Akademik Milli Dram Teatri

Milli Dram Teatrda “Sənətkarın taleyi” tamaşası nümayiş olunub

31
Tamaşa milli teatr tariximizə adını əbədi olaraq həkk etdirmiş aktyor Hüseyn Ərəblinskinin həyatından, faciəli taleyindən bəhs edir.

BAKI, 4 apr — Sputnik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında hazırlanmış “Sənətkarın taleyi” tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, tamaşa milli teatr tariximizə adını əbədi olaraq həkk etdirmiş aktyor Hüseyn Ərəblinskinin həyatından, faciəli taleyindən bəhs edir.

Səhnə əsərində diqqətə çatdırılıb ki, Hüseyn Ərəblinskinin sənətə gəlişi dövründə ayrı-ayrı həvəskar qrupların, teatr dərnəklərinin simasında qərarlaşan Azərbaycan teatrı, sözün əsl mənasında, çətin günlərini yaşayırdı. Azərbaycanın ilk professional aktyoru və peşəkar rejissoru sayılan Hüseyn Ərəblinskinin şəxsi qayğıları, eləcə də maddi çətinlikləri yetərincə idi. Aktyoru nəinki mürtəce qüvvələr başa düşmürdü, eləcə də bəzi qohumları onun sənəti ilə heç cür barışmaq istəmirdilər.

Qeyd edək ki, Tamaşa Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

İki hissəli faciənin quruluşçu rejissoru İranə Tağızadə, quruluşçu rəssamı Tatyana Melnikova, geyim üzrə rəssamları İranə Tağızadə, Tatyana Melnikova, musiqi tərtibatı Vladimir Neverov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Xatırladaq ki, səhnə əsərində rolları xalq artisti Şükufə Yusupova, Cəfər Namiq Kamal, əməkdar artistlər Firdovsi Atakişiyev, Elşən Cəbrayılov, Aslan Şirin, Ayşad Məmmədov, İlham Hüseynov, Əjdər Həmidov, Hicran Nəsirova, aktyorlar Natəvan Hacıyeva, Hikmət Rəhimov, Vüsal Mustafayev, Anar Heybətov, Mirzə Ağabəyli, Cümşüd Zeynalov, Vasif Həsənəliyev, Rəşad Bəxtiyarov, Əjdər Zeynalov, İnna İmranova canlandırıblar.

31
“Miss Azərbaycan-2019” titulunun sahibi Səmra Hüseynova, arxiv şəkli

“Miss Azərbaycan”la tanış olmağın çox asan yolu varmış zərfin içində...

48
Səmra Hüseynova onun şəxsi həyatı ilə maraqlanan, hətta canlı tanış olmaq istəyən izləyicilərinə cavab verib

BAKI, 3 avqust — Sputnik. “Miss Azərbaycan-2019” titulunun sahibi Səmra Hüseynova sosial şəbəkə istifadəçilərini onların suallarına verdiyi cavablarla şok edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Səmra onunla necə tanış olmağın asan yolunu da deyib.

Model Instagram-dakı izləyicilərinin suallarına cavab vermək qərarına gəlib. Sualların çoxu isə onun şəxsi həyatına aid olub. Bir çoxları onunla tanış olmaq arzularını dilə gətiriblər, Səmra isə deyib ki, bunun üçün içində pul olan zərf və yaxud da brilyant hədiyyə eləmək yetər.

Qiz deyib ki, dörd aydır ki, karantin ucbatından pul qazana bilmir.

Səmra Hüseynova on ilə yaxındır ki, model biznesindədir, bir çox beynəlxalq və yerli dəb layihələrində, məşhur dizaynerlərin defilelərində iştirak edib. Uzun müddət xaricdə işləyib.

2019-cu ildə “Miss Azərbaycan” titulunu qazanıb. Hüseynova azərbaycanlı həmkarlarından açıq-saçıq layihələrdə iştiraka hazır olmasıyla seçilir.

48
Əlaqədar
“Miss Azərbaycan” model biznesindən əl çəkib məşhurluq üçün Türkiyəni seçdi
Azərbaycanın ən gözəl qızı karantinin pozduğu planını İstanbulda reallaşdırdı
Azərbaycanlı model ABŞ-ın ən “ulduzlu” evinə köçməyə hazırlaşır
Kamilla Zərbəliyeva: "Qabağımda soyunmaq istəyənlər çoxdur"
Rusiyalı müğənni: Bakını göz yaşları içində tərk elədim və bir daha oraya qayıtmadım
Emiliya Həmidova, arxiv şəkli

Hələ ki açıq-saçıq səhnələr təklif etməyiblər: azərbaycanlı qız Moskvanı necə fəth edəcək?

