Əməkdar artist Cahangir Qurbanovun İkimizdə bir ürək adlı solo konserti

Bakıda gözlənilən konsert baş tutdu

891
(Yenilənib 14:40 15.02.2016)
Əməkdar artist Cahangir Qurbanovun "İkimizdə bir ürək" adlı solo konserti keçirilib. Gecədə 3 dildə mahnılar ifa edilib, konsert tamaşaçılar tərəfindən çoşğu ilə qarşılanıb.

BAKI, 15 fev — Sputnik. Dünən Opera və Balet Teatrında əməkdar artist Cahangir Qurbanovun "Сердце на двоих" ("İkimizdə bir ürək") adlı solo konserti keçirilib. Sputnik-in konsertdə iştirak edən əməkdaşı xəbər verir ki, konsert Polad Bülbüloğlunun "Rapsodiya"sı ilə açıldı. Alqış sədaları ilə səhnəyə çıxan Cahangir Qurbanov hər kəsə gəldiyi üçün təşəkkürünü ifadə etdi.

İfaçı konsertdə 3 dildə mahnılar ifa etdi. İtaliyan, rus və Azərbaycan dillərdində səslənən mahnılar tamaşaçılar tərəfindən alqışla qarşılandı. Solo konsert zamanı əməkdar artist C. Qurbanov bəstəkar Eldar Həsənovun bəstələdiyi, bir-birindən gözəl musiqiləri, həmçinin Xanım İsmayılqızının əsərini səsləndirdi.

Gecədə C. Qurbanovla birlikdə əməkdar artist Fərid Əliyev və xalq artisti Fidan Hacıyeva da səhnəni bölüşdü. İfaçılar həm solo, həm də duet formasında musiqilər səsləndirdilər. Konsertdə İlqar Muradov, Rafael İsgəndərov və Coşğun Rəhimov, bəstəkar Ruhəngiz Qasımova, Cahangir Qurbanovun müəllimi Hüseyn Əliyev və digər sənətkarlar da iştirak edirdilər.

  • Əməkdar artist Cahangir Qurbanov Opera və Balet Teatrının səhnəsində
    Konsert Polad Bülbüloğlunun "Rapsodiya"sı ilə açıldı
    © Foto : Nəriman İsmayılov
  • Xalq artisti Fidan Hacıyeva və əməkdar artist Cahangir Qurbanov
    Gecədə xalq artisti Fidan Hacıyeva Cahangir Qurbanovla bir səhnəni bölüşdü
    © Foto : Nəriman İsmayılov
  • Əməkdar artist Fərid Əliyev, xalq artisti Fidan Hacıyeva və əməkdar artist Cahangir Qurbanov
    Əməkdar artist Fərid Əliyev, xalq artisti Fidan Hacıyeva və əməkdar artist Cahangir Qurbanov
    © Foto : Nəriman İsmayılov
  • Tamaşaçı minnətdarlığı
    Səslənən mahnılar tamaşaçılar tərəfindən alqışla qarşılandı
    © Foto : Nəriman İsmayılov
  • Tamaşaçılar ifaçıları gurultulu alqışlarla yola saldılar
    Solo konsertə Müslüm Maqomayevin məşhur "Azərbaycan" musiqisi ilə yekun vuruldu
    © Foto : Nəriman İsmayılov
1 / 5
© Foto : Nəriman İsmayılov
Konsert Polad Bülbüloğlunun "Rapsodiya"sı ilə açıldı

Solo konsertə Müslüm Maqomayevin məşhur "Azərbaycan" musiqisi ilə yekun vuruldu. Gecənin qəhramanı hərbi geyimdə səhnəyə çıxaraq tamaşaçıları hərbi salamla salamladı və "Azərbaycan" mahnısını Fidan Hacıyeva və Fərid Əliyevlə duet şəklində oxudu. Sonda tamaşaçılar ifaçıları gurultulu alqışlarla yola saldılar.

891
Teqlər:
"İkimizdə bir ürək", "Сердце на двоих", əməkdar artist Cahangir Qurbanov, Opera və Balet Teatrı, konsert
Əlaqədar
Hollivud ulduzu Stiven Siqal Bakıda konsert verəcək
İtaliya Simfonik Orkestri Qəbələdə konsert verib
Üç yaşlı xərçəng xəstəsi üçün xeyriyyə konserti keçiriləcək
Rus opera müğənnisi Lyubov Kazarnovskaya Xankəndində konsert verib
Azərbaycan qrupu Norveçdə etno-caz konserti verib