Nicat Kazımov, Gənc Tamaşaçılar teatrının rejissoru və aktyoru

"Təki, o teatrların fəaliyyəti kağız üzərində qalmasın..."

156
Nicat Kazımov: "Bu gün yeni teatrların yaranmasına şərait var. Yaxşı tamaşa olsa, tamaşaçı cəlb edə biləcəklər. Hətta keyfiyyətli və maraqlı tamaşalar olarsa, mən özüm də qonaq qismində tamaşalara gedə bilərəm"

Azərbaycanda yeni teatrların yaranma xəbərləri son günlərin sevindirici hadisələrinə çevirilib. Yeni tamaşalarla teatrsevənlərin qarşısına çıxacaq yeni kollektivlər, oturuşmuş teatrlar üçün ciddi rəqibə çevrilə biləcəkmi? Sputnik əməkdaşı bu və digər mövzular ətrafında, Gənc Tamaşaçılar Teatrının rejissor və aktyoru Nicat Kazımovla həmsöhbət olub.

- Nicat bəy, Azərbaycanda yeni dövlət və özəl teatrlar fəaliyyətə başlayır. Bu proses öz sözünü demiş teatrlara necə təsir göstərəcək. Bu teatrlar sizin inkişafınıza təkan verəcək, yoxsa tamaşaçılarınızı əlinizdən alacaq?

— Yeni teatrların yaradılması mütləqdir. Təki həmin teatrlar teatr kimi fəaliyyət göstərsin. Yalnız adı kağız üzərində qalmasın. Yeniliklər edəcəklərsə, teatr sahəsinə yeni nəfəs verəcəklərsə, niyə də olmasın? Məsələn 90-cı illərdə teatr sahəsində boşluq var idi. Yuğ teatrı, Pantomima, Kamera tetarları yaradıldı və uğurlu nəticələr əldə olundu. Elə indi də eyni vəziyyətdir. Yeni teatrların yaranmasına şərait var. Təki yaxşı teatr olsun. Aydın məsələdir ki, yaxşı tamaşa olsa, tamaşaçılar gedəcək ora. Hətta keyfiyyətli və maraqlı tamaşalar olarsa, mən özüm də qonaq qismində tamaşalara gedə bilərəm. Onu da qeyd edim ki, mən özüm də teatr açmaq istərdim. Ruhuma yaxın, düşüncəmə uyğun aktyorları bir araya yığıb yeni tamaşalar hazırlayardım.

- Yeni teatr açsanız, hansı üslubda tamaşalar səhnələşdirərsiniz?

— Bilirsiniz üslub, janr tamaşadan-tamaşaya dəyişir. Hər bir pyes özü-özlüyündə fərqlilik tələb edir. Mən yaratmaq istədiyim teatrda, arzusunda olduğum, səhnələşdirmək istədiyim tamaşaları tamaşaçılara nümayiş etdirərdim. Bu, hələ ki, arzudur.

- Azərbaycanda tetarlara tamaşaçı axını zəifdir. Teatr rejissoru ve aktyoru kimi necə düşünürsünüz, yeni teatrlar tamaşaçı cəlb edə biləcək?

— Bu, prodüser işindən asılıdır. Reklamın nəticəsindən asılıdır. Doğrudur, kinoteatrlara baxanda, teatrlarda tamaşaçı azdır, amma yenə də gələnlər var. Kinoteatrlarda bir film 5-6 ay göstərilir, sonra göstərilmir, amma teatrda elə tamaşalar var ki, illərlə göstərilir. Bir vəziyyəti də qeyd edim. Elə vaxtlar olur ki, teatra tamaşaçı axını az olur, bu da bayramlarla, işlərlə bağlı olur. Bir sözlə, yeni teatrlar yaxşı iş görəcəksə, tamaşaçı qıtlığı yaşamayacaq.

156
Teqlər:
rejissor, aktyor, səhnə, tamaşa, teatr, Nicat Kazımov
Əlaqədar
Bakıda yeni teatr yaradıldı
Dram Teatrında “Boy çiçəyi” nümayiş olundu
Dram Teatrının qazını kəsdilər
"Belaruslar həftənin 6 gününü teatrda keçirirlər"
"YUĞ" Teatrı yeni binaya daşınır
Milli Dram Teatrda “Generalın son əmri” tamaşası nümayiş olundu

Prezident İlham Əliyev Eldar Quliyevi təbrik edib

23
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “İstiqlal” ordeni ilə təltif edilib.

BAKI, 23 yanvar - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq artisti Eldar Quliyevə təbrik məktubu göndərib.

Sputnik Azərbaycan-ın məlumatına görə, təbrik məktubunda deyilir:

“Hörmətli Eldar müəllim!

Sizi – Azərbaycanın görkəmli kino xadimini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.

