Vasilə Fəttahova, Başqırdıstanın xalq artisti, Tatarıstanın əməkdar artisti

Rusiyalı xalq artisti doğuşdan sonra həyatını itirdi

315
(Yenilənib 11:59 28.01.2016)
"Tuğan yak", "Yanqış mileş" və "Atayım" kimi məşhur mahnıların ifaçısı Vəsilə Rafizovna Fəttahova bu gün dəfn olunacaq

BAKI, 28 yan — Sputnik. Rusiyalı müğənni, Başqırdıstanın xalq, Tatarıstanın əməkdar artisti, "Tuğan yak", "Yanqış mileş" və "Atayım" kimi məşhur mahnıların ifaçısı Vəsilə Rafizovna Fəttahova Ufada vəfat edib. Sputnik prokazan.ru-ya istinadən xəbər verir ki, 36 yaşlı müğənni ötən ilin dekabrın 27-də ikinci övladını dünyaya gətirmişdi.

Doğuş çox ağır keçdiyindən, o, Ufadakı Respublika Kliniki Xəstəxanasının reanimasiya bölməsinə yerləşdirilmişdi. Həkimlər 5 cərrahiyyə əməliyyatı aparsalar da, müğənninin həyatını xilas edə bilməyiblər. Başqırd müğənni bu gün dəfn olunacaq.

315
Teqlər:
əməkdar artist, Ufa, Vəsilə Rafizovna Fəttahova, Tatarıstan, Başqırdıstan, xalq artisti
Əlaqədar
Xalq artistinin ölkədən çıxışına qadağa qoyuldu
Azərbaycanın xalq artisti vəfat edib
Xalq artisti Nuriyyə Əhmədova vəfat etdi
Xalq artistinin gəlini polislə dalaşıb
Xalq artisti Masallıda dəfn olunacaq
Xalq artisti Habil Əliyevin vəziyyəti normallaşıb
Corc Kluni, arxiv şəkli

Corc Kluni şeytandır?

16
(Yenilənib 10:51 25.11.2020)
"Qəzetlər yazırdı: Şeytan! Corc Kulini şeytandır!"- deyən aktyor bildirib ki, o, bundan sonra Bred Pittdən qisasını alıb.

BAKI, 25 noyabr — Sputnik. Amerikalı aktyor Corc Kluni GQ jurnalına müsahibəsi zamanı "Ouşenin 12 dostu" filminin çəkilişləri zamanı baş verən kuryoz hadisədən danışıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, filmin bəzi hissələri aktyorun bir neçə il yaşadığı İtaliyada, Komoda çəkilib. Onun sözlərinə görə, filmdə rol alan Bred Pitt şəhərə Kluni ilə "xüsusi" davranmağa çağıran vərəqələr yerləşdirərək, yerli sakinlərə mesaj verib.

"Xahiş edirəm, Corc Kluni ilə filmdəki Denni Ouşen kimi davranın və onun gözlərinə baxmayın", - divara yapışdırılmış məktublarda yazılıb.

Bu zaman həmin mesaja yerli KİV xüsusi reaksiya göstərib.

"Qəzetlər yazırdı: Şeytan! Corc Kluni şeytandır!"- deyən aktyor bildirib ki, o, bundan sonra Bred Pittdən qisasını alıb.

Xatırladaq ki, rejissor Stiven Soderberqin çəkdiyi "Ouşenin 12 dostu" filmi 2004-cü illərdə ekranlaşdırılıb.

Filmdə Corc Kluni və Bred Pittlə yanaşı, Mett Deymon, Ketrin Zeta-Cons, Culya Roberts, Vensan Kassel rol alıblar.

16
Teqlər:
çəkiliş, film, Bred Pitt, amerikalı aktyor Corc Kluni
Aşpaz, arxiv şəkli

Məşhur "Master Chef" yarışında Azərbaycan mətbəxi günü elan edilib

32
(Yenilənib 22:02 24.11.2020)
Yarışın ötən gün yayımlanan bölümündə iştirakçılara "Dovğa", "Şah plov", "Gürzə", "Sazan ləvəngi", "Şəkərbura" bişirmələri tapşırılıb.

BAKI, 24 noyabr — Sputnik. Türkiyənin məşhur "Master Chef" yarışında Azərbaycan mətbəxi günü elan edilib.

Sputnik Azərbaycan xəbər verir ki, yarışın ötən gün yayımlanan bölümündə iştirakçılara "Dovğa", "Şah plov", "Gürzə", "Sazan ləvəngi", "Şəkərbura" bişirmələri tapşırılıb.

"Bu həftə mətbəxinə müraciət etdiyimiz ölkə qəlbimizə yaxındır. Qardaş ölkə Azərbaycan mətbəxinə müraciət edəcəyik", - deyə münsiflərdən Somer Sivrioğlu söyləyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от MasterChef Türkiye (@masterchefturkiye)

Digər münsif Mehmet Yalçınkaya isə: "Qardaşlarımızın qələbəsini təbrik edirik. Haqlı bir qələbə qazandılar. Ən sonunda haqları olanı geri aldılar. Oradakı şəhidlərimizi sevgi və sayqıyla anırıq. Mübarizələri davam edir, uğurlar diləyirik", - sözlərini deyib.

32
Teqlər:
Azərbaycan mətbəxi, "Master Chef", tv, Azərbaycan, Türkiyə
COVID-19 virusundan ölən şəxsin meyiti morqa yerləşdirilir, arxiv şəkli

Ermənistanda bir gündə 38 nəfər koronavirusdan öldü

0
(Yenilənib 17:47 25.11.2020)
Ermənistanda son gündə daha 38 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2040-a çatıb. Xəstəlikdən sağalanların sayı 100913 nəfər olub.

 

BAKI, 25 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 129085-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1563 nəfər artıb.

Ermənistanda son gündə daha 38 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2040-a çatıb. Xəstəlikdən sağalanların sayı 100913 nəfər olub. Hazırda bu ölkədə 25619 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0