Şekspirin “Hamlet”i Azərbaycan səhnəsində

"Fəxri adlar ləğv edilməlidir"

109
Milli Teatr Günündə teatr xadimlərimizin düşüncələri: hansı sənətkarlara fəxri adlar verilməlidir və ya kimlər bu statusu çoxdan haqq edib?

BAKI, 10 mart — Sputnik. Bu gün Milli Teatr Günüdür. Azərbaycan milli teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin, dünyagörüşü ilə bağlıdır. Əsası 1873-cü ilin mart ayında M.F.Axundovun "Lənkəran xanın vəziri" tamaşası ilə Azərbaycan teatrının əsası qoyulub.

Bu gün də məhz 10 mart tarixini milli teatr günü kimi qeyd edirik. Təbii, teatrda əziyyəti olan sənətkarlar illərlə əziyyətinin bəhrəsi olaraq "əməkdar", "xalq" artisti fəxri adları ilə mükafatlandırılır. Təəssüflər olsun ki, elə sənətkarlar var ki, illər keçsə də, hələ də heç bir fəxri ada laiq görülməyiblər.

Sputnik-in əməkdaşı sənət adamlarıının özlərindən fəxri adlarla bağlı sorğu keçirib. "Bir sənət adamı olaraq siz hansı sənətkarlara fəxri ad verilməsini istərdiniz?" sualına sənətkarlar fərqli münasiət bildiriblər.

Tahir Tahiroviç — kinorejissor: "Ümumən mən bu adların ləğv olunmasını və ya dayandırılmasını istərdim. Bu adlar hansı kriteriyalar və ya hansı münasibətə görə verilir, bunu hamı bilir. Belə baxanda Elxan Qasımov ("şofer Əhməd") hələ də əməkdar artisdir. Amma xalq artisti fəxri adı olmasa da, onu bütün xalq tanıyır. Deməli bu adlar düzgün verilmir. Mədəniyyət sahəsində adsız adam qalmayıb. Maşallah, hamının adı var".

Cavanşir Məhərrəmov — Uşaq Teatrının aktyoru: "Mən Qorxmaz Əliliyə fəxri ad verilməsini istərdim. Sənətkarın Azərbaycan mədəniyyətində xidmətləri böyükdür".

İslam Mehrəliyev — aktyor: "Valideyinlerinin qoyduğu ad məncə kifayətdir. Fəxri adlara ehtiyac yoxdur".

Ər-Toğrul Kamalov — aktyor: "Mən düşünürəm ki, əziyyət çəkən sənətkarlarımız çoxdur və bunu Mədəniyyət və Turizm Nazirliyi məndən daha yaxşı görür və məncə, bununla bağlı mənim hansısa bir rəy verməyim ən azından hörmətsizlik sayılır, çünki mən hələ bu peşədə yeniyəm".

Elcan Rəsulov — aktyor: "Mənim fikrimcə, estrada teatrında uzun müddət böyük xidmətləri olan Vüqar Əbilova fəxri ad verilməlidir. Vüqar bəy həm uğurları, həm fərqli işləri ilə sənətdə iz qoyub".

109
Teqlər:
tamaşa, səhnə, teatr, Milli Teatr Günü
Əlaqədar
Dram Teatrında “Boy çiçəyi” nümayiş olundu
Dram Teatrının qazını kəsdilər
"YUĞ" Teatrı yeni binaya daşınır
Milli Dram Teatrda “Generalın son əmri” tamaşası nümayiş olundu
Mingəçevir Dövlət Dram Teatrının kollektivi bəyanat yayıb
Masa, arxiv şəkli

Anar Kərimov ilə Türkiyənin Mədəniyyət Turizm naziri arasında görüş keçirilib

13
(Yenilənib 19:03 01.03.2021)
Görüşdə mədəni irs, kitab və nəşriyyat, muzey, kino sənayesi, incəsənət və qeyri-maddi mədəni irs sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, qeyd olunan istiqamətlərdə birgə fəaliyyət barədə razılığa gəlinib

BAKI, 1 mart — Sputnik. Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə səfərdədir.

Sputnik Azərbaycan xəbər verir ki, səfər çərçivəsində martın 1-də Ankarada A.Kərimov ilə Türkiyənin Mədəniyyət və Turizm naziri Nuri Ersoy arasında görüş keçirilib.

Görüşdə mədəni irs, kitab və nəşriyyat, muzey, kino sənayesi, incəsənət və qeyri-maddi mədəni irs sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, qeyd olunan istiqamətlərdə birgə fəaliyyət barədə razılığa gəlinib.

Nazir Nuri Ersoy 44 günlük Vətən müharibəsindəki qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. Nazir Anar Kərimov öz növbəsində Vətən müharibəsində ölkəmizə verilən dəstəyə görə Türkiyə dövlətinə və türk xalqına dərin təşəkkürünü ifadə edib.

Görüşün sonunda ikitərəfli əlaqələrə dair mətbuat konfransı və sənədlərin imzalanması mərasimi keçirilib.

