Mədinə Əliyeva, xalq artisti, baletmeyster

"Belaruslar həftənin 6 gününü teatrda keçirirlər"

451
(Yenilənib 15:57 28.01.2016)
Mədinə Əliyeva: Müstəqillik yeni qazanılandan sonra teatrda işləyən çox işçilər teatrdan ayrıldılar, çoxu ölkədən getdi, yalnız az sayda biz qalmışdıq"

BAKI, 28 yan — Sputnik. Bu xanım efirlərdə, demək olar ki, görünmür. Bu səbəbdən, bəlkə də cəmiyyət onu yetərincə tanımır. Və bəlkə də ölkədən kənarda daha çox tanınır. Halbuki, incəsənət aləminin nüfuzlu simalarından, Azərbaycanın balet ustalarından biri və xalq artistidir. Beləliklə, baletmeyster Mədinə Əliyevanın Sputnik-ə müsahibəsini təqdim edirik:

- Mədinə xanım ilk sualım belədir: Xalq artisti olaraq Azırbaycanda baletin bugünkü səviyyəsindən razısınız?

— Bu, mənim peşəmdir. İndi desəm ki, tamamilə narazıyam, düzgün olmaz. Çünki, sən tamamilə narazı olsan, gərək sənətdən uzaqlaşasan. Məncə, bu sənəti Azərbaycanda təbliğ etmək lazımdır ki, insanların baletə marağı artsın. Həm də tək teatrda yox, teatr sərhədlərini aşmaq lazımdır ki, gənclər, uşaqlar da baletin gözəlliyini görsünlər. Və valideynlər öz övladlarını baletə gətirsinlər ki, yeni istedadlı kadrlar yaransın.

Hal-hazırda idmana diqqət yüksək səviyyədədir. Gərək klassik baletə də ən azı belə diqqət ayrılsın ki, inkişaf olsun. Hətta bir faktı da deyim ki, müstəqillik yeni qazanılandan sonra teatrda işləyən çox işçilər teatrdan ayrıldılar. Çoxu ölkədən getdi. Yalnız biz az sayda qalmışdıq. Balet truppası bağlanmaq ərəfəsində idi. Heydər Əliyev bizi qurtardı. Bizim tamaşalara gəlib baxırdı. Və məhz baleti ölkədə qorumaq üçün bizim balet aktyorlarının maaşlarını bir dəfəyə beşqat artırdı. O dövr üçün yüksək maaş sayılırdı. Hələ də o maaşları alırıq.

Doğrudur, 2014-cu ildə Azərbaycanda prezidenti İlham Əliyevin əmri ilə Balet Akademiyası yaradılıb və 2015-ci ildə bu Akademiya fəaliyyətə başlayıb. Hətta orada da təbliğatın olması mütləqdir. Eyni zamanda maraqlı əsərlər səhnələşdirilməlidir, fərqli çıxışlar olmalıdır, bundan sonra baletin inkişafından danışarıq.

- İnsanların teatrlara marağının azaldığı bir zamanda, balet teatrına bilet alıb gələnlər var?

— Az da olsa, baleti sevən insanlar var. Amma internetin, kinotetrların və digər əyləncə növlərinin yaranması insanların teatra olan marağını azaldıb. Evində oturub internetdən baxacağı bir tamaşaya və ya rəqsə pul vermək, zaman itirib gəlmək istəmir. Amma teatr da enerji var, bu enerjini heç bir ekrandan tamaşaçı ala bilməz. Canlı ünsiyyət başqadır. Bunu anlayan tamaşaçı enerji almaq, əsl zövq almaq üçün mütləq teatra gəlir. Xüsusilə ölkəyə gələn qonaqları Opera və Balet Teatrına gətirirlər.

- Xarici ölkələrdə olan baletlə Azərbaycan baletinin nə kimi fərqləri var?

— Məsələn, belaruslar teatral xalqdır. Onlar işdən sonra teatra gedib mənəvi dincəlir, sonra evlərinə gedirlər. Demək olar, həftənin 6 günü teatrları tamaşaçı ilə dolu olur. Onlar mənən teatrla qidalanırlar. Eyni zamanda, Rusiyada Böyük Teatr, digər teatrlara tamaşaçı axını çoxdur. İtaliya, Fransa, Almaniyada da teatrlar tamaşaçı ilə həmişə dolu olur. Sadəcə orada səviyyə çox yüksək olduğu üçün, insanları razı salır və onlar yenidən teatra üz tuturlar.

- SSRİ dövründəki Azərbaycan baletinin səviyyəsi ilə hazırki səviyyə arasında necə bir müqayisə aparmaq olar?

— Fərqlər var. Hal-hazırda rəqslərdə də fərq çoxdur. Artıq idman hərəkətlərinə də üstünlük verirlər. Əvvələr obraza önəm verilirdi, indi rəqsə önəm verilir. Təbii ki, bu, hamıya aid deyil, amma belələri çoxdur. Dünyada Rusiya, İtaliya, Fransa məkəbləri var, artıq Amerika məktəbi də baletin dəyişməsinə böyük təsir göstərir.

- Bildiyimiz qədərilə, Belarusdan Sizə təklif gəlib və orada balet səhnələşdirəcəksiniz. Necə oldu, bu təklif gəldi?

