Elza Seyidcahan

Elza Seyidcahan İlhamə Quliyevanın ölümünə şeir həsr elədi

3630
(Yenilənib 15:17 25.02.2016)
Əməkdar artist: "Primadonna kriminal avtoritetdir?" yazısından təsirləndim və elə bu şeri yazdım.

BAKI, 25 fev-Sputnik. "Bir müddət öncə Raminə Eyvazqızının "Primadonna kriminal avtoritetdir?" yazısını oxudum. Yazı çox peşəkarcasına yazılmışdı. Çox təsirləndim və elə bu şeri yazdım. İndi bu şeri İlhamə xanımın ölmünə həsr edirəm."

Bu sözləri Sputnik-ə əməkdar artist, bəstəkar və müğənni, son dövrlərdə özünün qeyri-adi şeirləri ilə dillərdə dastan olan Elza Seyidcahan deyib. İlhamə Quliyevanın ona qarşı etdiyi haqsızlıqlara baxmayaraq, onu bağışladığını deyən Elza Seyidcahan, bu şeri oxucularla bölüşməyimizi istəyib. Şeir "ÖLÜN…" adlanır.

Sevin ki, yaşayasız
Elə sevin ki, öləsiz
Öləndə elə ölün ki,
Qəbriniz üstə gələn olsun,
Üstünüzə su səpən olsun,
Qəbrinizdə çiçək olsun,
Çiçəkləri bitən gəlib
Dərən olsun,
Sinənizə sərən olsun.
Bizə halallıq verən olsun.
Kam alan olsun,
Halallıqdan qulaqları 
Kar olan olsun.
Öləndə elə ölək ki,
O yerlərə gedək ki,
Süfrəmizi sərək ki,
Süfrəmïzdə su olsun
Qoy onun gözü üstümüzdə olsun.
Köksü üstə bir köz olsun,
Köz-köz olsun ardımızca
Baxan bütün dərdlərin.
Biz o yerlərə gedək ki,
Desinlər ki,
Biz də gedək,
Onun bizə sözü olsun.
Birimiz orda, birimiz burda,
Birimiz yolda, birimiz suda
Öləcəyik.
Öləndə elə ölək ki,
Biz o qəbirə gedək ki,
Kəfənimiz gəlin olsun
Qəbirdə bizi görən olsun,
Gözləyən olsun.
Gələn olsun qəbrimiz üstə,
Deyən olsun,
Sinəmiz üstə ölən olsun.
Öləndə elə ölək ki,
İkimiz olsun.
Bu olmasın, o olsun.
O olmasın,
Toy olsun, bayram olsun.
Sevgililər bir ölsün
Eşq sevənlərin olsun…

3630
Teqlər:
İlhamə Quliyeva, əməkdar artist, bəstəkar, müğənni, Elza Seyidcahan, xalq artisti
Əlaqədar
Elza Seyidcahan: İlhamə xanımın mənə qarşı çox haqsızlıqları olub
Elza Seyidcahana efirdə şeir oxumaq qadağan edildi
Elza Seyidcahan MSK rəhbərliyinə təşəkkür edib
MSK Elza Seyidcahanın deputatlığa namizədliyini qeydə alıb
Elza Seyidcahan: Məni deputat olmağa məcbur edirlər