Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Tariximizin yeni mübarizə səhifələri yazılır"

© sputnik.azAkademik Milli Dram Teatri
Akademik Milli Dram Teatri - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsgərlərimizə dəstək aksiyası keçirilib: "Bütün baş verənlər böyük qürurla deməyə əsas verir ki, xalqımız qələbəyə çox yaxındır"

BAKI, 5 apr — Sputnik. Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsgərlərimizə dəstək aksiyası keçirilib. Sputnik xəbər verir ki, tədbir açıq elan edilib və sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Bu gün Gəncədə cəbhəyə dəstək aksiyası keçirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gəncədə orduya dəstək aksiyası keçirilib

Tədbirdə çıxış edən teatrın bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, son dövrlər erməni silahlı qüvvələri tərəfindən cəbhədə baş verən hadisələrdən və əsgərlərimizin qəhrəmanlıqlarından söz açıb. O bildirib ki, artıq bir neçə gündür, Azərbaycanın kəndləri, yaşayış məntəqələri irimiqyaslı silahlar — top və pulemyotlardan atəşə tutulur, hərbi mövqelərimizə ardıcıl zərbələr endirilir.

"Ordumuz vətəndaşların təhlükəsizliyini və öz mövqelərini layiqincə qoruyur, düşmənə lazımi cavab verir. Bu günlərdə tariximizin yeni mübarizə səhifələri yazılır. Qəhrəman əsgərlərimiz 20 ildən artıqdır ki, düşmən tapdağı altında olan Vətən torpağını yağı düşməndən geri almaq üçün böyük şücaət göstərirlər. Bütün baş verənlər böyük qürurla deməyə əsas verir ki, xalqımız qələbəyə çox yaxındır", A. P. Nemət vurğulayıb.

Teatrın direktoru cəbhədə aparılan hərbi əməliyyatların Azərbaycan ordusunun gücünü bir daha göstərdiyini qeyd edib: "Ali Baş Komandan, prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, ələlxüsus gənclərimiz işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadır".

Tədbirdə xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Bəsti Cəfərova, Hacı İsmayılov, Məleykə Əsədova, əməkdar artist Məsmə Aslanqızı, aktyor Anar Heybətov çıxış edərək, hər an Azərbaycan əsgərinin yanında olduqlarını söyləyiblər.

Xalq artisti Məleykə Əsədova və xalq artisti Hacı İsmayılovun səsləndirdikləri vətənə həsr olunmuş şeirlər zalda coşğu ilə qarşılanıb. Eyni zamanda xalq artistləri lazım gələrsə, cəbhəyə getməyə və Vətən uğrunda savaşmağa hazır olduqlarını dilə gətiriblər.

Xəbər lenti
0