İlham Əliyev

Prezident Səkinə İsmayılovanı şöhrətləndirib

13
(Yenilənib 19:03 24.02.2016)
İlham Əliyev xalq artisti Səkinə İsmayılovanı "Şöhrət" ordeni ilə təltif edib.

BAKI, 24 fev-Sputnik. Prezident İlham Əliyev xalq artisti Səkinə İsmayılovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik-in məlumatına görə, sərəncama əsasən Səkinə Qulu qızı İsmayılova Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Səkinə Qulu qızı İsmayılova 4 fevral 1956-cı ildə anadan olub.

Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini (1974), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990). Əməkdar artist (1988), xalq artisti (1992) Səkinə İsmayılova muğamı qavalla ifa edən ilk qadın xanəndədir.

Opera və Balet teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaları — Leyli "Leyli və Məcnun", Əsli "Əsli və Kərəm", Gülbahar "Gəlin qayası", Şahsənəm "Aşıq Qərib" və s. ifa etmiş və etməkdədir.

Xalq mahnıları və muğamların əvəzədilməz ifaçısı olan Səkinə İsmayılova Azərbaycan muğam sənətini dünyanın bir çox ölkələrində — İran, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Vyetnam, Yaponiya, Hindistan, Avstriya, Almaniya, Hollandiya, İsveç, Fransa, Norveç, Danimarka, Macarıstan, Lüksemburq, ABŞ və s. dəfələrlə yüksək səviyyədə təmsil edib. Səkinə İsmayılova ilk dəfə olaraq qadınlardan ibarət muğam üçlüyü yaradaraq bu kiçik kollektivlə son illərdə bir sıra xarici ölkələrdə çıxış edib.

Təcrübəli muğam ustası rəsmi dövlət və yubiley tədbirlərinin fəal iştirakçısı olmaqla bərabər, son illərdə Heydər Əliyev adına Sarayda, və Azərbaycan Dövlət Filarmoniyasında keçirdiyi solo konsertlərlə də tamaşaçılarının rəğbətini qazanıb. Səkinə İsmayılova Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının müəllimidir. Onun yetirmələri bu gün müxtəlif musiqi kollektivlərində uğurla çıxış edir və populyardırlar. Prezident mükafatçısıdır.

13
Teqlər:
Əsli və Kərəm, Leyli və Məcnun, Asəf Zeynallı adına Musiqi Məktəbi, Səkinə İsmayılova, Şöhrət ordeni, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, İran, muğam ustası, İlham Əliyev, Türkiyə, Azərbaycan
Əlaqədar
Ekologiya nazirinə "Şöhrət" ordeni niyə verilib?
İlham Əliyev Hicran Hüseynovanı "Şöhrət” ordeni ilə təltif edib
İlham Əliyev səhiyyə nazirini “Şöhrət” ordeninə layiq görüb
Dilarə Kazımova, arxiv şəkli

"Avroviziya" mahnı müsabiqəsinin iştirakçısından "Azərbaycanım" - VİDEO

1
Bir neçə həftə öncə ermənilərin şikayəti nəticəsində "Youtube" kanalı bağlanan ifaçı buna məhəl qoymayaraq sosial mediada yeni işini paylaşıb.

BAKI, 23 noyabr — Sputnik. Müğənni Dilarə Kazımova vətənimizin qələbə qazanması münasibətilə yeni mahnısı "Azərbaycanım"ı təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, bir neçə həftə öncə ermənilərin şikayəti nəticəsində "Youtube" kanalı bağlanan ifaçı buna məhəl qoymayaraq yeni işini özünün "Instagram" səhifəsində paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от D I L A R A (@dilarakazimova)

Musiqisi Faiq Sücəddinov, sözləri Baba Vəziroğluya aid olan iş barədə Dilarə fikirlərini belə ifadə edib: "İnformasiya cəbhəsində vuruşanda eyni zamanda mahnı ilə dəstək olmaq istəyirdim. Öz töhfəmi musiqi ilə, səsimlə vermək niyyətində idim. Faiq Sücəddinov zəng etdi ki, sənin səsinə uyğun mahnı var. Mən çox bəyəndim. Bu mahnının sözləri çox gözəldir, inam və ümid verəndir. İşğaldan azad olunmuş torpaqlara həyatın, baharın gəlməsini tərənnüm edir. Stimul verir. Həmin torpaqların əvvəlki halından daha gözəl olacağından bəhs edir".

D.Kazımova mahnı üçün kamera qarşısına da keçib. O, Gülnarə Xəlilovanın "Xalçaların dili" kolleksiyasından libas geyinib.

Qeyd edək ki, mahnının aranjmanı Camal Qurbanov, miks və soundu isə Samir Əsədova məxsusdur.

1
Teqlər:
müsabiqə, Dilarə Kazımova, qələbə, mahnı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Kitab oxuyan şəxs, arxiv şəkli

"Qara sözləri" indi ana dilimizdə oxuya biləcəksiniz

17
(Yenilənib 18:41 23.11.2020)
Rəhbəri Elxan Zal Qaraxan olan "İRS" seriyasından Nursultan Nazarbayev, Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları da işıq üzü görüb.

BAKI, 23 noyabr — Sputnik. Mahmud Kaşqari adına Beynəlxalq Fondun "İRS" seriyasında böyük qazax şairi Abay Kunanbayevin bütün şeirlərinin, poemalarının və "Qara sözləri"nin Azərbaycan dilinə tərcüməsindən ibarət kitabı nəşr olunub.

Sputnik Azərbaycan xəbər verir ki, kitabdakı tərcümələr ilk dəfə olaraq qazax dilindən Azərbaycan dilinə uyğunlaşdırılıb. Tərcümələr Elxan Zal Qaraxan və İbrahim İlyaslıya məxsusdur.

"Qazax xalqının dan ulduzu" adlı "Ön söz"ün müəllifi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevadır. Rəyçi və "Abayın əsərlərinin Azərbaycan nəşri barədə" yazının müəllifi filologiya elmləri doktoru, professor Knyaz Mirzəyevdir. Külliyyatın məsləhətçiləri professorlar Sabit Dosanov və İmdat Avşar, redaktorları Əkbər Qoşalı və Əfqan Nəsirlidir.

Kitabın ilk səhifələrində professor Akılbek Şayaxmetin "Tərcümələrdə Abayın taleyi" araşdırması da yer alıb. 448 səhifəlik nəşrin "Birinci kitab" bölməsinə "Şeirlər və poemalar", "Son illərdə tapılan şeirləri", "Mənzum dastanlar" və "İkinci kitab" bölməsinə 45 dənə "Qara sözlər" cəm olunub.

Rəhbəri Elxan Zal Qaraxan olan "İRS" seriyasından Nursultan Nazarbayev, Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları da işıq üzü görüb.

17
Teqlər:
tərcümə, Abay Kunanbayev, kitab