Ü.Hacıbəyli adına təsis edilmiş mükafatın rejissor Əliheydər Ələkbərova verilməsi

Görkəmli rejissorun 100 illik yubileyi qeyd olunacaq

11
(Yenilənib 11:29 02.02.2016)
Əliheydər Ələkbərovun yubiley gecəsində xalq artistləri Azər Paşa Nemət, Hacı İsmayılov, Ağakişi Kazımov və başqaları iştirak edəcəklər

BAKI, 1 fev — Sputnik. Fevralın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor Əliheydər Ələkbərovun 100 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq tədbirin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Yubiley gecəsində Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət, xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov və başqaları Ə. Ələkbərovun həyat və yaradıcılığından danışacaq, Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs edəcəklər.

Qeyd edək ki, Ə. Ələkbərov 1915-ci il iyulun 26-da anadan olub. Yaradıcılığı əsasən Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1960-1967-ci illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib. O, 1975-ci il martın 3-də vəfat edib.

11
Teqlər:
Ağakişi Kazımov, Hacı İsmayılov, Azər Paşa Nemət, 100 illik yubiley, Əliheydər Ələkbərov, rejissor, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru
Əlaqədar
Rejissor Xəzər Həmzənin “Video çəkən” filminin təqdimatı oldu
Rejissor: Çəkdiyim sosial çarxla insanlara yalan danışmışam
Rejissor, aktyor və pedaqoq Mehdi Məmmədov
Gənc Tamaşaçılar teatrı

Gənc anaların istirahət yeri, yaxud körpələrin teatr adlı möcüzə ilə ilk tanışlığı

5
Məqsəd dünya teatrlarında uğurla sınaqdan keçirilmiş təcrübə ilə körpələr üçün sənət ab-havası yaratmaqdır.

BAKI, 12 iyun — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı "Bəbə səhnəsi" adlı yeni layihəyə başlayır. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Pərvin Nurəliyevanın sözlərinə görə, məqsəd dünya teatrlarında uğurla sınaqdan keçirilmiş təcrübə ilə körpələr üçün sənət ab-havası yaratmaqdır. Həmçinin körpələrin dünya ilə ilkin tanışlığı mərhələsində onların estetik tərbiyəsinin əsasının qoyulmasında valideynlərə yardımçı olmaq da çağdaş zamanda vacibdir.

Tamaşalar 20-30 dəqiqə həcmində və daha çox nağılların əsasında hazırlanacaq. Dairəvi qurulmuş məkanda körpələrlə aktyorların təması təmin olunmaqla həm həzin, həm də əyləncəli ünsiyyət nəzərdə tutulur.

Teatrın mətbuat xidmətinin məlumatına görə artıq tamaşaların quruluşu ətrafında yaradıcı heyətin müzakirələri, hazırlıqları gedir. Teatrların fəaliyyəti bərpa olunduqdan sonra "Bəbə" səhnəsinin ilk tamaşaları körpələrə təqdim ediləcək.

Məlumat üçün bildirək ki, Azərbaycan Xalq Maarif Komissarlığının 1928-ci il 20 sentyabr tarixli qərarı ilə Bakı Uşaq teatrı rəsmi olaraq fəaliyyətə başlayıb. Teatrın ilk aktyorları və rejissorları Ağadadaş Qurbanov, Məmmədağa Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov, Susanna Məcidova, Cavahir İskəndərova, Süleyman Ələsgərov, Hüseynağa Sadıxov, Kərim Həsənov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Əliməmməd Atayev və başqaları olub. 1936-cı il iyul ayının 18-dən etibarən Bakı Uşaq teatrı Azərbaycan Xalq Maarif Komissarlığının əmrinə əsasən "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı" adlandırılıb.

Fəaliyyət göstərdiyi dövrdə öz tamaşaçılarına nümunəvi xidmət göstərən, gənc nəslin estetik tərbiyəsində və vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səmərəli fəaliyyətinə görə 1978-ci ildə Respublika Lenin Komsomolu Mükafatı Laureatı adına, 1979-cu ildə isə "Şərəf" nişanı Ordeninə layiq görülüb.

2006-cı ildən başlayaraq kollektiv dünyanın bir sıra ölkələrində keçirilən Beynəlxalq Teatr Festivallarında fəal iştirak etməyə başlayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2009-cu il 41 nömrəli qərarına əsasən Azərbaycan Dövlət Gənclər Teatrı və 30 sentyabr 2009-cu il tarixli qərarına əsasən Bakı Kamera Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirilib. Elə həmin ilin aprel ayında başa çatmış əsaslı təmir və yenidənqurma işlərindən sonra teatr yeni texnika və müasir dizaynla təmin edilmiş binada fəaliyyətini davam etdiriblər.

5
Gəncə şəhərinin girişi, arxiv şəkli

Gəncə qapısının saxlanıldığı gürcü monastrında problemlər yaranıb, işə YUNESKO cəlb edilib

288
(Yenilənib 20:47 12.06.2021)
Qeyd edək ki, YUNESKO XII əsrdə inşa olunan Gelati monastırını 1994-cü ildə Ümumdünya İrs Siyahısına salıb.

BAKI, 12 iyun — Sputnik. YUNESKO-nun ekspertləri Gürcüstanın Kutaisi şəhərinin yaxınlığında yerləşən Gelati monastır kompleksində araşdırma aparacaqlar. Sputnik Azərbaycan xəbər verir ki, Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani kompleksə baş çəkib və ekspertlərin ziyarətinə hazırlıqlarla tanış olub.

Xarici mütəxəssislər məbəddə aparılan bərpa işlərində yol verilən çatışmazlıqlar nəticəsində yaranmış vəziyyəti araşdıracaq və müvafq tövsiyələr verəcəklər.

Problemlərin aradan qaldırılması üzrə plan gürcü ekspertlərin iştirakı ilə hazırlanacaq.

Qeyd edək ki, YUNESKO XII əsrdə inşa olunan Gelati monastırını 1994-cü ildə Ümumdünya İrs Siyahısına salıb. Abidənin bərpası bir neçə il davam edib. Lakin işlərin başa çatdırılmasından sonra dam örtüyü su buraxmağa başlayıb və nəticədə qədim freskalara ciddi ziyan dəyib. Qapının bəzi hissələri çürüyüb, onun restavrasiyaya ehtiyacı var.

Məlumat üçün bildirək ki, Gəncə qapıları 1063-cü ildə Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə Gəncəyə dəmirçi İbrahim Osmanoğlu tərəfindən hazırlanıb. Qalanın ətrafı su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunub. Gəncə "İçəri şəhər", "Narınqala", "Bayır şəhər", "Şəhristan" və sənətkarlar məhəlləsi – "Rabad"-dan ibarət idi. Belə bölgü Şərqdə orta əsr şəhərləri üçün səciyyəvi hal idi. Gəncə qalası, yaxud iç qala üçün düzəldilmiş dəmir darvazanın üzəri döymə üsulu ilə naxış və ornamentlərlə bəzədilmişdir. Kufi xətti ilə işlənilmiş kitabədə darvazanın Şavurun əmri ilə hazırlanması, ustanın adı, düzəldilmə tarixi qeyd olunub. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcü çarı I Demetre tərəfindən Gürcüstana Gelati monastırına aparılıb. Qala qapılarının bir tayı hazırda Gürcüstanın Kutaisi rayonunun Gelati monastırında IV Davidin qəbri qarşısındakı divara bərkidilib orada saxlanılır.

288
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

0
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

0