Kamal Abdulla, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri

Dünya "Kitabi Dədə Qorqud"u tanımağa başlayıb

27
(Yenilənib 19:01 22.01.2016)
Kamal Abdulla: "Əsər dünyada 25 dilə - Çin dilindən tutmuş, alman, italiyan, rus. bununla yanaşı yerli etnik qruplardan olan talış, avar, xınalıq dillərinə tərcümə edilib"

BAKI, 22 yan — Sputnik. "Prezident İlham Əliyevin keçən il, Azərbaycan dastanı olan "Kitabi Dədə Qorqud"un 200 illiyinə həsr olunan sərəncamı olub. 1815-ci ildə alman alimi Hanrix Fridrix Fondits ilk dəfə "Basatın təpəgözü öldürdüyü" boyu və bu boya yazdığı ön sözü çap etdirib, bununla da "Kitabi Dədə Qorqud" dastanının dünyaya tanınmasına başlanıb".

Sputnik xəbər verir ki, bunu bu gün jurnalistlərə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla deyib. Onun sözlərinə görə, bundan sonra dastan dünyanın bir çox dillərində çap olunub.

"Bu məsələ ilə bağlı beynəlxalq konfranslar keçirdik. Həm ölkədə, həm də dünya üzrə bir çox ölkələrdə bu layihəni genişləndirdik", —deyə müşavir bildirib.

Amma K. Abdulla hesab edir ki, ən uğurlu iş olan Fridrix Fonditsin həmin o yazısı 25 dildə — Çin dilindən tutmuş, alman, italiyan, rus. bununla yanaşı yerli etnik qruplardan olan talış, avar, xınalıq dillərinə tərcümə edilib: "Bu kitaba ad qoyulsaydı, mən belə ad qoyardım: "Milyardarın dili olan Çin və bir kiçik kəndin dili olan Xınalıq dilində". Hətta bu kitab erməni dilində də çap olunub. Bu da bir daha sübüt edir ki, bizdə ermənifobiya yoxdur. Biz ermənifobiyanın olmadığını hər addımınızda deməklə deyil, işlərimizlə sübüt etməliyik və edirik də".

27
Teqlər:
Multikulturalizm, Kamal Abdulla, Hanrix Fridrix Fondits, "Kitabi Dədə Qorqud"
Əlaqədar
Azərbaycan multikulturalizminə dair silsilə kitablar dərc olunacaq
İlham Əliyev 2016-cı ili Azərbaycanda multikulturalizm ili elan etdi
"Azərbaycanda multikulturalizm və dinlərarası dialoq" mövzusu Berlində