2016-cı ilin Oskar-larının təqdimat mərasimi keçirilib.

88-ci "Oskar" mükafatının qalibləri kimlərdir?

111
(Yenilənib 14:07 29.02.2016)
Los-Ancelesdə 2016-cı ilin "Oskar"-larının təqdimat mərasimi keçirilib.

BAKI, 29 fev-Sputnik. Los-Ancelesdə 2016-cı ilin "Oskar"-larının təqdimat mərasimi keçirilib. Alexandro Qonsales İnyartunun "The Revenant" ("Sağ qalmış") filminin baş rol ifaçısı Leonardo Di Kaprio "Ən yaxşı kişi rolu" nominasiyasında "Oskar" mükafatına layiq görülüb. A. Q. İnyartu isə "Ən yaxşı rejissor" seçilib. 

Sputnik "Cosmo"ya istinadla xəbər verir ki, "Otaq" filmindəki roluna görə Bri Larson "Ən yaxşı qadın rolu" nominasiyasında qalib olub.

Rejissor Tom Makkartinin "Diqqət mərkəzində" filmi "Ən yaxşı film", bəstəkar Ennio Morrikonenin bəstələdiyi "İyrənc səkkizlik" filminin musiqisi "Ən yaxşı saundtrek" seçilib.

Ən çox "Oskar" alan film Tom Hardi və Çarliz Teronun baş rolda oynadıqları "Dəlisov Maks" filmi olub. Bu film 6 nominasiyada mükafat alıb. 

"Ən yaxşı sənədli film" adını "Emi", "Ən yaxşı qısametrajlı film" adını isə "Səssizliyin baxışı" ekran əsərləri qazanıb. Xatırladaq ki, "Emi"ni "Əli və Nino" filminin rejissoru Asif Kapadia çəkib.

"Ən yaxşı animasiya" filmi nominasiyasının qalibi isə "Yanıltmac" filmi seçilib.

 

Bu il Oskar-ın ən yaxşı filmləri bunlardır: «Diqqət mərkəzində» (qalib), «Sağ qalmış», «Dəlisov Maks», «Casus körpüsü», «Enmə oyunu», «Marslı», «Otaq», «Bruklin».

Ən yaxşı rejissorlar: Tom MakKarti («Diqqət mərkəzində»), Alexandro Qonsales İnyarritu («Sağ qalmış» — qalib), Stiven Spilberq («Casus körpüsü»), Adam MakKey («Enmə oyunu»), Lenni Abrahamson («Otaq»).

Ən yaxşı aktyor: Leonardo Di Kaprio («Sağ qalmış» — qalib), Brayan Krenston («Trambo»), Maykl Fassbender («Stiv Cobs»), Mett Deymon («Marslı»), Edi Redmeyn («Danimarkalı qız»).

İkinci planda ən yaxşı kişi rolu: Mark Ruffalo («Diqqət mərkəzində»), Mark Raylens («Casus körpüsü» — qalib), Silvestr Stallone («Krid»), Kristian Beyl («Enmə oyunu»), Tom Hardi («Sağ qalmış»).

Ən yaxşı qadın rolu: Keyt Blanşett («Kerol»), Cennifer Lourens («Coy»), Bri Larson («Otaq» — qalib), Sirşa Ronan («Bruklin»), Şarlotta Remplinq («45 il»).

İkinci planda ən yaxşı qadın rolu: Keyt Uinslett («Stiv Cobs»), Alisiya Vikander («Danimarkalı qız» — qalib), Runi Mara («Kerol»), Reyçel MakAdams («Diqqət mərkəzində»), Cennifer Ceyson Li («İyrənc səkkizlik»).

Ən yaxşı orijinal senarilər: ndrea Berloff, Conatan Herman («Birbaşa Komptondan»), Coş Singer və Tom MakKarti («Diqqət mərkəzində» — qalib), Pit Dokter («Yanıltmac»),

Mett Çarman, İtan və Coel Koenı («Casus körpüsü»), Aleks Qarlend («Maşından»).

