Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artistinin məzarı ziyarət edildi

© Photo : Tural AgayevAkademik Milli Dram Teatrının kollektivi Əliabbas Qədirovun məzarını ziyarət edib
Akademik Milli Dram Teatrının kollektivi Əliabbas Qədirovun məzarını ziyarət edib - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 15 fev — Sputnik. Akademik Milli Dram Teatrının kollektivi xalq artisti, görkəmli teatr və kino xadimi Əliabbas Qədirovun məzarını ziyarət edib. Bu barədə Sputnik-ə teatrın mətbuat xidmətindən məlumat verilib.

Azər Zeynalov - Azərbaycanın xalq artisti - Sputnik Azərbaycan
Azərbaycanın xalq artisti vəfat edib

Ziyarətdə Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət, sərəncamçı direktor Natiq Gülməmmədov, xalq artistləri Rafiq Əzimov, Mərahim Fərzəlibəyov, Hacı İsmayılov, Nurəddin Mehdixanlı, professor Rafiq Sadıqov, Ə. Qədirovun ailə üzvləri, teatr ictimaiyyətinin nümayəndələri iştirak edib. Xalq artisti Azər Paşa Nemət Ə. Qədirovun həyat və yaradıcılığından, Azərbaycan teatr sənətindəki rolundan, aktyor kimi yaratdığı obrazlardan danışıb. Professor Rafiq Sadıqov, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə Ə. Qədirovun pedoqoji fəaliyyətindən bəhs edib, sənət dostları haqqında xatirələrini bölüşüblər.

Qeyd edək ki, Əliabbas Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının "Aydın" (Surxay), Hüseyn Cavidin "Azər", Afanasi Salinskinin "Təbilçi qız" (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. O, 1970-ci il aprel ayının 6-dan Milli Dram Teatrının aktyoru olub. Ə. Qədirov 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib. Görkəmli sənətkar 2006-cı ildə Bakıda dünyasını dəyişib.

Xəbər lenti
0