20
(Yenilənib 00:20 03.08.2020)
Emiliya Həmidovanın Azərbaycana qayıtmaq fikri yoxdur, çünki Rusiya kinematoqrafında məşhurlaşmaq istəyir və Moskvadakı qazancından razıdır

BAKI, 3 avqust — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın ən tanınan top-modellərindən olan Emiliya Həmidova Moskvaya köçüb. Rusiya paytaxtında, özü demişkən, “hər şeyi sıfırdan başlamağı” planlaşdırır. O, qarşısına Rusiya kinematoqrafının ulduzu olmaq məqsədini qoyub və artıq filmə çəkilmək barədə təklif alıb. Planları haqda Emiliya Həmidova Sputnik Azərbaycan-a danışıb.

Model Bakıda doğulub-böyüyüb. Kiçik yaşlarından özü pul qazanmağı arzulayıb və buna nail oub. 14 yaşından model biznesində çalışmağa başlayıb və bir çox layihələrdə iştirak edib.

“Heç vaxt kimdənsə, hətta doğmalarımdan da asılı olmağı sevməmişəm, ona görə də erkən yaşımdan özüm pul qazanmağa başlamışam. Bu, çox çətin idi. Amma mən arzumu reallaşdıra bildim. İndi 21 yaşım var və yalnız öz hesabıma yaşayıram. Heş kimdən asılı olmamaq çox gözəl duyğudur”, - o deyib.
Посмотреть эту публикацию в Instagram

Кадры со вчерашней съемки 🎬 Какое фото лучше? 🤔 1/2/3/4/5 ? Не смогла выбрать одну 😬

Публикация от E M I L I A (@emi_li888)

Model Moskva Dövlət Mədəniyyət İnstitutunun aktyorluq fakültəsinin dördüncü kursunda təhsil alır. Təhsili ilə bağlı tez-tez Moskvaya getməli olan Emiliya deyir ki, qabaq bu şəhəri sevmirdi. Sonra isə fikri dəyişib.

“Avropada yarım il qaldıqdan sonra Moskvaya qayıtmağa qərar verdim. Bu dəfə şəhəri tamam başqa tərəfdən gördüm və ona vuruldum. Rusiyaya köçməyi və ixtisasım üzrə işləməyi qərara aldım. Hazırda məni daha çox aktyorluq cəlb edir, nəinki modellik. Model kimi layihələrdə daha az iştirak etməyə başladım. İndi model biznesi mənim üçün bir növ hobbidir”, - Emiliya söyləyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от E M I L I A (@emi_li888)

Həmidova əmindir ki, Rusiyada məşhurlaşmaq üçün bütün şansları var. O hesab edir ki, Moskvaya görə qeyri-adi – yarımşərqli görünüşə malikdir və bu da rusiyalı kinematoqrafçılarda böyük maraq doğurur. Onu artıq bir sıra kinolayihələrə dəvət ediblər, çəkilişlər yaxın zamanda başlayacaq.

“Məqsədimə çatmaq üçün öz üzərimdə çox işləyirəm. Hələ ki öz rollarım barədə danışa bilmərəm – icazə vermirlər. Ancaq onu deyə bilərəm ki, Bakıdan fərqli olaraq, Moskvada mənə hələ ki açıq-saçıq rol təklif etməyiblər. Vətənimdə məni həmişə yataq səhnələrində və ya sevgili rolunda çəkmək istəyirdilər. Amma eyni zamanda, təəssüf ki, Moskvada fırıldaqların da sayı çoxdur. Bir dəfə mənə guya BLACK STAR leylblı üçün klipə çəkilmək təklifi gəldi. Kastinqi Skype vasitəsilə aparırdılar. Məndən sinəmi və digər yerlərimi göstərməyimi istəyəndə şoka düşdüm. Təbii ki, imtina elədim”, - model deyib.
Посмотреть эту публикацию в Instagram

Публикация от E M I L I A (@emi_li888)

Azərbaycana qayıtmağı Həmidova fikirləşmir, çünki Moskvada heç də pis qazanmır, eyni zamanda aktyorluq qabiliyyətini də təkmilləşdirir.
20
Əlaqədar
“Miss Azərbaycan” model biznesindən əl çəkib məşhurluq üçün Türkiyəni seçdi
Azərbaycanın ən gözəl qızı karantinin pozduğu planını İstanbulda reallaşdırdı
Qalmaqallı azərbaycanlı model türk trillerinin qəhrəmanı olacaq
Azərbaycanın ən gözəl qızı və oğlanı – onlayn seçdilər
Azərbaycanlı model Los Ancelesdəki dəbdəbəli villasını göstərdi

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

0
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

0