Birgə Mədəniyyət Komissiyasının iclasının yekun protokolu imzalanıb. Sənədi Azərbaycan tərəfdən Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə və Türkiyə tərəfindən heyət başqanı, Mədəniyyət və Turizm Nazirliyi Kino Müdiriyyətinin rəhbəri Erkin Yılmaz imzalayıb.

Protokolda müasir və klassik əsərlərin tərcüməsinin və çapının təşviq edilməsi, teatr, kino, musiqi və digər sahələr üzrə festivallarda qarşılıqlı iştirak, eləcə də birgə festivalların təşkili, qarşılıqlı sərgilər sahəsində əməkdaşlıq məsələləri əksini tapıb. Yaradıcı sənayelər (teatr, musiqi, muzey, kino, nəşriyyat, qeyri-maddi mədəni irs və s.) sahəsində rəqəmsallaşdırma və yeni idarəetmə üzrə əməkdaşlıq və təcrübə mübadiləsi, muzey işi üzrə təhsildə əməkdaşlıq mövzusunun araşdırılması məsələlərinə də sənəddə yer verilib.

Protokolda həmçinin mədəni sərvətlərin qorunması, qarşılıqlı elmi-tədqiqat və bərpa-konservasiya işinin aparılması, qeyd olunan sahələrdə təcrübə mübadiləsi, texniki və ekspert dəstəyinin göstərilməsi, həmçinin mədəni sərvətlərin qaçaqmalçılığının qarşısının alınmasında və qanunsuz olaraq xaricə çıxarılmış mədəni sərvətlərin qaytarılması məsələlərində qarşılıqlı dəstək kimi məsələlər əksini tapıb

Bundan əlavə, sənəd hər iki ölkədə təşkil olunan kitab sərgi-yarmarkalarında, seminar və konfranslarda, qarşılıqlı iştirak, müəlliflərin səfərlərinin təşviqi, kitabxanaçılıq sahəsində təcrübə mübadiləsi, habelə ortaq mədəni dəyərlərin və görkəmli şəxsiyyətlərin irsinin təbliği istiqamətində qarşılıqlı fəaliyyəti ehtiva edir. UNESCO-nun "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyasının əhatə etdiyi birgə çoxmillətli sənədlərin sayının artırılması və qeyri-maddi mədəni irsin qorunması üçün əməkdaşlığın genişləndirilməsi də iclasın protokolunda əksini tapıb.

Həmçinin Azərbaycan və Türkiyə arasında Mədəniyyət üzrə əməkdaşlıq Protokolunun imzalanması üçün zəruri işlərin görülməsi və Birgə komissiyanın (İşçi qrupunun) növbəti iclasının 2022-ci ildə Azərbaycanda keçirilməsi barədə razılıq əldə olunub.

Həmçinin Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk İşbirliği və Koordinasiya Agentliyi Başqanlığı (TİKA) arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və Türk İşbirliği və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Serkan Kayalar imzalayıb.

13
Naibə Allahverdiyeva

Azərbaycanlı aktrisa serialdan uzaqlaşdırıldığı üçün xəstəxanalıq olub

23
(Yenilənib 18:40 01.03.2021)
"Serialdan məni çıxardılar. Heç bir günahım yox idi, ona görə mənə təsir etdi. Mənə qarşı böyük hörmətsizlik oldu. Üç-dörd ay panik-atak keçirdim. Aktrisanın rolunu əlindən almaq bilirsiz nə deməkdir? Elə bil onun övladını əlindən alırsan"

BAKI, 1 mart — Sputnik. Xalq artisti Naibə Allahverdiyeva səhhətində yaranan problemin səbəbini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisa xəstələnməsinin səbəbinin rol aldığı serialdan uzaqlaşdırılmaq olduğunu deyib. Bu haqda "ATV maqazin onlarla" proqramında danışan Allahverdiyeva indi sağaldığını söyləyib:

"Serialdan məni çıxardılar. Heç bir günahım yox idi, ona görə mənə təsir etdi. Mənə qarşı böyük hörmətsizlik oldu. Üç-dörd ay panik-atak keçirdim. Aktrisanın rolunu əlindən almaq bilirsiz nə deməkdir? Elə bil onun övladını əlindən alırsan.

Bu haqda çox danışmaq istəmirəm. Yadıma düşəndə əsəbiləşirəm. Mənim yola salınmağımda nə rejissorun, nə komandanın günahı var idi. Rejissor özü dedi ki, sizinlə gözəl çalışırdıq. Günahkar tam başqa adamlar idi. Gedib kiminsə çörəyinə bais olsan, Allah qabağına çıxaracaq".

N.Allahverdiyeva yerli serialları tənqid edib:

"Hər yoldan keçəni gətirib seriala çəkirlər. Ona görə də seriallarımız bu gündədir. Anonsa baxırsan ki, necə gözəldir. Amma seriala baxanda görürsən nə gündədir".

Qeyd edək ki, N.Allahverdiyeva sonuncu dəfə "Qız atası" serialında rol alıb və ekran işindən uzaqlaşdırılıb.

23
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

0
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

0