BAKI, 15 apr — Sputnik. 15 aprel dünyada Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Sputnik xəbər verir ki, bu tarixin yaranması 1935-ci il aprelin 15-də Vaşinqtonda "Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında" imzalanmış müqavilə ilə əlaqədardır.
Bu gün beynəlxalq hüquq təcrübəsində "Rerix paktı" kimi də tanınır. Qanun qəbul olunduqdan sonra dünyanın bir çox ölkəsində 15 aprel — Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur.
Xatırladaq ki, 2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin dünya bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb. Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.
BAKI, 19 yanvar — Sputnik. Müğənni Təranə Qumral sosial şəbəkədə yayımladığı video ilə müzakirələrə səbəb olub.
Sputnik Azərbaycan xəbər verir ki, sənətçinin görüntüdə işlətdiyi qeyri-etik ifadələr bir yana, onun istifadə etdiyi effekt ələ salınıb.
Посмотреть эту публикацию в Instagram
Bir neçə gün əvvəl qızları ilə rəqs edən videosunu yayımlayan ifaçı ünvanına yazılan tənqidlərə cavab verib. O: "Bir ildir efirə çıxmıram, özümlə bağlı sosial şəbəkəyə video qoymuram. O gün bir video yayımladım, altına oturub nə qarğışlar, söyüşlər yazmısız. Öz başınıza tökülsün. Götürüb nəsə yazsam, deyəcəksiniz, Təranə Qumral izləyicisini təhqir etdi. Amma sizin məni hər cür təhqir etməyə haqqınız var? Qarğışlarınız öz canınıza tökülsün. Hünəriniz var, bir də qarğış yazasınız", - deyə bildirib.
Təranə daha sonra paylaşımındakı şərh bölümünü bağlayıb.
BAKI, 19 yanvar — Sputnik. Fransanın tanınmış aktyoru və ssenarist Jan-Pyer Bakri vəfat edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 69 yaşlı aktyor ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, Jan-Pyer Bakri 1951-ci il mayın 24-də Əlcəzairdə yəhudi ailəsində doğulub. 1962-ci ildən sonra aktyorun ailəsi Fransaya mühacirət edib. Mərhum aktyorun kinoya ilk gəlişi "Hərbi həkim" filmində olub. Həmin filmdə Alen Delon və Veronik Janno ilə tərəf-müqabili olan Jan-Pyer Bakri 1985-ci ildə Lyuk Bessonun "Zirzəmi" filmində çəkilib.
Mərhum aktyor 70-dən çox kino və telelayihələrin ssenari müəllifi olub. "Ən yaxşı ssenari"yə görə dörd dəfə "Sezar" mükafatına layiq görülüb. Həmçinin Kann Festivalının mükafatçısı olub.
BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.
APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.
Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.
Məlumata görə, hadisə borc üstündə baş verib.
Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.