— Biz bir çox dövlətlərlə mədəni əlaqələr qururuq. Bu olkələrdən biri də Belarusdur. Belarusa ilk gedişimiz 2010-cu ildə "Arşın mal alan" operettası ilə olub. Bu tamaşada quruluşçu baletmeyster kimi dəvət olunmuşdum. Rejissor isə Hafiz Quliyevdir. İndi də bu tamaşa teatrda göstərilir və böyük maraqla qarşılanır. İki il sonra — 2012-ci ildə məni yenidən Belarusa dəvət etdilər. Bu dəfə opera səhnələşdirmək üçün getdim. "Min bir gecə" baletini seçdik və bir il yarım ərzində baleti səhnələşdirdik. Bu dəfə mən, bizim quruluşdan fərqli olaraq öz versiyamda "Min bir gecə" baleti tamaşaya qoydum. Çalışdığım qədər, fərqli elədim. Doğrusu, artıq səhnələşdirilən bir tamaşanı fərqli versiyada səhnəyə gətirmək bir qədər çətindir, amma mən bunu bacardım. Və tamaşa çox bəyənilir, hətta bu yaxınlarda Çində qastrol səfərində olublar.

- Hər bir ölkədə teatrda tamaşa səhnələşdirəndə mentalitet, adət-ənənələr nəzərə alınır. Siz necə, Belarusda səhnələşdirdiyiniz və səhnələşdirməyi planlaşdırdığınız tamaşalarda bizim milli mentaliteti nəzərə alırsınız, yoxsa…?

— Mütləq nəzərə alıram. Bizim tamaşanı qururam və təbii ki, öz mədəniyyətimizi, mentalitetimizi orada tətbiq edirəm.

- Üçüncü təklif olaraq "Kleopatra" baletini səhnələşdirəcəksiniz. Bunu hansı formada düşünürsünüz?

— Mənə hələ musiqini göndəriblər və dəqiq hələ heç nə deyə bilmərəm. Hələ bu haqda danışmaq tezdir. Hazırda hazırlıq mərhələsi gedir. Əsas hazırlıq və məşq prosesi yayda olacaq. Sentyabr ayında isə operanın primyerası nəzərdə tutulub.

- Əgər Belarusdan və ya başqa ölkədən birdəfəlik həmin ölkəyə köçüb işləmək təklifi gəlsə, Mədinə xanım Azərbaycanı birdəfəlik tərk edər?

— Bizim sənət bütün dünyada müqavilə əsasında qurulub. Yəni istənilən sənətçı müəyyən müddətdə istənilən ölkə ilə kontrakt bağlayıb, orada işləyə bilər. O ki qaldı mənə, mənə dəfələrlə belə təklif gəlib. Amma mən Azərbaycanı həmişəlik tərk edib başqa ölkəyə getməmişəm, getmərəm də. Mən özümü Azərbaycansız və öz teatrımızsız təsəvvür edə bilmərəm. Yalnız müvəqqəti olaraq kontraktla gedib-gələ bilərəm.

451
Teqlər:
baletmeyster, balet, incəsənət, Mədinə Əliyeva, Opera və Balet Teatrı
Əlaqədar
Azərbaycanın mədəniyyət xadimlərinə fəxri adlar verilib
Azərbaycan prezidenti mədəniyyət xadimlərinə fəxri adlar verib
Mədəniyyət və turizm nazirliyi xaricə səfər edənlərə müraciət etdi
Sinan Akçil

Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib

71
Sinan Akçıl və Səidə Quliyevanın "Daim yaşa, Azərbaycan" klipi artıq "Youtube" şəbəkəsində ön sıralardadır.

BAKI, 24 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan xəbər verir ki, son günlər davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər.

Müğənni-bəstəkar Sinan Akçıl Qarbağda baş verən hadisələrdən təsirlənərək "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib. Məşhur həmin mahnını azərbaycanlı müğənni Səidə Quliyeva ilə birlikdə oxuyub. Sinan Akçıl və Səidə Quliyevanın "Daim yaşa, Azərbaycan" klipi artıq "Youtube"da ön sıralardadır.

Qeyd edək ki, Sinan Akçıl Qarabağla və Gəncədə baş vermiş terror hadisəsi ilə bağlı dəfələrlə paylaşımlar edib.

71
İbrahim Tatlısəs, arxiv şəkli

İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"

26
(Yenilənib 16:50 23.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində Azərbaycana dəstək ifadə edən "İki millət, bir dövlət! Türk milləti olaraq ölənədək yanındayıq, AZƏRBAYCAN!" adlı video paylaşıb.

BAKI, 23 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan xəbər verir ki, son günlər davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər.

Посмотреть эту публикацию в Instagram

İki Millet TEK Devlet TÜRK Milleti Olarak Ölümüne Yanındayız AZERBAYCAN !

Публикация от İBRAHİM TATLISES (@ibrahimtatlises)

Bu dəfə türk musiqisinin imperatoru İbrahim Tatlısəs Azərbaycana dəstəyini nümayiş etdirib. Belə ki, Türkiyənin məşhur müğənnisi özünün "Instagram" səhifəsində Azərbaycana dəstək ifadə edən "İki millət, bir dövlət! Türk milləti olaraq ölənədək yanındayıq, AZƏRBAYCAN!" adlı video paylaşıb.

26
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri

Cəbrayıl Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayıldı

37
(Yenilənib 19:21 25.10.2020)
Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb.

BAKI, 25 oktyabr — Sputnik. Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb. Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.
Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.
Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.
Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.
Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.
Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.
Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.
Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.
Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.
Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.
Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.
Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.
Oktyabrın 22-də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.
Oktyabrın 23-də Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri işğaldan azad edilib.
37