Sizin zəngin yaradıcılığınız milli kino sənətinin parlaq səhifələrindəndir. Dünya kinematoqrafiyasının mühüm nailiyyətlərindən məharətlə bəhrələnərək yaratdığınız çoxsaylı filmlər Azərbaycan kino salnaməsində xüsusi yer tutur.

Siz Azərbaycan mədəniyyəti və tarixinin yetirdiyi görkəmli şəxsiyyətlərə unudulmaz ekran həyatı bəxş etmisiniz. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini müvəffəqiyyətlə təmsil etməyiniz təqdirəlayiqdir. Milli kinematoqrafiyanın inkişafı sahəsində uzunmüddətli səmərəli xidmətlərinizə görə Siz yüksək dövlət mükafatları ilə təltif edilmisiniz. Novator ruhlu böyük yaradıcı şəxsiyyət kimi Sizin daim axtarışlarla dolu sənət yolunuz gənc kinematoqrafçılar nəsli üçün bundan sonra da bir məktəb olacaqdır”.

Qeyd edək ki, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “İstiqlal” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

23
Teatr səhnəsi, arxiv şəkli

Şuşa Teatrı haqqında film çəkilib

7
(Yenilənib 16:48 22.01.2021)
Teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa teatrının yenidən öz doğma torpağına - Şuşaya dönəcəyi haqdadır.

BAKI, 22 yanvar — Sputnik. Şuşa Teatrı haqqında sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa Teatrının kollektivi və teatrın yenidən öz doğma torpağına - Şuşaya dönəcəkləri haqqındadır.

 

7
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurlarının öldürdüyü talesiz azərbaycanlı - VİDEO

0
(Yenilənib 00:09 25.01.2021)
Fərman İsmayılov yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.

BAKI, 24 yanvar - Sputnik. Ötən gün axşam saatlarında nigeriyalı dəniz quldurları Qvineya körfəzində Türkiyə gəmisinə basqın ediblər. Nəticədə də 15 nəfər girov götürülüb, bir azərbaycanlı öldürülüb. Öldürülən şəxsin Siyəzən rayon sakini 45 yaşlı Fərman İsmayılov olduğu məlum olub. Onun nəşi yanvarın 26-də Azərbaycana gətiriləcək. Hadisə ilə bağlı Fərman İsmayılovun qardaşı Ayaz İsmayılov ''XəzərXəbər''ə açıqlama verib.

Hadisə Qvineya körfəzində Türkiyəyə məxsus "Mozart" adlı gəmidə baş verib. Gəmi qəfildən nigeriyalı dəniz quldurlarının basqınına məruz qalıb. Məlumata görə, Liveriya bayrağı altında üzən gəmi Laqosdan Keyptauna doğru hərəkət edirmiş. Gəmidə ümumilikdə 19 nəfər olub.Silhalılar gəmidə olan yeganə azərbaycanlı Fərman İsmayılovu öldürüblər.Digər 15 Türkiyə vətəndaşı isə girov götürülüb. Gəmi heyətindən 3 nəfər xilas ola bilib və gəmini təhlükəsiz limana çatdırıblar.

Dəniz quldurlarının qətlə yetirdiyi Fərman İsmayılovun qardaşı Ayaz İsmayılovun sözlərinə görə, Fərman 18 ildən çox müddətdə həmin gəmidə ikinci mexanik vəzifəsində çalışırmış. Qardaşının vəfat etməsi xəbərini isə ona şirkətdən məlumat veriblər.

Ayaz İsmayılov deyir ki, qardaşı yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.

Bu arada Türkiyə rəsmiləri Nigeriya sahillərində "Mozart" adlı yük gəmisinin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətlərə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gəminin dördüncü kapitanı Furkan Yaren arasında telefon danışığı olub, son vəziyyətlə bağlı məlumat verilib. Mövlud Çavuşoğlu gəminin məxsus olduğu şirkətin icraçı direktoru Osman Levent Karsanla da telefonla danışaraq qaçırılan gəmiçilərin ən qısa zamanda evlərinə qaytarılması istiqamətində bütün imkanların səfərbər ediləcəyini bildirib.

Türkiyənin başda Abuca olmaqla Nigeriya və qonşu ölkələrdəki bütün səfirliklərin qaçırılan heyət üzvlərini xilas etmək üçün səfərbər olduğu qeyd edilir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu yerli mətbuata bildirib ki, qaçırılan "Mozart" gəmisi bu gün saat 11.00-da Qabonun Gentil limanında lövbər salıb. Fərman İsmayılovun nəşi və 3 heyət üzvü hazırda gəmidədir.

Hadisəyə Azərbaycanın Xarici İşlar Nazirliyindən də münasibət bildirilib. Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açıqlamasında bildirib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt şəhər Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26 yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.

0
Teqlər:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, dəniz quldurları