Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rafael Dadaşova mükafat verdilər

© Sputnik / Murad OrujovXalq artisti Rafael Dadaşov
Xalq artisti Rafael Dadaşov - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti Rafael Dadaşov 70 illik yubileyi münasibətilə teatr və kino sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

BAKI, 3 fev-Sputnik. Xalq artisti Rafael Dadaşov 70 illik yubileyi münasibətilə teatr və kino sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Bu barədə Sputnik-ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görkəmli aktyor, prezident təqaüdçüsü Rafael Məlik oğlu Dadaşov ömrünün 40 ildən artıq dövrünü sənətə həsr edib. O, 1946-cı il yanvarın 4-də anadan olub. 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

1976-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Teatrın səhnəsində Klavdi "Hamlet" (Uilyam Şekspir), Paratov "Cehizsiz qız" (Aleksandr Ostrovski), Rövşən "Əliqulu evlənir" (Sabit Rəhman), Knyaz Xasay "Xurşudbanu Natəvan" (İlyas Əfəndiyev), Cəmil "Unuda bilmirəm" (İlyas Əfəndiyev), Vasif "İblis" (Hüseyn Cavid), Qiyas "Şəhərin yay günləri" (Anar), Fəxrəddin "Qılınc və qələm" (Məmməd Səid Ordubadi), Camal "Nişanlı qız" (Sabit Rəhman), Tesey "Fedra" (Jan Rasin), Özdəmir "Afət" (Hüseyn Cavid), Şeyx Nəsrullah "Ölülər" (Cəlil Məmmədquluzadə) və s. onlarla başqa tamaşada maraqlı obrazlar yaradıb.

Aktyorun televiziya tamaşalarında (Anar — "Ötən ilin son gecəsi" (Rüstəm), K.Holdoni — "Mehmanxana sahibəsi" (Sinyor Kavaler), Aslan Qəhrəmanov — "Səni axtarıram" və "Bağışla" (Vasif müəllim), Hüseyn Cavid — "Topal Teymur" (Orxan), İslam Səfərli — "Göz həkimi" (Rauf) və s.), filmlərdə ("Bəxt üzüyü", "Mənim ağ şəhərim", "Dantenin yubileyi" və s.) oynadığı rollar da geniş tamaşaçı rəğbəti qazanıb.

Rafael Dadaşov 1987-ci ildə respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Xəbər lenti
0