. Quruluşçu rejissor Yavər Rzayev məni baş rola - Dronqo obrazına dəvət etdi. Film Çingiz Abdullayevin "Quba kapriççiosu" əsəri əsasında lentə alınıb. Filmə ona görə çəkildim ki, o obraza simpatiyam var idi. Ümumiyyətlə, Çingiz müəllimin özünə də çox böyük hörmətim var. Yenə bu tipli obraza dəvət etsələr gedəcəyəm, amma başqa filmə yox".

"Əvvəlcə çəkilişə razılıq vermədim, çünki mən aktyor deyildim. Amma əsərlə tanış olduqdan sonra obrazda xarakterimə uyğun nələrisə tapdım. Düşünürəm ki, zahirən də Dronqoya oxşarlığım var. Çingiz Abdullayev mənim obrazımdan çox razı qalıb. Hətta premyerada da qeyd etdi ki, bu günə qədər çox film olub, lakin onların arasında ən uğurlu alınan və ən çox bəyəndiyi məhz bu filmdir. Bundan başqa, peşəkar kino mütəxəssisləri də film haqqında müsbət rəylər bildirirlər. Ümid edirəm ki, bunun ardı və yaxud başqa obrazlar olacaq".

Xalq artisti ölkəmizi xarici ölkələrdə də layiqincə təmsil edib: "Bir neçə layihələrdə də iştirak etmişəm. Misal kimi Norveç xoru ilə olan layihəni göstərə bilərəm. 1995-ci ildə mərhum səyyah Tur Heyerdal Azərbaycana gəldi. Onun ideyası ilə layihə yazıldı. Bu proyekt ən yaxşı proyektlər sırasına düşdü. Orda həm bəstəkar, həm də xalq mahnılarından istifadə etdik. Mərhum bəstəkar-pianoçu Rafiq müəllimin davamçısı olaraq dostum Siyavuş Kərimi ilə əl-ələ verib başqa-başqa ölkələrdə Azərbaycan musiqisini təbliğ etmişik. Qismət olarsa, yenə də edəcəyik".

2286

Bir neçə şəhər rayonda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı

7
Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-ü saat 06.00-dək uzadılır

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanda sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusui karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-ü saat 06.00-dək uzadılır.

Qeyd edək ki, əvvəl bu müddət dekabrın 7-si saat 06:00-dək müəyyən edilmişdi.

7
Teqlər:
Xaçmaz, Quba, İsmayıllı, Masallı, Cəlilabad, Biləsuvar, Zaqatala, Qax, Lənkəran, Şəki, sərt karantin rejimi
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar