Kino

Tanınmış sənətçi olan qardaşlar uşaqlıqdan küsülüdürlər

51
Nizami Kino Mərkəzində növbəti Qala qecə təntənəsi: Atalarının dəfnindən sonra, hərə öz həyatına davam edəcəyini düşünən qardaşları atalarının son arzusu yenidən bir araya gətirir

BAKI, 11 fev — Sputnik. Fevralın 10 —da kinomərkəzdə keçirilən "Kardeşim menim" filminin qala — gecəsinə Türkiyənin ən məşhur aktyoru Burak Özçivit və aktrisa Aslı Enver qatılıblar. Nizami kinoteatrının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata əsasən, film iki qardaş Hakan və Ozanın həyat hekayəsindən bəhs edir.

Tanınmış sənətçi olan qardaşlar arasında, kökü uşaqlıq illərinə qədər gedən küskünlük var. Hətta ataları xəstə olduqda onlar ziyarətə ayrı-ayrılıqda gəlirlər. Atalarının dəfnindən sonra, hərə öz həyatına davam edəcəyini düşünən qardaşları atalarının son arzusu yenidən bir araya gətirir…

Komediya və dram janrında çəkilən filmin rejissoru Mert Baykaldır. Qala —gecəsində baş qəhrəmanları canlandıran aktyorlar Burak Özçivit, Aslı Enver və yaradıcı qrupunun başqa üzvləri iştirak edib. Bakıya gəlişi gözlənilən, filmin digər baş qəhrəmanı türk ulduzu Murat Boz, yoğun iş qrafiki ilə əlaqədar qala gecəyə qatıla bilməyib.

51
Teqlər:
qala gecəsi, Nizami Kino Mərkəzi, "Kardeşim menim" filmin
Əlaqədar
Əməkdar artist kino və teatr sahəsində yeyilən milyonlardan danışdı
Kinomuzun Gülçöhrəsi
Prezidentin kinoya ayırdığı pulların heç onda ikisi ünvanına çatmır
Sovet dövründə kino və teatrımızda milli ruhu qorumuş sənətkar