Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Sultan Süleyman" yenə tarix yazacaq

© Photo : Tvmania.roHalit Ergenc Sultan Süleyman rolunda
Halit Ergenc Sultan Süleyman rolunda - Sputnik Azərbaycan
Abunə olmaq
"Möhtəşəm Yüzil" serialıda Sultan Süleyman obrazını canlandıran Halit Ergenc növbəti tarixi seriala çəkilir.

BAKI, 1 aprel-Sputnik. Türkiyənin məşhur aktyoru, "Möhtəşəm Yüzil" serialında yaratdığı Sultan Süleyman obrazı ilə tamaşaçıların rəğbətini qazanan Halit Ergenc növbəti tarixi serialda rol alacaq.

Sputnik-in məlumatına görə, Halit Ergencin "1918 İzmir" adlı yeni serialda baş rolu oynayacağı bildirilir.

"Möhtəşəm Yüzil"dən sonra bir müddət serialda çəkilmək təkliflərini rədd edən aktyor, tarixi serial təklifinə yox deməyib.

Artıq serialın çəkilişlərinə hazırlıq prosesi başlayıb.

"1918 İzmir" serialının yaradıcı heyəti elə "Möhtəşəm Yüzil" serialının heyətidir. Filmin rejissoru Taylan Biraderlərdir.

Halit Ergenc serialda müsbət qəhrəmanı canlandıracaq. Ergencin qəhrəmanı Osmanlıda vətən uğrunda mübarizə aparan vətənpərvərdir.

Serialın çəkilişləri İzmirdə aparılacaq.

Xəbər lenti
0