Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı "Polkovnik" Polşada

© Photo : TRENDPolkovnik Vəli bəy Yadigar
Polkovnik Vəli bəy Yadigar - Sputnik Azərbaycan
Abunə olmaq
Varşava şəhərində, "Salnamə" sənədli filmlər studiyasında, dövlət sifarişi ilə çəkilmiş "Polkovnik" sənədli filminin nümayişi keçiriləcək

BAKI, 7 mart — Sputnik. 2016-cı il martın 14-də Polşanın paytaxtı Varşava şəhərində, "Salnamə" sənədli filmlər studiyasında, dövlət sifarişi ilə çəkilmiş "Polkovnik" sənədli filminin nümayişi keçiriləcək.

Mənim günahım tamaşasından bir səhnə - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Mənim günahım"...

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Polşa ordularında xidmət edərək bir çox orden və medallarla təltif edilmiş azərbaycanlı polkovnik Vəli bəy Yadigarın həyat və fəaliyyətindən bəhs edən filmin rejissoru Tahir Əliyev, ideya müəllifi Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli, prodüseri Nazim Hüseynovdur.

Xatırladaq ki, filmin çəkilişləri Azərbaycan, Gürcüstan və Polşada aparılıb. Onu da qeyd edək ki, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun köməkliyi ilə çəkilən filmin təqdimatında filmin rejissoru Tahir Əliyev iştirak edəcək.

Xəbər lenti
0