Ən yaxşı adaptasiya olunmuş senari: Çarlz Rendolf, Adam MakKey («Enmə oyunu» — qalib), Nik Hornbi, Kolm Toybin («Bruklin»), Fillis Naci («Kerol»), Endryu Goddard, Endi Uir («Marslı»), Emma Donoxyu («Otaq»).

Ən yaxşı sənədli film: Asif Kapadia və Ceyms Gey-Ris («Emi» — qalib), «Kartellərin torpağı», «Səssizliyin baxışı», «Nə baş verib, Miss Simon?», «Yanan qış: Ukrayna azadlıq uğrunda döyüşür».

Xarici dildə ən yaxşı film: Laslo Nemeş, «Saulun oğlu» — Macarıstan — qalib, «Mustanq» — Fransa, «İlanın ağuşu» — Kolumbiya, Theeb — İordaniya, «Müharibə» — Danimarka.

Ən yaxşı animasiya filmi: «Anomaliza», Pit Dokter və Conas Rivera, «Yanıltmac» — qalib, «Quzu Şon», «Marninin xatirəsi», «Oğlan və dünya».

Ən yaxşı operator işi: Emmanuel Lyubetski — «Sağ qalmış» — qalib, Rojer Dikins —«Qatil», Robert Riçardson — «İyrənc səkkizlik», Edvard Laxman — «Kerol», Con Sil- «Dəlisov Maks».

Ən yaxşı kostyumlar: «Kerol», «Zoluşka», «Danimarkalı qız». Kostyum üzrə rəssam Cenni Bevan, «Dəlisov Maks» — qalib, «Sağ qalmış».

Ən yaxşı səs: «Casus körpüsü», səs prodüseri Kris Cenkins, Qreqq Rudloff və Ben Osmo, "Dəlisov maks" — qalib,  «Marslı», «Sağ qalmış», «Ulduz müharibələri: Gücün oyanması».

Ən yaxşı səs montaj: Səs rejissorları Mark Mancini və Devid Uayt, «Dəlisov Maks» — qalib, «Marslı», «Sağ qalmış», «Qatil», «Ulduz müharibələri: Gücün oyanması».

Ən yaxşı montaj: «Enmə oyunu» — Marqaret Siksel, «Dəlisov Maks» — qalib, «Sağ qalmış», «Diqqət mərkəzində», «Ulduz müharibələri: Gücün oyanması».

Ən yaxşı vizual effektlər: «Ulduz müharibələri: Gücün oyanması», rəssamlar Mark Ardinqton, Sara Bennett, Pol Norris və Endryu Uaythers, «Maşından» — qalib, «Dəlisov Maks: Qəzəb yolu», «Sağ qalmış», «Marslı».

111
Teqlər:
Ulduz müharibələri, Kerol, Devid Uayt, Stiven Spilberq, Los-Anceles, Asif Kapadia, Əli və Nino, The Revenant, Tom MakKarti, Adam MakKey, Çarliz Teron, Oskar
Əlaqədar
Leonardo Di Kaprio axır ki, tilsimi sındırdı
Təranə Qumral və Musa Musayev, arxiv şəkli

Müğənni izləyicilərini hədələdi - "Hünəriniz var, bir də..." - VİDEO

29
(Yenilənib 12:34 19.01.2021)
"Götürüb nəsə yazsam, deyəcəksiniz, Təranə Qumral izləyicisini təhqir etdi. Amma sizin məni hər cür təhqir etməyə haqqınız var? Qarğışlarınız öz canınıza tökülsün".

BAKI, 19 yanvar — Sputnik. Müğənni Təranə Qumral sosial şəbəkədə yayımladığı video ilə müzakirələrə səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçinin görüntüdə işlətdiyi qeyri-etik ifadələr bir yana, onun istifadə etdiyi effekt ələ salınıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Terane_Musa (@terane_musa)

Bir neçə gün əvvəl qızları ilə rəqs edən videosunu yayımlayan ifaçı ünvanına yazılan tənqidlərə cavab verib. O: "Bir ildir efirə çıxmıram, özümlə bağlı sosial şəbəkəyə video qoymuram. O gün bir video yayımladım, altına oturub nə qarğışlar, söyüşlər yazmısız. Öz başınıza tökülsün. Götürüb nəsə yazsam, deyəcəksiniz, Təranə Qumral izləyicisini təhqir etdi. Amma sizin məni hər cür təhqir etməyə haqqınız var? Qarğışlarınız öz canınıza tökülsün. Hünəriniz var, bir də qarğış yazasınız", - deyə bildirib.

