Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev

Nazirdən yeni təyinat

428
Nizami Kino Mərkəzində marketinq şöbəsinin müdiri və kino işləri üzrə direktor müavini vəzifələrində çalışan Leyli Mirzəyeva mərkəzin direktoru təyin olunub

BAKI, 15 fev — Sputnik. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, 11 fevral 2016-cı il tarixindən etibarən Leyli Şəmsəddin qızı Mirzəyeva Nizami Kino Mərkəzinin direktor vəzifəsinə təyin olunub. Bu barədə Sputnik-ə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Leyli Mirzəyeva Bakı Musiqi Akademiyasının məzunudur. Müxtəlif dövrlər ərzində O, "Kainat" Gənclik Mərkəzinə layihələr üzrə koordinator, Nizami Kino Mərkəzində marketinq şöbəsinin müdiri və kino işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır.

428
Teqlər:
Leyli Şəmsəddin qızı Mirzəyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Nizami Kino Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi
Əlaqədar
İki rayonun mədəniyyət və turizm şöbəsinin müdiri vəzifədən qovuldu
Azərbaycanın mədəniyyət xadimlərinə fəxri adlar verilib
Azərbaycan prezidenti mədəniyyət xadimlərinə fəxri adlar verib
Mədəniyyət və turizm nazirliyi xaricə səfər edənlərə müraciət etdi