Orxan Rəhimzadə, layihə rəhbəri

"Məqsədimiz insanlar arasında zorakılığın azaldılmasına xidmət etməkdir"

75
(Yenilənib 14:34 11.02.2016)
Orxan Rəhimzadə: "Bu turnir məktəblilər arasında sülh mədəniyyətinin formalaşmasına və sülhə olan inamlarının artmasına böyük stimul verəcək"

BAKI, 11 fev — Sputnik. Bu gün "Sülh üçün oyna" adlı layihənin bağlanış mərasimi keçirilib. Layihənin ideya müəllifi Orxan Rəhimzadə layihə haqqında fikirlərini Sputnik-lə bölüşüb:

- Orxan bəy, bu, çox fərqli bir layihədir. Ətraflı məlumat verə bilərsiniz?

— Üzvü olduğum Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 2013 cu ildən Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə yaradılmış "Peace One Day" şəbəkəsinin üzvüdür. Həmin şəbəkə ilə hər il 21 Sentyabrda Beynəlxalq Sülh Günündə müxtəlif layihələr həyata keçiririk. "Peace One Day" şəbəkəsi hər il dünyada "One Day One Goal" devizi altında insanları sülhə cəlb eləməkdən ötru futbol turnirləri keçirir. 2014-cü ildə "One Day One Goal" devizi altında dünyanın 89 ölkəsində 5000-dən artıq müxtəlif yaş qrupları arasında futbol turnirləri həyata keçirilib. Bu turnirlər insanlar arasında zorakılığın azadılması və insanların sülhə inanmalarının artırılması məqsədilə keçirilir.

Bu il də "Peace One Day" şəbəkəsi ilə "Sülh üçün oyna" layihəsini həyata keçirmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna müraciət etdim və layihə Fond tərəfindən müsbət qiymətləndirildi. "Sülh üçün oyna" layihəsi iki istqamətdə heyata keçirildi: Birincisi, 21 Senyabr Beynəlxalq Sülh Günündə, Azərbaycanı dünyada tanıdan məhşur simaların iştirakı ilə dünyaya sülh mesajları adı altında videoroliklər hazırlandı. Layihə "Peace One Day" şəbəkəsi tərəfindən çox müsbət qiymətləndirildi.

- Layihənin Azərbaycan gənclərinə nə verəcəyini düşünürsünüz?

— "Sülh üçün oyna" futbol turniri 12-15 yaş arası məktəblilər arasında keçirildiyinə görə, ilk olaraq onlara, bir-birləri arasında sülh mədəniyyətinin formalaşmasında və sülhə olan inamlarının artmasında böyük kömək olacaq.

- Niyə məhz Qurban Qurbanovu layihədə görmək istədiniz?

— "Peace One Day" şəbəkəsi beynəlxalq sülh şəbəkəsi olduğuna görə və bu şəbəkəyə 300-dən artıq beynəlxalq təşkilat üzv olduğuna görə, biz təşkilat olaraq hər zaman "Peace One Day" şəbəkəsi ilə həyata keçirdiyimiz layihələrdə Qarabağ məsələsinin dünyaya çatırılmasına çalışırıq. Qarabağ bizim üçün çox önəmlidir. Qurban Qurbanov da "Qarabağ" futbol klubunun rəhbəridir. Bu baxımdan, keçirdiyimiz layihədə Qarabağın adının tanınmasına çalışdıq.

- Layihənin davamı olacaq?

— Bəli, çox istəyirik ki, layihəni davam etdirək və növbəti layihədə region gənclərini cəlb edək. Bunun üçün danışıqlar gedir.

75
Teqlər:
Beynəlxalq Sülh Günü, "Peace One Day", Birləşmiş Millətlər Təşkilatı, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı, sülh, Orxan Rəhimzadə, "Sülh üçün oyna"
Əlaqədar
Bu ilin Nobel Sülh Mükafatı sahibinə təqdim edildi
Nardaran sakinləri hakimiyyətə sülh çağırışı ediblər
Nobel sülh mükafatını görün kimə verdilər!
Mədəniyyət naziri Anar Kərimovun  İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşü

Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb - FOTO

328
(Yenilənib 13:41 04.03.2021)
İstanbul şəhəri Maltepe Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində mədəniyyət nazirinin Türkiyədə yaşayan və fəaliyyət göstərən bir qrup azərbaycanlı incəsənət xadimi ilə görüşü keçirilib.

BAKI, 4 mart — Sputnik. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri İstanbulda davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbul şəhəri Maltepe Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində mədəniyyət nazirinin Türkiyədə yaşayan və fəaliyyət göstərən bir qrup azərbaycanlı incəsənət xadimi ilə görüşü keçirilib.

Görüşə Xalq artisti, dirijor, İstanbul Konservatoriyasının müəllimi Ramiz Məlikaslanov, Xalq artisti, tanınmış balaban ifaçısı Əlixan Səmədov, Əməkdar incəsənət xadimi, rəssam, İstanbul Yeditəpə Universitetinin müəllimi Teymur Rzayev, Əməkdar incəsənət xadimi, aktrisa, İstanbul Şəhər Bələdiyyə Teatrının rejissoru Məlahət Abbasova, Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əziz, Əməkdar rəssam Yaşar Zeynalov və digər sənətçi soydaşlarımız qatılıb.

Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva da iştirak ediblər.

Tədbirdə çıxış edən Anar Kərimov nazir kimi ilk səfərinin qardaş Türkiyəyə təşkil edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Ölkələrimizin çoxtərəfli sıx əlaqələrinin mədəniyyət sahəsini də əhatə etdiyini vurğulayan nazir bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğu bildirilib.

Səfər zamanı keçirilən görüşlərdə iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi, o cümlədən kino sahəsində əməkdaşlıq məsələlərinin gündəmə gəldiyini diqqətə çatdıran nazir bu mövzunun Türkiyənin kino sənayesi nümayəndələri ilə ətraflı müzakirə olunacağını deyib.

Görüş zamanı azərbaycanlı incəsənət xadimlərinin qardaş ölkədə yaradıcılıq və pedaqoji fəaliyyəti, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində görülən işlər, Azərbaycanın Mədəniyyət Nazirliyinin də dəstəyi ilə reallaşa biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Nazir azərbaycanlı incəsənət xadimlərinin fikir və təkliflərini dinləyib, ortaya çıxan bəzi problemlər və onların həlli yolları barədə müzakirələr aparılıb.

Qeyd edək ki, martın 3-də Türkan Saylan Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyinə həsr olunmuş sərginin açılışı, böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi münasibətilə "Mask-Kara" teatrı tərəfindən hazırlanmış "Kimdir müqəssir" tamaşasının premyerası da keçirilib.

Nazir Anar Kərimov və nümayəndə heyətinin üzvləri tədbirlərdə iştirak edib. Mədəniyyət Nazirliyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

https://www.facebook.com/mct.gov.az/posts/1113886482385746

328
Xudafərin körpüsü yaxınlığında Azərbaycan bayrağı, arxiv şəkli

"Qarabağ. İnsan. Qələbə" ssenari müsabiqəsinin növbəti turuna keçənlər bəlli oldu - Siyahı

12
(Yenilənib 11:49 04.03.2021)
Ssenarilər qiymətləndirilərkən peşəkarlıq səviyyəsi ilə yanaşı onun xarici tamaşaçının diqqətini çəkməsi amili əsas rol oynayıb.

 

BAKI, 4 mart — Sputnik. "Qarabağ. İnsan. Qələbə" ssenari müsabiqəsinin növbəti turuna keçən ssenarilərin siyahısı açıqlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının Qarabağ həqiqətlərini kinoda ifadəsi və dünya tamaşaçısına çatdırmaq məqsədi ilə elan etdiyi "Qarabağ. İnsan. Qələbə" ssenari müsabiqəsinin növbəti mərhələsinin iştirakçıları elan edilib.

Müsabiqəyə 40 iş təqdim edilib, 37 ssenari müsabiqəyə buraxılıb, 15 ssenari növbəti mərhələyə buraxılıb. Katiblikdən qeyd edilib ki, ssenarilər qiymətləndirilərkən peşəkarlıq səviyyəsi ilə yanaşı ssenarinin xarici tamaşaçının diqqətini çəkməsi amili əsas rol oynayıb. Çünki müsabiqə təşkilatçıları üçün Qarabağ həqiqətlərinin dünyaya çatdırılması əsas məqsəddir.

Müsabiqənin 5 müəlifdən ibarət "Qısa siyahı"sı 10 mart, müsabiqənin qalibləri 18 mart tarixində elan ediləcək. Qərar qəbul etmiş münsif üzvlərinin adları da həmin tarixdə açıqlanacaq.

"Qarabağ.İnsan.Qələbə" ssenari müsabiqəsinin növbəti turuna keçən ssenarilərin siyahısı, müəlliflərin soyadının əlifba sırası ilə göstərməklə təqdim edilir:

Abdullayev Elvin – Kapitan Fərhadın Odisseyası

Abramov Yefim, Leyla Bəyim – Qara qardələnlər

Ağayev Namiq – Müharibə qapımızı döyəndə

Dadaşov Nicat – Sahibin evi

Heydərova Ülviyyə – Qazax çölü

Hüseynova Türkan – Axırıncı palata

Haqverdiyev Vüqar – Xilaskar

İskəndərov Rövşən – Özgə ağrı

İsa Nihad – Tələ

Məmmədov Elcan – Söyüd ağacı

Rəsulzadə Çingiz – Daima birlikdə

Rzayev Elnur Paşa – Xəzər dalğası

Səfərov Hacı – Kaş

Səlimli Mirbala, Marina Malaşenka – Yaddaşın o tayı

Tarıverdiyeva Lalə – Qarabağ. 4 gün.

Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsində iştirak edən bütün müəlliflərə təşəkkürünü bildirir və onlara yaradıcılıq uğurları arzulayır.

12

Azərbaycanda bir gündə 314 nəfər COVID-19-a yoluxub

0
Azərbaycanda indiyədək ümumilikdə 235647 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229267 nəfər müalicə olunaraq sağalıb

BAKI, 4 mart — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, 124 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235647 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229267 nəfər müalicə olunaraq sağalıb, 3232 nəfər vəfat edib, aktiv xəstə sayı 3148 nəfərdir.

Ölkədə son sutka ərzində 9183, hazırkı dövrədək isə 2627991 test aparılıb.

0