Təranə daha sonra paylaşımındakı şərh bölümünü bağlayıb.

29
Teqlər:
hədə, video, Instagram, müğənni
Jan-Pyer Bakri, arxiv şəkli

Dünya şöhrətli aktyor xərçəngə məğlub oldu

16
(Yenilənib 11:25 19.01.2021)
Qeyd edək ki, Jan-Pyer Bakri 1951-ci il mayın 24-də Əlcəzairdə yəhudi ailəsində doğulub. 1962-ci ildən sonra aktyorun ailəsi Fransaya mühacirət edib.

BAKI, 19 yanvar — Sputnik. Fransanın tanınmış aktyoru və ssenarist Jan-Pyer Bakri vəfat edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 69 yaşlı aktyor ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, Jan-Pyer Bakri 1951-ci il mayın 24-də Əlcəzairdə yəhudi ailəsində doğulub. 1962-ci ildən sonra aktyorun ailəsi Fransaya mühacirət edib. Mərhum aktyorun kinoya ilk gəlişi "Hərbi həkim" filmində olub. Həmin filmdə Alen Delon və Veronik Janno ilə tərəf-müqabili olan Jan-Pyer Bakri 1985-ci ildə Lyuk Bessonun "Zirzəmi" filmində çəkilib.

Mərhum aktyor 70-dən çox kino və telelayihələrin ssenari müəllifi olub. "Ən yaxşı ssenari"yə görə dörd dəfə "Sezar" mükafatına layiq görülüb. Həmçinin Kann Festivalının mükafatçısı olub.

16
Çarpayıda gənc cütlük, arxiv şəkli

Hüquqşünas: "Yataq otağından çıxandan sonra söhbət ediləcək mövzu yoxdursa..."

5
(Yenilənib 15:15 19.01.2021)
"Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman o, atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Pandemiya dövründə daha əvvəl müşahidə edilməyən qaydalar tətbiq edildiyi üçün vətəndaşlar bu dönəmdə müxtəlif qayda pozuntuları ilə qarşılaşdılar. Karantin rejimi, SMS-icazə, evdə qalmaq kimi məhdudiyyətlər yenilik olduğu üçün bir çox vətəndaşlar bu vəziyyətlə barışmaqda çətinlik çəkdilər.

Bəs bu dövrdə vətəndaşlar hüquqşünaslara daha çox hansı hüquq pozuntusu ilə müraciət ediblər?

Hüquqşünas Tağı Hüseynov Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

© Sputnik / Irade JELIL
Hüquqşünas Tağı Hüseynov

- Pandemiya dövründə vətəndaşları hüquqi istiqamətdə daha çox nə narahat edib?

- Pandemiya dövründə əsas hüquq pozuntuları iki istiqamətdə olub. Yəni şəxslərin bizə müraciətləri boşanma və inzibati orqanların tətbiq etdiyi cərimələrlə bağlı olub. Bir müddət əvvəl, sərt karantin rejimində evdə qalmaq tələbi, kafe və restoranların bağlı olması ailələri, demək olar ki, bir yerə topladı. Bu müddət ərzində mehriban olan ailələr daha da mehribanlaşdı. Problemli ailələrin problemi isə böyüyərək boşanma ilə nəticələndi.

İkinci istiqamətdə olan hüquq pozuntuları əsasən polisin yazdığı cərimələrlə bağlı olub. Belə ki, müraciət edən vətəndaşlar müxtəlif səbəblərlə polisin yazdığı cərimələrlə razılaşmadıqlarını dilə gətirirdilər. Bəziləri qeyd edirdilər ki, SMS müddətinin bitməsindən 2 dəqiqə sonra cərimə yazılıb, bəziləri evinin qapısında ona cərimə yazıldığını bildirirdilər. Bu problemlə qarşılaşan vətəndaşların 99 faizi məhkəməyə müraciət etmir. Düşünürlər ki, 100 manata görə məhkəmələrə vaxt ayırmağa dəyməz.

