Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Akrobatlarımız medal qazana bilməyiblər

© dsbg.ruAkrobatik gimnastika
Akrobatik gimnastika - Sputnik Azərbaycan
Abunə olmaq
Belçikada akrobatika gimnastikası üzrə ilin ilk Dünya Kuboku keçirilib.

BAKI, 15 fev – Sputnik. Belçikanın Purs (Antverpen) şəhərində akrobatika gimnastikası üzrə ilin ilk Dünya Kuboku keçirilib.

İdman və turizm nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Aynur Hüseynova, Lalə Hüseynova və Nərmin Ramazanovadan ibarət qadın qrupu finala vəsiqə qazanaraq nəticədə 5-ci yerdə qərarlaşıb.

Paralel olaraq keçirilən, “Flanders International Acro Cup” adlı beynəlxalq turnirdə isə qarışıq cütlüyümüz – Ağasif Rəhimov və Nurcan Cabbarlı 1-ci yerə layiq görülüb. Beynəlxalq arenada debüt edən, Abdulla Əl–Məşayxi və Ruhidil Qurbanlıdan ibarət ölkənin ikinci dueti isə yalnız Avstraliyadan olan cütlüyü önə buraxaraq, 3-cü yerə layiq görülüblər.

Xəbər lenti
0