Ancaq bəzi prinsipial insanlar var ki, axıra qədər davam edirlər. Mən vətəndaşlara izah edirdim ki, məhkəməyə arayış yazmağa 50 manat vəkilə verməkdənsə, cəriməni tətbiq edən quruma müraciət ünvanlasınlar.

- Boşanma müraciətləri ilə bağlı vətəndaşlar səbəb kimi nəyi vurğulayırlar?

- Düzünü desək, son dövrlədə kişilər öz məsuliyyətlərini unudublar. Bir müddət əvvəl qadınlar hüquq bərabərliyi istəyirdilər. Bu da sizə hüquq bərabərliyi. Ailədə kişi və qadınların vəzifələri yazılı şəkildə müəyyən edilmədiyi üçün ailə daxilində ər və arvad ailədə öz vəzifəsini bilmir. Ərzaq, əmlak, yemək almaq və s. kimin vəzifəsidir? Heç kim bilmir. Çox qəribədir, ailədə kişi yeyib-yatanda, işləməyəndə məsuliyyətə cəlb edilmir, amma ayrılandan sonra aliment ödəməyəndə cəlb edilir.

Boşanmaların digər səbəbi isə xəyanətdir.

Sosial şəbəkələr xəyanətlərin artmasına səbəb olur. Qadın və ya kişi sosial şəbəkədə kimləsə tanış olur və düşünür ki, ərim, arvadım onsuz da bilməyəcək. Amma artıq texnologiya inkişaf edib. Bütün şəbəkələrin mesajlarını tutmaq mümkündür.

Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub.

Qadınlar da ailə həyatına müvəqqəti baxırlar. Yəni ərə sadəcə ərə getmək, ana olmaq xatirinə gedirlər. Düşünmürlər ki, həyat yoldaşı olmaq da özü də gözəl statusdur.

Qızlar oğlanı tanımadan ailə həyatı qururlar. Bəzən olur ki, onlar yataq otağından çıxandan sonra yarım saat söhbət edə biləcək mövzu tapa bilmirlər.

Bu səbəbdən də ailələr uzun müddətli olmur.

- "Aliment Fondu"nun yaradılması müzakirə edilir.

- Fondun yaradılması bir neçə il əvvəl də müzakirə edilmişdi. Ancaq bu müzakirələr reallaşmadı. Çünki bu fondun yaradılması boşanmaların artmasına səbəb ola bilərdi. Məsələn, qadınlar onu incidən həyat yoldaşları ilə birlikdə yaşamaqdan imtina edəcəkdilər. Düşünəcəkdilər ki, əgər fond varsa, heç kişini aliment üçün məhkəməyə də verməyə ehtiyac qalmayacaq. "Aliment Fondu" uşağa aliment ödəyəcək.

Ancaq bu gün qadınlar düşünürlər ki, boşansalar, aliment də ala bilməsələr, uşağa tək baxa bilməyəcəklər. Məcburən güzəştə gedib, ailə həyatını davam etdirməli olurlar.

Bu səbəbdən də fondun müzakirəsi dayandırıldı.

Hesab edirəm ki, uşaq pulunun verilməsi müzakirə edilməlidir. Məsələn, hər uşağa 100 manat uşaq pulu ayrılsa, boşanma olsa belə, kişi öz payına düşən 75 manatı ödəməli olar.

Ölkədə hamı 2000 manat maaş almır. Normal maaş 500 manatdır. Əgər bu maaşı alan kişinin iki uşağı varsa, uşaqlara 350 manat ödənilməlidir. Bu da təbii ki, kişiyə də sərf etmir. Mən hesab edirəm ki, kişilərə güzəşt etmək lazımdır. Aliment verməyən kişi Azərbaycan üçün üz qarasıdır. Ancaq kişilərin gəlirləri də nəzərə alınmalıdır.

5
Teqlər:
müsahibə, problemlər, kişi, qadın, hüquqşünas